Icma.az
close
up
RU
Azərbaycan məğlub olana zərbə endirmədi və sülh təklif etdi ŞƏRH

Azərbaycan məğlub olana zərbə endirmədi və sülh təklif etdi ŞƏRH

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə Prezident İlham Əliyevin çıxışı təkcə Azərbaycanın mövqeyini açıqlamadı. O, bütövlükdə beynəlxalq münasibətlərdə ədalət və məsuliyyət məsələsini gündəmə gətirdi". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Onun sözlərinə görə, dövlət başçısı çıxışına Azərbaycanın coğrafi və siyasi rolundan başladı: "Asiya ilə Avropanın kəsişməsində yerləşən ölkəmiz Avrasiyada getdikcə daha mühüm birləşdirici mərkəzə çevrilir. Nəqliyyat, enerji, iqtisadiyyat və humanitar sahələrdəki əməkdaşlıq regionda təhlükəsizliyi də möhkəmləndirir. Bu siyasət bərabərhüquqluluğa, daxili işlərə qarışmamağa, ərazi bütövlüyünə və suverenliyə hörmətə söykənir.

Çıxışın əsas hissəsi ikili standartlara həsr olundu. Prezidentin sözlərinə görə, Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən bu praktika ilə üzləşib. Ölkə ərazisinin təxminən 20 faizi 30 il işğal altında qaldı, bir milyon azərbaycanlı isə doğma yurdundan qovuldu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə kağız üzərində qaldı. ATƏT-in Minsk qrupu isə nəticə vermədi, çünki onun fəaliyyəti, Prezidentin ifadəsi ilə, imitasiya xarakteri daşıyırdı.

İlham Əliyev vurğuladı ki, Azərbaycan səbirlə sülh yolu ilə həll axtarırdı. Lakin beynəlxalq ictimaiyyət işğala göz yumdu, qətnamələrin icrasında təkid etmədi. Nəticədə 2020-ci ildə 44 günlük Vətən müharibəsi başladı, 2023-cü ilin sentyabrında isə qısa müddətli antiterror tədbirləri ilə suverenlik tam bərpa olundu. Prezident bu məqamı da xüsusilə qeyd etdi: müharibə Azərbaycanın seçimi olmayıb. Əgər Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, döyüş meydanına ehtiyac qalmazdı.
Çıxışın ən diqqətçəkən mesajı isə qələbədən sonrakı mövqeyə aid idi. Azərbaycan məğlub olana zərbə endirmədi və sülh təklif etdi. Bir ildən bir az çoxdur ki, region sülh şəraitində yaşayır. Dövlət başçısı bu sülhün hələ kövrək olduğunu da gizlətmədi və onun qorunub möhkəmləndirilməsinin vacibliyini xatırlatdı.

Bu çıxış bir məsələni də aydın göstərdi: qətnamələrin icrasını təmin edən real mexanizmlər yaradılmayana qədər münaqişələr davam edəcək, yenilərinin yaranma ehtimalı da qalacaq. Azərbaycanın təcrübəsi bunun ən yaxşı sübutudur.
Eyni zamanda, Azərbaycanın AQEM-ə sədrliyi dövründə atdığı addımlar ölkəmizin yalnız öz hüquqlarını müdafiə etmədiyini, həm də əməkdaşlığa töhfə verdiyini göstərir. Nəqliyyat, rəqəmsallaşma, ətraf mühit, turizm, təhsil və elm sahələrində irəli sürülən təşəbbüslər təşkilatı institusional və hüquqi baxımdan gücləndirib, üzvlərinin sayını artırıb.
Beləliklə, Bakı zirvəsi iki mühüm mesaj verdi. Birincisi, ədalətsizliyə göz yuman sistem uzunmüddətli sabitlik yarada bilməz. İkincisi, Azərbaycan həm haqqını müdafiə edən, həm də dialoqa açıq olan ölkə kimi regionda sülh və əməkdaşlığın təminatçısı rolunu davam etdirir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Oktyabr 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri