Azərbaycan kuboku matçında bədbəxt hadisə
Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən “Turan Tovuz” - “Sabah” matçında bədbəxt hadisə baş verib.
Sfera.az xəbər verir ki, matçın 22-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Denis Marandiçinin ayağı sınıb.
“Sabah”ın hücumçusu Pavol Şafranko ilə mübarizədə ayağına zərbə alan moldovalı müdafiəçi meydandan təcili tibbi yardım maşını ilə çıxarılıb.

Azərbaycan kuboku matçında bədbəxt hadisə
03 Dekabr 2024 22:37

