Azərbaycan millisinin baş məşqçisi: Rusiya ilə oyunların Millətlər Liqasındakı çıxışımıza çox köməyi dəyəcək AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 3 dekabr, AZƏRTAC
“Rusiya ilə oyunların çətin olacağı öncədən məlum idi. İlk matçda komandamız yaxşı oyun sərgiləmişdi. Məğlub olsaq da, sona qədər mübarizə apardıq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Soçi şəhərində Rusiya yığması ilə keçirilmiş ikinci yoldaşlıq oyunundan sonra AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis minimal hesabla uduzduqları qarşılaşmanı şərh edib: “İkinci görüşə hazırlaşmaq, həm öz səhvlərimizi görmək, həm də rəqibi təhlil etmək üçün kifayət qədər vaxtımız oldu. Fikrimcə, dünənki qarşılaşmanı daha yaxşı keçirdik. Futbolçularımız hücumda rusiyalı müdafiəçilərə problemlər yaradırdılar. Təəssüf ki, hücumların sonluğunu gətirə bilmirdik. Adi səhvdən qol buraxaraq məğlub olduq. Buna baxmayaraq, komandadan razıyam. Çünki qızlar tapşırıqları yerinə yetirməyə çalışdılar və çəkinmədən mübarizə apardılar. İnanıram ki, bu oyunların gələn ilin fevralında başlayacaq UEFA Millətlər Liqası turnirindəki çıxışımıza çox köməyi dəyəcək”.
Qeyd edək ki, noyabrın 28-də və dekabrın 2-də keçirilmiş hər iki görüşdə Rusiya yığması 1:0 hesablı qələbə qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 03 Dekabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















