Icma.az
close
up
RU
Azərbaycan müstəmləkəçilik meyillərinə qarşı mübarizənin əsas lokomotivi rolunu öz üzərinə götürüb

Azərbaycan müstəmləkəçilik meyillərinə qarşı mübarizənin əsas lokomotivi rolunu öz üzərinə götürüb

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


"Azərbaycan xarici siyasətində daha bir uğura imza atıb. Ölkəmiz 121 ölkəni birləşdirən Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində 21-ci əsrdə davam edən müstəmləkəçilik və onun yeni təzahürlərinin aradan qaldırılmasını əsas xarici siyasət istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan çoxtərəflilik dəyərlərini təşviq edərək müstəmləkəçilik meyillərinə qarşı mübarizənin əsas lokomotivi rolunu öz üzərinə götürüb".
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib.
O qeyd edib ki, bugünlərdə 2 ili tamam olan Bakı Təşəbbüs Qrupu (BTQ) bu müddət ərzində beynəlxalq qeyri-hökumət təşkilatı kimi, Fransanın dənizaşırı ərazilərində, xüsusilə də Yeni Kaledoniyada, dekolonizasiya və insan haqları məsələləri üzrə əhəmiyyətli nəticələr əldə edib: "Məqsədi müstəmləkə altında yaşayan xalqların azadlıq uğrunda mübarizəsinə dəstək vermək olan təşkilat dünyada neokolonializmə qarşı mübarizədə mühüm rol oynayır. Fransanın müstəmləkə cinayətlərinin ifşa edilməsi və ona qarşı mübarizədə Bakı Təşəbbüs Qrupunun yaradılması rəsmi Parisi ciddi narahat edib. Nəticədə dünyada ən güclü müstəmləkəçi ölkə kimi tanınan Fransa geri çəkilməyə məcbur olub, bir çox nüfuz dairələrində zəifləyib, yerli xalqlar üzərində öz imicini və gücünü itirib.
İyulun 12-də Yeni Kaledoniyanın gələcək statusunun müəyyənləşdirilməsi məqsədilə Parisdə Fransa Hökuməti müstəqillik tərəfdarları və əleyhdarları razılaşma əldə edərək sazişə imza atıblar. Fransa dövlət başçısı E.Makron ilk dəfə idi ki, Yeni Kaledoniya ilə bağlı danışıqda şəxsən iştirak edib. Sazişə əsasən Fransa Konstitusiyası tərəfindən tanınan və beynəlxalq ictimaiyyət tərəfindən tanınması nəzərdə tutulan, Fransa tərkibində unikal institusional qurum - “Yeni Kaledoniya Dövləti” yaradılacaq. Yeni Kaledoniya öz müqəddaratını təyin etmək hüququnu da özündə saxlayır. Bununla da bəzi Fransa rəsmilərinin dəyişdirilməsi mümkünsüz elan etdiyi Fransa Konstitusiyasının “toxunulmazlığı”na son qoyulur. Beləliklə dekolonizasiya istiqamətində unikal presedent yaranır".
Pərvanə Vəliyeva həmçinin vurğulayıb ki, dünyaya özünü “demokratiya carçısı” kimi tanıdan Fransa və onun rəsmi şəxsləri hər fürsətdə bu məsələ “daxili işimizdir” deyib, insanları həbs edir, ölümlə hədələyir, üsyanları yatırırdı: "Dənizaşırı ərazilərdə, xüsusilə Yeni Kaledoniyada əhalinin Fransa hökumətinin siyasətindən ciddi narazılığını neytrallaşdırmaq məqsədilə Prezident E. Makron tez-tez Yeni Kaledoniya, Vanuatu və digər adalara səfər etmək məcburiyyətində qalıb. Halbuki, o, bu ərazilərə sonuncu dəfə 2018-ci ilin mayında baş çəkmişdi.
Fransanın dənizaşırı ərazilərə münasibətdə məqsədli şəkildə ayrı-seçkilik siyasəti aparması və nəticədə ən zəif inkişaf etmiş ərazilərin məhz müstəmləkəçilikdən əziyyət çəkən departamentlərin olması faktı, uzun illərdi bu ərazilərin təbii sərvətlərinin mərkəzi hakimiyyət tərəfindən talan edilməsi bu ərazilərin səlahiyyətli şəxsləri və siyasətçilərinin Azərbaycan Prezidentinin timsalında özlərinə “Ümid yeri” kimi baxmasına gətirib çıxarıb.
Prezident İlham Əliyev nüfuzlu beynəlxalq platformalarda mütəmadi olaraq, xüsusilə COP29 zamanı müstəmləkəçiliklə mübarizəni gündəmə gətirmiş, ədalət və beynəlxalq hüquq naminə müstəmləkəçiliyin tamamilə ləğv edilməsi, keçmişdə və hazırda müstəmləkə şəraitində yaşayan xalqların müstəqil yaşaması, öz müqəddəratını təyin etməsinə dəstək ifadə edib.
Əsarət altında yaşayan xalqların dövlət başçısına xüsusi rəğbəti və hər fürsətdə bunu dilə gətirmələri, bu dəstəyi müxtəlif jestlərlə qiymətləndirməsi - istər dəmir yumruğu özlərinə şüar seçmələri, istər onun portretini qaldırmaları, istər Azərbaycan bayrağını öz ölkələrində dalğalandırmaları, istərsə də, BTQ ətrafında sıx birləşərək Bakının beynəlxalq dekolonizasiya mərkəzinə çevrilməsinə zəmin yaratmaları – bu yüksək qiymətin təzahürü idi.
Bundan başqa, BTQ Yeni Kaledoniyada insan haqları pozuntularını BMT səviyyəsində gündəlikdə saxlaya bilib. BMT-in müxtəlif platformalarında bu məsələ daim gündəmə gətirilib, plenar iclaslarında çıxışlar edilib, Fransa nümayəndə heyətinə suallar ünvanlaya bilib, alternativ hesabatlar, vizual materiallar hazırlanıb və yayılıb. Bir sözlə, Kanak xalqı BTQ-in dəstəyi ilə məlumat blokadasını yara bilib və öz səslərini ucalda bilib".
Millət vəkili onu da deyib ki, Ermənistan-Azərbaycan normallaşma prosesinə hər vəchlə mane olan, Ermənistanda revanşizmi dəstəkləyən, Avropa İttifaqının sərt məhdudiyyət qaydalarına baxmayaraq bir tərəfli qaydada Ermənistanı silahlandıran, maliyyə dəstəyi verən Fransa, Prezident İlham Əliyevə təzyiq etməyin mənasız olduğunu başa düşsə də, düşmənçilik mövqeyindən əl çəkməyib: "Fransa ərazi baxımdan Azərbaycandan 7 dəfədən artıq, əhali baxımdan 6 dəfədən çox olsa da, dövlət başçımız fransalı həmkarını bütün cəbhələrdə neytrallaşdıra, hətta açıq-aşkar üstələyə bilib. 44 günlük Vətən Müharibəsində Ali Baş Komandanın Ermənistan üzərində Zəfərini öz şəxsi məğlubiyyəti hesab edən Makron bu dəfə “daxili iş” deyərək neytrallaşdırmağa çalışdığı koloniyalaşdırma məsələsində də cənab Prezidentə məğlub oldu və o, müstəqillik tərəfdarlarına münasibətdə böyük güzəştə getməyə - Yeni Kaledoniya üzərindəki əsarətini bitirməyə məcbur oldu.
FLNKS hərəkatının rəhbərlərindən biri Rok Vamitan sözügedən Sazişin beynəlxalq hüquqa əsaslandığını bildirib. Layihə əvvəlcə hərəkatlar tərəfindən qiymətləndirilməli, daha sonra Kanak xalqı tərəfindən təsdiqlənməlidir. İmzalayan tərəflər sənədi müdafiə öhdəliyi götürüblər. Təbii ki, bunu xalqa qəbullandırmaq elə də asan iş olmayacaq.
2026-cı ildə Yeni Kaledoniyanın təşkilati quruluşunu müəyyən edən əsas qanun qəbul ediləcək. Bu qanun ölkənin adı, bayrağı və digər simvollarının dəyişdirilməsinə imkan yaradacaq. Həmin ildən Kaledoniyalılar Fransa ilə yanaşı, Kaledoniya vətəndaşlığına da sahib olacaq və Avropa vətəndaşlığını saxlayacaqlar. Fransa, beynəlxalq öhdəliklərinə uyğun olaraq, Yeni Kaledoniyanın maraqlarını beynəlxalq aləmdə müdafiə etməyi və onun beynəlxalq inteqrasiyasına dəstək verməyi öhdəsinə götürür. Təhlükəsizlik, müdafiə və ictimai əsayiş sahəsində Fransa səlahiyyətli qalır və bu sahələrdə Kaledoniya tərəfi yaxından cəlb ediləcək. Təhlükəsizlik üzrə Ali Kaledoniya Şurası yaradılacaq, bölgələr və adət-ənənə zonalarında yerli polis qurumları təsis edilə biləcək. Həmçinin, Fransa və Yeni Kaledoniya arasında maliyyə və iqtisadi bərpa paktı imzalanacaq, nikel sənayesinə dair strateji plan hazırlanacaq.
Seçkilərlə bağlı əldə olunan razılıqla isə ən azı 12 min yeni insan regional seçkilərdə səs verə biləcək. Belə ki, Materik Fransada 18 yaşı tamam olan hər bir Fransa vətəndaşı səs verə bildiyi halda, Yeni Kaledoniyaya bu şamil olunmurdu və burada seçici hüquqları məhdudlaşdırılmışdı. Hazırki Sazişdən öncə, Yeni Kaledoniyada səsvermə hüququ olan şəxslər 1998-ci il noyabrın 8-dək (Numea Sazişi referendumu tarixi) Yeni Kaledoniyada daimi yaşayan şəxslər, Yerli Kanak əhalisi, Fransız müstəmləkəçilərinin nəsilləri və digər uzunmüddətli rezidentlər idi. Seçicilər 1998-ci ilə qədər daimi rezidentlik sübut etməli idilər. Vəziyyət 1998-ci ildən sonra Yeni Kaledoniyada doğulmuşlar üçün daha təəccüblü idi, çünki onların hamısı səsvermə hüququna malik deyildi – bu hüquq valideynlərinin Yeni Kaledoniyaya Noumea Sazişindən əvvəlmi, yoxsa sonramı köçməsindən asılı olaraq dəyişirdi".
P. Vəliyeva sonda əlavə edib ki, 2024-cü ilin mayında Fransanın 10 illik rezidentlərə səsvermə hüququ vermək təklifi Kanaklar tərəfindən onların siyasi təsirini azaltma cəhdi kimi qəbul edildi və iğtişaşlara səbəb oldu, 14 nəfər insan öldürüldü, 100-ə yaxın azadlıq tərəfdarı həbs edilib, yaralanıb, infrastruktura milyonlarla avro dəyərində ziyan dəyib: "Hazırki Saziş isə minimum 15 il burada yaşayan insanları və yerli kanakları əhatə etməklə, daha çox seçiciyə regional seçkilərdə və gələcək referendumlarda iştirak imkanı verəcək.
Qeyd edim ki, bu razılaşmanın icrasını Fransa Dövlətini və kaledoniyalı siyasi tərəfdaşları təmsil edən şəxslərdən ibarət Nəzarət Komitəsi izləyəcək. İndi isə Sazişin taleyi kanak xalqının qərarından və iradəsindən asılıdır".(apa)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 İyul 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri