Icma.az
close
up
RU
Azərbaycan millisinin sabiq basketbolçusu: Mən Azərbaycanı həmişə yaxşı xatırlayacağam. Bu ölkə mənim ikinci evimdir MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq basketbolçusu: Mən Azərbaycanı həmişə yaxşı xatırlayacağam. Bu ölkə mənim ikinci evimdir MÜSAHİBƏ

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 4 fevral, AZƏRTAC

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığmasının sabiq üzvü Mersedes Volker AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Peşəkar idmançı karyeranızı başa vurduqdan sonra dondurma biznesi ilə məşğul olmağa necə qərar verdiniz?

- Bəli, ötən il karyeramı bitirdikdən sonra vətənimə qayıtdım. Hazırda ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayıram və buradakı insanlar mövsümdən asılı olmayaraq dondurma yeməyi çox xoşlayırlar. Mən də özümü başqa sahədə sınamaq istədiyim üçün dondurma biznesi işə məşğul olmağa qərar verdim. Biznesim şəhər sakinlərinin marağına səbəb olduğu üçün çox sevinirəm. İlk zamanlar qorxurdum. Çünki bu iş mənim üçün yeni idi. İlk dəfə idi biznes sahəsində özümü sınamaq qərarına gəlmişdim. Uğursuz olacağıma dair şübhələrim var idi. Amma hər şey istədiyim kimi alındığı üçün xoşbəxtəm.

- Karyeranızı məşqçi kimi davam etdirməməyinizə nə səbəb oldu?

- Basketbola fasilə vermək istədim. Buna ehtiyacım var idi. Mən hazırda bütün diqqətimi dondurma biznesinə yönəltmişəm və bu işlə məşğul olmağa davam etmək niyyətindəyəm. Amma vaxtım və istəyim olarsa, bəlkə yenidən basketbola qayıda, məşqçi kimi çalışa bilərəm.

- Hazırkı həyatınızdan razısınızmı?

- Yeni həyatımı sevirəm. Çünki artıq qaçmalı deyiləm (gülür).

- Basketbol üçün darıxırsınız?

- Əlbəttə ki, darıxıram. Buna görə də beynəlxalq yarışlardakı oyunları sosial şəbəkələr vasitəsi ilə izləyirəm. İzləyə bilmədiyim matçların bəzilərinin isə nəticələrinə baxıram.

- 2015-ci ildən Azərbaycan yığmasının heyətində çıxış edirsiniz. Bu illər ərzində keçirdiyiniz günləri necə xatırlayırsınız?

- Mən Azərbaycanı həmişə yaxşı xatırlayacağam. Bu ölkə mənim ikinci evimdir. Azərbaycanın bir çox bölgəsində, xüsusilə də Bakıda xatirələrim olub. Yeni dostlar qazanıb, yaxşı və faydalı insanlar tanımışam. Bunları heç vaxt unutmuram.

- Əgər Azərbaycandan təklif gəlsə, burada qalıb məşqçi kimi fəaliyyət göstərmək istərdinizmi?

- Əgər belə bir təklif gəlsə, mən mütləq Azərbaycana qayıdacaq və bu fürsəti dəyərləndirəcəyəm.

- Milli komandanın heyətində keçirdiyiniz ən unudulmaz və sizi ən çox məyus edən oyunlar hansılar olub?

- Məni ən çox məyus edən “Paris-2024” Yay Olimpiya Oyunlarında Avstraliya seçməsi ilə keçirdiyimiz debüt qarşılaşmamız idi. İlk oyundan məğlub olduğumuz üçün növbəti matçlarda motivasiyamızı bərpa edib, toparlanmalı idik. Həmin vaxt bunu bacarmaq mənim üçün olduqca çətin idi. Çünki özümüzdən daha artığını gözləyirdik. Ən unudulmazı isə sözsüz ki, turnirin ikinci görüşündə reytinq sıralamasının bir nömrəli komandası olan Çin yığması ilə oyunumuz idi. Belə çətin kollektivə qalib gəlmişdik. Düşünürəm ki, həmin görüşü heç bir keçmiş komanda yoldaşım unuda bilmir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri