Icma.az
close
up
RU
Azərbaycan memarlığında Heydər Əliyev imzası

Azərbaycan memarlığında Heydər Əliyev imzası

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 4 may, AZƏRTAC

Müstəqil Azərbaycanın iqtisadi tənəzzüldən çıxarılması, böhranların effektiv idarə olunması, eləcə də ölkəmizin dünya siyasətinə inteqrasiyası məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Yaşadığı dövrün çətinliklərinə baxmayaraq, çağırışlara adekvat cavab vermək və ictimaiyyətlə effektiv ünsiyyət qurmaq bacarığı onu güclü lider kimi səciyyələndirir. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafını prioritet hesab edirdi. Davamlılıq, funksional təşkilatlanma və dəyişən şəraitə uyğunlaşmaq bacarığı onun idarəçilik fəlsəfəsinin əsas xüsusiyyətləridir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.

O bildirib ki, Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın memarlıq üslubunun qorunmasına böyük həssaslıqla yanaşıb. Azərbaycanın müasir şəhərsalma tarixində Heydər Əliyev dövrü xüsusi mərhələdir. Onun rəhbərliyi illərində həyata keçirilən quruculuq işləri həm Bakının, həm də regionların simasını əsaslı şəkildə dəyişdirdi.

Sovet dövründə başlanılan şəhərsalma siyasəti çərçivəsində yeni yaşayış massivləri salındı və müasir infrastrukturun təməli qoyuldu. Paytaxtda inşa edilən Respublika Sarayı və Gülüstan Sarayı kimi memarlıq nümunələri dövrün estetik baxışını əks etdirən mühüm mədəniyyət ocaqları oldu. Eyni zamanda, Bakı Metropoliteni şəbəkəsinin genişləndirilməsi şəhər həyatının dinamikliyini artırdı.

Müstəqillik illərində bu siyasət daha da dərinləşdirildi. Bakı Bulvarı yenidən quruldu, Şəhidlər Xiyabanı və Fəxri Xiyaban kimi ərazilər abadlaşdırılaraq milli yaddaşın simvolları kimi formalaşdırıldı. Ümumiləşdirərək demək olar ki, Heydər Əliyevin təşəbbüsü ilə 1969-cu ildən başlayaraq şəhərsalma sahəsində sistemli islahatlar həyata keçirildi. Həmin dövrdə Bakının Baş planı yenidən işlənildi, geniş prospekt və yolların çəkilməsi bilavasitə onun adı ilə bağlandı. Sovet ideologiyasının məhdudiyyətlərinə baxmayaraq, milli ornamentlərin memarlıq nümunələrinə daxil edilməsi cəsarətli və uzaqgörən bir addım idi.

"İstər paytaxt Bakının, istərsə də regionların inkişafı Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Bu gün yeni reallığımız Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Bölgə yeni inkişaf mərhələsinə qədəm qoyur, müasir “ağıllı” yaşayış məntəqələri qurulur. Hazırda bu ərazilər sürətlə dirçəlir və beynəlxalq diqqət mərkəzindədir. Bakı şəhərinin bu il Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi etməsi bunun bariz nümunəsidir.

Dünya Şəhərsalma Forumu Cənubi Qafqazda keçiriləcək ən böyük tədbirlərdən biri olacaq. Mühüm məqamlardan biri odur ki, tədbirə qədər Böyük Qayıdış proqramı çərçivəsində on minlərlə keçmiş məcburi köçkünün doğma yurdlarına qayıtması planlaşdırılır. Bu, dayanıqlı inkişaf məqsədlərinə və sülhə mühüm töhfədir. Azərbaycan bütün bu işləri öz daxili resursları hesabına həyata keçirir.

WUF 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən sürətli şəhərləşmə problemlərini araşdırmaq məqsədilə yaradılıb. İlk forum 2002-ci ildə Nayrobidə keçirilib. Sayca 13-cü olan forumun Bakıda keçirilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir. Azərbaycan yerli prioritetləri qlobal səylərlə uzlaşdırmağın unikal modelini ortaya qoyur",- deyə A.Badamov vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 May 2026 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri