Icma.az
close
up
RU
Azərbaycan mühüm enerji və tranzit mərkəzi kimi statusunu gücləndirib

Azərbaycan mühüm enerji və tranzit mərkəzi kimi statusunu gücləndirib

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Böyük təbii sərvətlərə malik olan, enerji və nəqliyyat dəhlizlərinin kəsişməsində strateji mövqe tutan Azərbaycan regional və qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verən mühüm enerji və tranzit mərkəzi kimi statusunu möhkəmləndirib.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Baker Hughes" şirkətinin Rusiya və MDB üzrə dövlət orqanları və dövlət siyasəti ilə əlaqələr üzrə direktoru Andrey Kotov Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında bildirib.

"SGC və digər ixrac marşrutlarının uğurlu fəaliyyəti sayəsində Azərbaycan xarici bazarlara etibarlı, əlçatan və təhlükəsiz enerji daşıyıcılarının təchizatını təmin edir. Azərbaycan qazının SGC vasitəsilə ixrac coğrafiyası və həcmi daim artır. Biz əminik ki, təbii qaz keçid deyil, hədəf yanacağıdır. O, həmçinin artan enerji tələbatının dayanıqlı şəkildə ödənilməsinə aparan bir yol kimi çıxış edir", - A.Kotov vurğulayıb.

O qeyd edib ki, 2026-cı il şirkətin Azərbaycandakı fəaliyyətinin 30 illik yubileyi ilə əlamətdar olacaq: "Uzun illərdir ki, "Baker Hughes" Azərbaycanın etibarlı tərəfdaşıdır. Biz ümid edirik ki, fəaliyyətimiz bundan sonra da ölkənin enerji sənayesinin inkişafına, o cümlədən hasilatın artırılmasına və səmərəli istismarın təmin edilməsinə, eləcə də yeni enerji həllərinin və dekarbonizasiya sahəsindəki hədəflərin paralel şəkildə dəstəklənməsinə töhfə verəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Mart 2026 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri