Icma.az
close
up
RU
Azərbaycan məlumat təhlükəsizliyi sahəsində yüksək standartlara malikdir

Azərbaycan məlumat təhlükəsizliyi sahəsində yüksək standartlara malikdir

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

“Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum” tərəfindən “Məxfilik və mübadilə olunan məlumatların konfidensiallığının qorunması” səviyyəsinin qiymətləndirilməsi üzrə yekun hesabat təsdiq olunub. 
Demokrat.az
xəbər verir ki, yekun hesabatda Azərbaycan Respublikasının yüksək nəticə əldə etdiyi öz əksini tapıb. Bu nəticə ölkəmizin beynəlxalq səviyyədə ən müasir kibertəhlükəsizlik standartlarına cavab verən rəqəmsal infrastruktura malik olduğunu bir daha sübut edir.
Qeyd edək ki, Qlobal Forum üzv ölkələrdə məxfilik və konfidensiallığın qorunması səviyyəsini mütəmadi olaraq qiymətləndirir. Azərbaycanda müvafiq sahədə vəziyyətin yoxlanılması məqsədilə ötən ilin fevralında təşkilatın qiymətləndiricilərinin ölkəmizə səfəri baş tutub. Qiymətləndirmə prosesi zamanı informasiya təhlükəsizliyi və konfidensiallığın təmin olunması istiqamətində görülmüş tədbirlər, daxili prosedurların beynəlxalq standartlara uyğunluğu, həmçinin “Təhlükəsizlik Əməliyyatları Mərkəzi”nin (SOC) fəaliyyəti ekspertlər tərəfindən ətraflı şəkildə nəzərdən keçirilib. 
Məlumatların kiber müdaxilələrdən 24/7 rejimində qorunması və rəqəmsal ekosistemin dayanıqlığı baxımından SOC-un fəaliyyəti xüsusilə yüksək qiymətləndirilib.
Azərbaycan Respublikası 26 fevral 2013-cü il tarixində Qlobal Foruma üzv olmaqla bu sahədə beynəlxalq qiymətləndirmə prosesində iştirak öhdəliyini öz üzərinə götürüb.
Aparılmış qiymətləndirmənin nəticələri ölkəmizdə vergi məqsədləri üçün beynəlxalq məlumat mübadiləsi sahəsində etibarlı, təhlükəsiz və yüksək kiber toxunulmazlığa malik sistemin formalaşdırıldığını bir daha təsdiq edir. Bu, həmçinin beynəlxalq öhdəliklərin icrası, tərəfdaş yurisdiksiyalarla qarşılıqlı etimadın möhkəmləndirilməsi və rəqəmsal məlumatların toxunulmazlığını təmin edən beynəlxalq kibertəhlükəsizlik standartlarına uyğun fəaliyyətin təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir.
Azərbaycan bundan sonra da vergi məqsədləri üçün şəffaflıq, qabaqcıl rəqəmsal mühafizə texnologiyalarının tətbiqi və konfidensiallığın qorunması istiqamətində beynəlxalq standartların tətbiqini ardıcıl şəkildə davam etdirəcək.
Demokrat.az
 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Aprel 2026 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri