Icma.az
close
up
RU
Azərbaycan mediasında 5 ildə böyük dönüş MEDİA islahatlarla yeni mərhələ açdı

Azərbaycan mediasında 5 ildə böyük dönüş MEDİA islahatlarla yeni mərhələ açdı

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılmasının üzərindən artıq 5 il keçib.

MEDİA Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli, 1249 nömrəli Fərmanı ilə yaradılıb.

Agentlik medianın inkişafını dəstəkləyir, media mütəxəssislərinin hazırlanması və əlavə təhsilini təşkil edir, audiovizual, çap və onlayn media subyektlərinin, informasiya agentliklərinin, jurnalistlərin və digər media işçilərinin fəaliyyətini stimullaşdırır. Həmçinin yeni informasiya-kommunikasiya texnologiyaları və innovasiyaların tətbiqini təşviq edir.

Son illər MEDİA Avropa ölkələrinin informasiya agentlikləri ilə əməkdaşlığı genişləndirir, birgə layihələr, jurnalist mübadiləsi proqramları və təlimlər təşkil edir. Bu qurum Azərbaycan mediasının həm yerli, həm də beynəlxalq səviyyədə etibarlı və peşəkar informasiya mənbəyi kimi mövqeyini möhkəmləndirir.

Qurum yaradıldıqdan sonra modernləşmə, peşəkarlığın artırılması və şəffaflıq sahəsində əhəmiyyətli nəticələr əldə olunub. Media subyektlərinin reyestrindən jurnalistlərin reyestrinə qədər geniş bir sistem qurulub.

Gununsesi.info -ya açıqlamasında media eksperti Azər Həsrət qeyd edib ki, Medianın İnkişafı Agentliyi öz fəaliyyətində ciddi irəliləyişlər əldə edib:

Ən önəmlisi isə medianın daha yüksək səviyyəyə çatdırılması üçün əsl cəhdlərin göstərilməsidir. Bundan əlavə, Azərbaycan mediasının beynəlxalq platformalardakı mövqelərinin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq media müstəvisinə çıxarılması üçün də işlər görüldü və böyük həcimli tədbirlər təşkil olundu. Bu tədbirlər arasında xüsusilə Şuşa Media Forumunu qeyd etmək lazımdır. Forumda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Həmçinin Türk Dövlətləri Təşkilatının media forumu, İslam Əməkdaşlıq Təşkilatının, D-8 ölkələrinin media forumu və Azərbaycan-Gürcüstan media forumu da keçirilib”.

O qeyd edib ki, Medianın İnkişafı Agentliyi medianın ayaqda qala bilməsi üçün maddi dəstəyin ayrılmasında da rol oynayıb:

“Düzdür, bu dəstək indi Medianın İnkişafı Agentliyi olsa da, birbaşa Azərbaycan dövlətinin dəstəyidir, amma agentlik bu prosesdə öz töhfəsini verib.

Bundan əlavə, Azərbaycan mediasında müəyyən təmizlənmə prosesi aparılıb. Yeni qanun qəbul olunub, media haqqında qanun çərçivəsində reyestr tərtib edilib və bu reyestrə ciddi media fəaliyyəti ilə məşğul olanlar daxil edilib. Bu baxımdan da uğurlu işlər nəzərə çarpır.

Dövlətin media vasitəsilə siyasətini həyata keçirməsi baxımından agentlik az iş görməyib.

Düzdür, mən agentliyin içində deyiləm, maliyyə almıram. Bəzən tədbirlərinə dəvət olunuram, iştirak edirəm və öz gözüm ilə görürəm. Eyni zamanda, kənardan müşahidələrim də var. Bu müşahidələrə əsaslanaraq deyə bilərəm ki, uğurlar çoxdur”.

Gununsesi.info-ya danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, jurnalist Hacıbəy Heydərli mövzu ilə bağlı fikirlərini bölüşüb:

Düşünürəm ki, Medianın İnkişafı Agentliyi son 5 il ərzində böyük nailiyyətlərə imza atıb. Xüsusən Azərbaycanda media islahatlarının başlanğıcı Medianın İnkişafı Agentliyinin yaradılması ilə bağlıdır. Bu 5 il ərzində Medianın İnkişafı Agentliyi Azərbaycanda media sahəsinin saflaşməsına və şəffaflaşmasına xidmət edib.

Deyə bilərəm ki, media reyestrinin yaradılması, media haqqında qanunun qəbul edilməsi və jurnalistlərin təlimlərə cəlb edilməsi həm Azərbaycan mediasının peşəkarlaşmasına, həm də yeni mərhələyə qədəm qoymasına gətirib çıxardı. Eyni zamanda, son illər həyata keçirilən media savadlılığı layihəsi də Medianın İnkişafı Agentliyinin ən mühüm layihələrindən biridir.

Media savadlılığı dünyada ən çox ehtiyac duyulan sahələrdən biridir. Təəssüf ki, bu gün Azərbaycanda sosial şəbəkələrdə və bəzi xəbər saytlarında dezinformasiya və saxta xəbərlərlə qarşılaşırıq. Azərbaycan insanı həqiqi xəbəri saxta və yalan xəbərlərdən ayırd etmək üçün media savadlılığına yiyələnməlidir. Onlayn Medianın İnkişafı Agentliyinin bu istiqamətdə apardığı işlər çox təqdirəlayiqdir”.

O qeyd edib ki, süni intellektin inkişafı ilə dünyada olan trendlərin tətbiqi baxımından, Azərbaycan jurnalistlərinə təlimlərin keçirilməsi və xarici ekspertlərin dəvət edilməsi də çox vacibdir.

“Bu, Azərbaycan jurnalistlərinin dünya mediasına inteqrasiyası baxımından mühüm addımdır.

Bundan başqa, onlayn media subyektlərinə maliyyə yardımının ayrılması da Medianın İnkişafı Agentliyi tərəfindən Azərbaycana gətirilən yenilikdir. Bunun töhfəsi artıq görünməkdədir və Azərbaycan mediasının peşəkarlaşması, şəffaflaşması məhz media subyektlərinə maliyyə yardımının ayrılmasından sonra daha da artır.

Fərdi jurnalist layihələri, fərdi jurnalistlərə müsahibələrin keçirilməsi və onlara stimullaşdırıcı mükafatların verilməsi isə jurnalistlər arasında sağlam rəqabətin artmasına səbəb olub.

Bütün bunlar Medianın İnkişafı Agentliyinin Azərbaycan mediasına yeni bir mərhələ açdığını, islahatlara start verdiyini göstərir. Bu gün biz həmin islahatların uğurlu nəticələrini Azərbaycan mediasında aydın şəkildə görə bilirik”,-deyə jurnalist fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:26
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Yanvar 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see199

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see130

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri