Azərbaycan Moldova ilə enerji əməkdaşlığı məsələlərini müzakirə etdi Yeni Çağ Media
Icma.az bildirir, Yenicag portalına istinadən.
Energetika naziri Pərviz Şahbazov COP29 tədbiri çərçivəsində Moldovanın energetika naziri Viktor Parlikov ilə görüşüb.
Energetika Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, görüşdə ikitərəfli enerji gündəliyinin aktual məsələlərinə dair müzakirələr aparılıb. Azərbaycanda “yaşıl enerji” keçidi və müxtəlif istiqamətlərdə həyata keçirilən “yaşıl enerji dəhliz”ləri ilə bağlı fikir mübadiləsi edilib.
Bərpa olunan enerji, enerji səmərəliliyi və enerji tənzimlənməsi sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar dəyərləndirilib. Enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrinin təşviqi və enerji tənzimlənməsi sahələrində əməkdaşlıq memorandumlarının imzalanması razılaşdırılıb.
Nazir Mərakeşin enerji keçidi və dayanıqlı inkişaf naziri Leila Benali ilə də görüşüb. Görüşdə hər iki ölkədə enerji sektorunda inkişaf prosesləri və yaşıl enerji keçidi təcrübəsi bölüşülüb. Bərpa olunan enerji, qaz infrastrukturu və pespektivli layihələr üzrə əməkdaşlıq potensialı nəzərdən keçirilib. COP29-un enerji təşəbbüslərinə dəstək ifadə olunub.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 14 Noyabr 2024 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















