Icma.az
close
up
RU
Azərbaycan MDB məkanında birliyi, qarşılıqlı etimadı və sülhü gücləndirən təşəbbüslərin fəal iştirakçısıdır RƏY

Azərbaycan MDB məkanında birliyi, qarşılıqlı etimadı və sülhü gücləndirən təşəbbüslərin fəal iştirakçısıdır RƏY

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 oktyabr, AZƏRTAC

Azərbaycanın apardığı çoxvektorlu və balanslı xarici siyasət bu gün ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun, etimadın və etibarlılığın əsas dayağına çevrilib. Son günlərdə Prezident İlham Əliyevin iştirak etdiyi beynəlxalq və regional təşkilatların tədbirləri bu siyasətin növbəti təzahürü kimi diqqət çəkir. Hər bir tədbirdə Azərbaycanın rolu, çıxış etdiyi mövqelər və irəli sürdüyü təşəbbüslər bir daha göstərdi ki, ölkəmiz fərqli coğrafi məkanlarda yerləşən, siyasi baxımdan bir-birinə zidd, lakin əməkdaşlıq baxımından perspektivli qurumlarla eyni anda qarşılıqlı etimada əsaslanan münasibətlər qura bilir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O bildirib ki, bu, Prezident İlham Əliyevin diplomatik çevikliyinin və strateji uzaqgörənliyinin göstəricisidir. Azərbaycan bu gün həm Avropa İttifaqı, həm Türk Dövlətləri Təşkilatı, həm də MDB üçün etibarlı tərəfdaş sayılır. Ölkəmiz bu təşkilatların hər biri ilə öz milli maraqlarına uyğun şəkildə əməkdaşlıq edir və bütün platformalarda regionun sülh, sabitlik və inkişaf gündəliyini irəli sürür. Bu siyasət Azərbaycanın heç bir blok qarşıdurmasına qoşulmadan, amma, eyni zamanda, bütün tərəflərlə konstruktiv dialoq qura bilməsinin bariz nümunəsidir. Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdə iştirakı həm də bu siyasətin canlı ifadəsidir. Onun regional və qlobal platformalarda çıxışları Azərbaycanın maraqlarını dəqiq və prinsipial şəkildə ifadə edir, ölkəmizi etibarlı tərəfdaş və fəal oyunçu kimi möhkəmləndirir. Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində gündəlik formalaşdıran, təşəbbüs irəli sürən aktor kimi çıxış edir. Bu uğurların əsasını həm də, Azərbaycanın həyata keçirdiyi uğurlu iqtisadi diplomatiya təşkil edir. Enerji, nəqliyyat və logistika sahəsində həyata keçirilən irimiqyaslı layihələr – Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu, Zəngəzur dəhlizi – TRİPP yolu və digər regional təşəbbüslər sayəsində Azərbaycanı Mərkəzi Asiya+Cənubi Qafqaz regionunda həm iqtisadi, həm də geosiyasi baxımdan aparıcı gücə çevirib.

Milli Məclisin deputatı qeyd edib ki, oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyev çıxış edərək bir sıra mühüm məsələlərə toxunub. Dövlətimizin başçısının çıxışı Azərbaycan-Tacikistan münasibətlərinin möhkəmlənməsi, MDB məkanında dostluq və əməkdaşlığın dərinləşməsi, eləcə də Azərbaycanın regional mədəni və idman təşəbbüslərinin əhəmiyyətinə dair önəmli mesajlarla yadda qalıb. Prezident İlham Əliyev çıxışında MDB dövlət başçılarına minnətdarlığını bildirərək Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2024-cü ildə MDB-nin mədəniyyət paytaxtı kimi seçilməsini yüksək qiymətləndirib. Prezident İlham Əliyev Birliyin humanitar həyatında mühüm hadisə olan III MDB Oyunlarının Azərbaycanın qədim mədəniyyət mərkəzi Gəncə şəhərində və ölkənin daha altı şəhərində – Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəkidə keçirildiyini xüsusi vurğulayıb. Belə ki, bu yarışlarda 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq dövlətlərdən 1600-dən çox idmançı iştirak edib. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərin güclənməsinə kömək edir. Gəncədə və digər şəhərlərdə keçirilən bu oyunlar Azərbaycan idman infrastrukturunun gücünü nümayiş etdirməklə yanaşı, MDB ölkələri arasında mədəni və humanitar əlaqələrin daha da yaxınlaşmasına mühüm töhfə verdi.

“Prezident İlham Əliyevin Düşənbədəki çıxışı MDB ölkələri arasında mehriban qonşuluq, dostluq və qarşılıqlı hörmət prinsiplərinin möhkəmlənməsinə yönəlmiş ardıcıl siyasətin təzahürü oldu. Dövlətimizin başçısının humanitar, mədəni və idman əməkdaşlığına dair mesajları bir daha göstərdi ki, Azərbaycan MDB məkanında birliyi, qarşılıqlı etimadı və sülhü gücləndirən təşəbbüslərin fəal iştirakçısıdır. Gəncədə keçirilən III MDB Oyunları və Laçının mədəniyyət paytaxtı seçilməsi bu siyasətin uğurlu nəticələridir. Azərbaycan diplomatiyası bu gün balanslı siyasət yürütməklə yalnız regional sabitliyə deyil, həm də qlobal təhlükəsizlik sisteminə töhfə verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan bu çoxvektorlu siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirib, ölkəmizi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının əməkdaşlıq mərkəzi kimi ön plana çıxarıb”, - deyə P.Vəliyeva vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri