Azərbaycan Kuboku: Üç futbolçu və bir məşqçi baş verənləri kənardan izləyəcək
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları sabah keçiriləcək. Sport24.az xəbər verir ki, qarşılaşmalarda üç futbolçu, bir məşqçi cəzalı durumdadır.
"Neftçi"dən Sambou Bassala "Sabah"la oyunda meydana çıxmayacaq. "Bayquşlar"ın məşqçisi Aleksey Antonyuk texniki zonada əyləşə bilməyəcək.
"Qarabağ"dan Marko Veşoviç, "Araz-Naxçıvan"dan isə Vanderson Melo sarı vərəqə limitini doldurduqları üçün görüşü buraxacaqlar.
Qeyd edək ki, "Sabah" ilk yarımfinalda "Neftçi"ni 2:1, "Araz-Naxçıvan" isə "Qarabağ"ı 1:0 hesabı ilə üstələyib.
Baxış sayı:90
Bu xəbər 22 Aprel 2025 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















