Azərbaycan millisinin qapıçısı Mbappe ilə Ronaldunu müqayisə etdi FOTO
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Qarabağ"ın və Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyev Kilyan Mbappe ilə Kriştianu Ronaldunu müqayisə edib.
Milli.Az xəbər verir ki, 31 yaşlı qolkiper bu barədə Rusiyanın "Championat" saytına müsahibəsində danışıb.
"Mbappe çox güclüdür. Onun sürəti televiziyada olduğu kimi nəzərə çarpmır. O, çox kəskin və cəlddir. Məncə, Fransa və Portuqaliya milliləri eyni dərəcədə güclüdür. Fərq ondadır ki, biz Portuqaliya ilə oynayanda Ronaldu artıq driblinq edən futbolçudan daha çox bitirici idi. Həmçinin Mbappe hazırda ən yaxşı formasındadır", - deyə Məhəmmədəliyev bildirib.
Qeyd edək ki, Azərbaycan millisi 2021-ci ilin martında Portuqaliyaya 0:1 hesabı ilə, bu ilin oktyabrın 10-da isə Fransaya 0:3 hesabı ilə uduzub.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 13 Oktyabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















