Icma.az
close
up
RU
Evdə inyeksiya qadağası: Xəstələr üçün həyati çətinlik, yoxsa təhlükəsizlik tədbiri?

Evdə inyeksiya qadağası: Xəstələr üçün həyati çətinlik, yoxsa təhlükəsizlik tədbiri?

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son günlər Azərbaycanda tibb bacılarının evdə inyeksiya (iynə) vurmasına qoyulan qadağa cəmiyyətdə müzakirələrə səbəb olub. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) açıqlamasına görə, venadaxili inyeksiya və digər tibbi prosedurlar yalnız rəsmi tibb məntəqələrində və həkim nəzarəti altında həyata keçirilməlidir. Məqsəd pasiyent təhlükəsizliyini təmin etmək olsa da, yataq xəstələri, hərəkət qabiliyyəti məhdud şəxslər və ambulator müalicə alan xəstələr üçün bu qadağa praktik problemlər yaradır.

Bu qadağadan sonra yüzlərlə tibb bacısı artıq evlərdə tibbi müdaxilədən imtina edib, binalarda divara vurulan tibb bacısı elanları isə yığışdırılıb.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Səhiyyə müəssisələrində mümkündür"

TƏBİB-dən verilən məlumata görə, tibb bacılarının ev şəraitində inyeksiya və digər invaziv tibbi müdaxilələri həyata keçirməsi ilə bağlı məhdudiyyətlər səhiyyə sahəsində mövcud olan ümumi normativ-hüquqi çərçivədən irəli gəlir:

"Əsas məqsəd ev şəraitində tibbi müdaxilələr zamanı yarana biləcək risklərin - xüsusilə anafilaktik şok, kəskin allergik reaksiyalar, infeksiya və digər ağırlaşmaların qarşısının alınması, həmçinin pasiyent təhlükəsizliyinin təmin edilməsidir. Ambulator xəstələr üçün inyeksiyalar yalnız həkim tərəfindən verilmiş rəsmi tibbi təyinat əsasında həyata keçirilə bilər. Bu prosedurlar dövlət və ya özəl səhiyyə müəssisələrində - poliklinikalarda, ailə sağlamlıq mərkəzlərində, ambulator-prosedur otaqlarında, kənd həkim məntəqələrində və digər uyğun tibbi strukturlarda icra olunur. İnyeksiyanın icrası müvafiq ixtisaslı orta tibb işçiləri (tibb bacısı, feldşer) tərəfindən, müəyyən edilmiş tibbi standartlara, sanitariya-gigiyena və təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçirilir. Tibbi praktikada inyeksiya prosedurları zamanı aseptika, antiseptika və pasiyentin ümumi vəziyyətinin qiymətləndirilməsi vacib şərtlər hesab olunur. Bu tələblərin tam təmin edilməsi isə səhiyyə müəssisələrində mümkündür".

"Burada səhiyyə infrastrukturunun səviyyəsi bərabər deyil"

"Region və kənd yerlərində bu qərarın icrası üçün mövcud infrastruktur kifayət edirmi?" sualına gəldikdə, qurumdan bildirilib ki, regionlar və xüsusilə kənd yerləri üzrə səhiyyə infrastrukturunun səviyyəsi bərabər deyil:

"Bəzi yaşayış məntəqələrində prosedur otaqlarının, ambulator mərkəzlərin və ya tibb məntəqələrinin əlçatanlığı məhdud ola bilər. Bu isə praktiki baxımdan əlavə çətinliklər yaradır".

TƏBİB-dən bildirilib ki, tibbi baxımdan hərəkət qabiliyyəti məhdud və xroniki xəstələrdə belə invaziv müdaxilələrin ev şəraitində icrası xüsusi risk qiymətləndirilməsi aparılmadan məqsədəuyğun hesab edilmir.

"Tibb bacısının evdə xidmət göstərməsi zəruridir"

Adının açıqlanmasını istəməyən, 30 illik iş təcrübəsi olan tibb bacısı bildirir ki, TƏBİB-in bu qərarında mütləq düzəlişlər olmalıdır:

"Bəziləri yataq xəstəsidir və iynə üçün xəstəxanaya getməsi praktiki olaraq mümkün deyil. İnsanlar hər inyeksiya üçün xəstəxanaya üz tutmalıdırlar? Xəstəxana bu qədər insanı qarşılaya biləcəkmi? Bəzi xəstələr lift olmadan, çətinliklə hərəkət edirlər. O xəstələr gündə iki dəfə necə tibb müəssisəsinə gedə bilərlər? Bu baxımdan, tibb bacısının evə gedib xidmət göstərməsi həm praktik, həm də zəruridir".

"Qərara dəyişiklik edilməlidir"

Həmsöhbətimiz deyir ki, əgər tibb bacısı savadlı, sertifikatlı və dövlət xəstəxanasında işləyirsə, müəyyən protokollar əsasında evdə xidmət göstərə bilər:

"Təcrübəmdə elə xəstələr olub ki, əməliyyatdan sonra inyeksiyaları gecə saat 3-də lazım olurdu. Xəstəxanada tibb bacısı var, amma xəstə evə yazıldıqda həmin inyeksiyanı kim vuracaq? Əgər yaxınlıqda sertifikatlı tibb bacısı varsa, niyə ona xidmət göstərməyə icazə verilməsin? Əməliyyat olunmuş xəstə gecə saat 3-də yenidən xəstəxanaya getməlidir?"

"Məqsəd pasiyent təhlükəsizliyini qorumaqdır"

Deputat Müşfiq Məmmədli bildirib ki, qadağanın mahiyyəti ev şəraitində qeyri-rəsmi tibbi müdaxilələrin (iynə, sistem və s.) riskli olması ilə bağlıdır:

"Evdə tibb bacısı xidmətinə qoyulan qadağanın əsas səbəbləri arasında sterillik və infeksiya riski, anafilaktik şok kimi ciddi fəsadlar zamanı təcili yardım imkanının olmaması və tibbi sənədləşmənin qeyri-müəyyənliyi göstərilir. Yəni məqsəd cəzalandırmaq deyil, pasiyent təhlükəsizliyini qorumaqdır".

Cəzalandırma mexanizminə gəldikdə isə, deputat vurğulayıb ki, hazırda açıq mənbələrdə "evdə iynə vurduğuna görə konkret cərimə" tətbiqi barədə mexanizm yoxdur. Praktikada belə hallar "Lisenziyasız tibbi fəaliyyət" və ya "Sanitar-epidemioloji qaydaların pozulması" maddələri çərçivəsində qiymətləndirilə bilər ki, xəbərdarlıqdan cəriməyə qədər dəyişir.

"Ən böyük problem kənd və qəsəbələrdədir"

M.Məmmədli bildirib ki, bu qərarla bağlı ən böyük problem bəzi kənd və qəsəbələrdə tibb məntəqəsinin olmamasıdır:

"Olan yerlərdə isə iş saatları məhduddur. Yataq xəstələri, yaşlılar, əlillər üçün ora getmək faktiki mümkün deyil. Bu reallıqda "evə tibb bacısı gəlməsin" demək alternativ təqdim olunmadan sosial gərginlik yaradır. Qadağa ilə yanaşı mexanizmlər qurulmalıdır. Məsələn, ailə sağlamlıq mərkəzləri və poliklinikalar yanında evdə xidmət qrupları yaradılmalıdır. Tibb bacısı qurum adından və qeydiyyatla getməlidir. Həkim arayışı olan pasiyentlər üçün evdə inyeksiya istisna hal kimi qanuniləşdirilməlidir. "103" və ya "TƏBİB xətti" üzərindən planlı (təcili olmayan) evdə iynəvurma xidməti fəaliyyət göstərməlidir".

"Bu müdaxilələr klinik şəraitdə icra olunmalıdır"

Sosial ekspert İlqar Hüseynli deyib ki, dünyada bu cür müdaxilələr yalnız rəsmi, protokollu və klinik şəraitdə icra olunur:

"Məsələn, Almaniyada xüsusi təlim keçmiş tibb bacıları tam təchiz olunmuş nəqliyyat vasitələri ilə kənd və ucqar bölgələrdə belə təhlükəsiz xidmət göstərirlər. Azərbaycanda isə mərkəzləşdirilmiş belə sistemlər olmadığından evdə inyeksiya ciddi tibbi risk daşıyır".

Məlumat üçün bildirək ki, tibb müəssisəsindən kənarda tibbi xidmətin göstərilməsi Təcili və Təxirəsalınmaz Tibbi Yardım (TTTY) və İlkin Səhiyyə Xidməti (İSX) çərçivəsində mümkündür. Tibb bacısının həkimin müşahidəsi altında lazımi şərait olduqda evdə inyeksiyanı icra etməsi qanunvericiliklə məhdudlaşdırılmır.

Bəs xarici təcrübə nə deyir?

Böyük Britaniya, Almaniya, Fransa, İsveç və digər Avropa ölkələrində evdə tibbi xidmətlər (home care) geniş yayılıb. Ev şəraitində inyeksiya yalnız tibb bacısı və ya evdə xidmət göstərən həkim nəzarəti altında icra olunur. Evdə xidmətlər üçün rəsmi qaydalar və protokollar mövcuddur: tibb bacısının lazımlı avadanlıqları olmalı, fövqəladə vəziyyətlər üçün təcili yardım çağırışı mümkün olmalıdır. Bu xidmətlər ya dövlət tərəfindən, ya da sığorta çərçivəsində ödənilir, vətəndaşın şəxsi təhlükəsizliyi ön plandadır.

Evdə xidmətin olmadığı və ya qadağan edildiyi ölkələrdə, bu boşluğu kompensasiya etmək üçün regionlarda ambulator xidmətlər və mobil tibbi qruplar mövcuddur. Evdə inyeksiyanın qadağan edilməsi nadir hallarda olur və adətən risklərin çox yüksək olduğu yerlərdə tətbiq edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Yanvar 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri