Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Azərbaycan sülhdə möhkəmdir”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

AZƏRBAYCAN NEFT FONDUNDA NƏ BAŞ VERİR? Hesablama Palatasından “güvəndiyimiz” fonda dair həyəcanlı statistika

AZƏRBAYCAN NEFT FONDUNDA NƏ BAŞ VERİR? Hesablama Palatasından “güvəndiyimiz” fonda dair həyəcanlı statistika

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Belə görünür ki, hər zaman fəxrlə danışılan Neft Fondumuz heç də ən parlaq günlərini yaşamır. Hesablama Palatası Azərbaycan Dövlət Neft Fondunun 2025-ci ilin ilk doqquz ayı üzrə maliyyə hesabatlarını, eləcə də fondun 2026-cı il üçün büdcə parametrlərini təhlil edib. Qısa desək, vəziyyət ürəkaçan deyil. Hesabat göstərir ki, artan fiskal risklər və fondun resurs bazasının zəifliyi ilə bağlı həyəcanverici nəticələr var. Nə dünya bazarındakı neft-qaz qiymətləri, nə də ölkəmizdəki hasilat həcmi qarşıda iqtisadi yüksəlişə və Neft Fondunun artmasına ümid vermir...

Hesabata görə, Dövlət Neft Fondunun 2026-cı ildə proqnozlaşdırılan ümumi gəlirləri təxminən 7.66 milyard ABŞ dolları, yaxud 13.032. milyard manat təşkil edəcək. Bu, 2025-ci illə müqayisədə 9,8 faiz və ya 1.42 milyard manat azalma deməkdir.

Hesabata görə, gəlirlərin azalması struktur xarakterlidir və ölkəmizdə neft hasilatının davamlı azalması, eləcə də neftin orta illik ixrac qiymətinin əvvəlki ilin səviyyəsindən təxminən 5 dollar aşağı - 65 dollara düşməsi ilə əlaqəlidir.

Eləcə də 2026-cı ildə fonda neft yataqlarının yerləşdiyi torpaq sahələri üçün icarə haqqının ödənilməsi gözlənilmir. Tranzit və bonus gəlirlərinin isə minimal olacağı proqnozlaşdırılır.

Gəlirlərin azalması fonunda Hesablama Palatası fondun xərclərinin azaldığını da qeyd edir. 2026-cı ildə onların 13,2 milyard manat olacağı proqnozlaşdırılır ki, bu da demək olar, fondun gəlirlərinə bərabərdir. Yəni, artım olmayacaq. Hesabatda həmçinin qeyd olunur ki, fondun büdcəsi qiymət dalğalanmalarından olduqca asılı vəziyyətdədir və orta illik neft ixrac qiymətindəki hər 5 dollarlıq dəyişikik fonda təxminən 500 milyon dollara başa gəlir.

Eləcə də beynəlxalq təşkilatlar neft qiymətlərinin 60-65 dollar aralığında qalacağını proqnozlaşdırırlar ki, bu da nikbinlik üçün az yer qoyur.

Bütün bunların fonunda Neft Fondunun dövlət büdcəsinə transferti 2026-cı ildə əhəmiyyətli dərəcədə azaldılacaq. Bu göstərici 2025-ci illə müqayisədə 11,1 faiz və ya 1 milyard 624 milyon 900 min manat azalacaq. Fondun 2025-ci il üçün təsdiq edilmiş büdcəsində dövlət büdcəsinə 14 milyard 481 milyon manat transfert nəzərdə tutulsa da, 2026-cı ildə bu məbləğ 12 milyard 835 milyon manata endiriləcək. Beləliklə, fondun büdcəsində minimum profisit - cəmi 17 milyon manat qeydə alınacaq ki, bu da faktiki olaraq, sıfır artım – durğunluq deməkdir.

Hesablama Palatası qeyd edir ki, dövlət büdcəsinə yalnız neft və qaz gəlirləri hesabına transfertlər etmək imkanı tədricən azalır və fond getdikcə daha çox aktivlərin idarə edilməsindən əldə edilən gəlir hesabına öhdəliklərini ödəməyə məcbur olur. Bu, o deməkdir ki, fondun aktivlərinin daha səmərəli idarə edilməsinə və bundan daha çox gəlir götürülməsinə ehtiyac var. Bəs bu edilirmi? Təəssüf ki, bu statistika da ürəkaçan deyil. Məlum olduğu kimi, Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin bir hissəsi ənənəvi olaraq kommersiya daşınmaz əmlakına investisiya kimi qoyulur. İllər ərzində neft gəlirlərinin əhəmiyyətli bir hissəsi Avropa, Asiya və digər əsas bazarlarda əmlak əldə etmək üçün istifadə edilib. Lakin Hesablama Palatasının hesabatında 2025-ci il üçün bu sahədə maliyyə göstəricilərinin olduqca zəif olduğu qeyd olunur. Sənəddə göstərilir ki, fonda aid daşınmaz əmlakın gəlirliliyi 2025-ci ilin ilk doqquz ayı üçün mənfi olub. Lakin “gəlirlərin yenidən təsnif edilməsi” və yeni layihələrin daxil edilməsi nəticəsində son gəlirlilik rəqəmi rəsmi olaraq sıfıra endirilib. Buna nə cür nail olunduğu açıqlanmır, lakin hər halda, burada sual doğuran xeyli məqamlar var. Başqa sözlə, “gəlirlər yenidən təsnif ediləndən” sonra da fond üçün faktiki olaraq nə mənfəət, nə də zərər yaranmayıb və nəticə "sıfır" olub.

Hesabat dövrünün sonuna, yəni 30 sentyabr 2025-ci il tarixinə Dövlət Neft Fondunun daşınmaz əmlak alt portfelinin ümumi dəyəri 4.681.200.000 ABŞ dolları təşkil edib. Fond Londonun 78 Sent Ceyms küçəsində 195,8 milyon funt sterlinqə alınmış ofis kompleksinə, Moskvada Tverskaya küçəsi 16 ünvanında təxminən 2.823 milyon rubl (31,4 milyon ABŞ dolları) dəyərində olan Galereya Akter ofis və ticarət mərkəzinə, Parisdə 192,4 milyon avroya Vendom meydanı 8 ünvanında yerləşən daşınmaz əmlak kompleksinə və Tokioda 56.154 milyon Yen (387 milyon ABŞ dolları) dəyərində alınmış ticarət mərkəzinə və sair sahibdir. Daşınmaz əmlak portfelinə əmlakların birbaşa mülkiyyətinə əlavə olaraq, müxtəlif beynəlxalq şirkətlər tərəfindən idarə olunan beynəlxalq fondlara və strukturlara, eləcə də Azerbaijan Rigs MMC-yə investisiyalar daxildir.

Lakin Hesablama Palatası bildirir ki, 2025-ci ilin ilk doqquz ayı üçün daşınmaz əmlak alt portfeli üzrə faktiki gəlir mənfi 0,8 faiz təşkil edib. Yəni, ziyan edilib! Bununla yanaşı, fondlar və birgə layihələr vasitəsilə investisiyaların gəlirliliyi də mənfi olub və müvafiq olaraq mənfi 0,8 faiz və mənfi 8,9 faiz təşkil edib. Yalnız birbaşa investisiyalar müsbət 2,4 faiz nəticə göstərib. Nəticədə, ümumi kommersiya daşınmaz əmlak gəlirliliyi əhəmiyyətli dərəcədə azalıb.

Mənfi dinamikanın əsas səbəbləri qlobal daşınmaz əmlak sektorunda borcların yenidən maliyyələşdirilməsi ilə bağlı davam edən çətinliklər, eləcə də artan geosiyasi risklər fonunda bazarın uzun müddətli durğunluğu göstərilib.

Beləliklə, faktiki “yerində sayan” fondun 2025-ci ilinin nəticələri davam edən struktur problemlərini və investisiya sektorunun xarici makroiqtisadi və geosiyasi amillərə qarşı yüksək həssaslığını əks etdirir.

Eləcə də fondun vəsaitlərinin istifadəsi ilə bağlı bir sıra açıq qalan ciddi suallar var. Məsələn, Neft Fondunun üst-üstə 5 milyard dollardan çox vəsait yatırdığı STAR neft emalı zavodu və Cənub Qaz Dəhlizi layihələrindən 2025-ci ildə 396 milyon manatdan yuxarı dvidend gəliri daxil olmalıydı. Lakin hesabatda həmin vəsaitdən əsər-əlamət yoxdur. Üstəlik, 2026-cı ildə də bu istiqamətdən hər hansı vəsait gözlənilmir. Belə olan halda həmin 5 milyardın taleyi “qaranlıq” qalır...

Nəhayət, təəssüf ki, “güvənc yerimiz” olan Neft Fondunun Azərbaycan iqtisadiyyatına təsiri dövlət büdcəsinə transfertlərdən o yana keçmir. Ölkənin böyük valyuta ehtiyatlarının olması əlbəttə ki, müsbət haldır. Lakin onlar ölkə iqtisadiyyatının inkişafına töhfə verə bilmirsə, yalnız hipotetik strateji əhəmiyyət daşıyır və hər bir azərbaycanlının gündəlik həyatına, rifahına təsir göstərmir. Nəticədə, Azərbaycanın valyuta ehtiyatları ölkə iqtisadiyyatının güclü olmasının deyil, tam əksinə iqtisadiyyatımızın zəifliyinin göstəricisinə çevrilir. Çünki iqtisadiyyatımız bu vəsaitlərdən istifadə etmək qabiliyyətində deyil.

İnkişaf etmiş ölkələrin iqtisadiyyatı daha böyük miqdarda pul kütləsini “həzm edə” bilir. Böyük valyuta ehtiyatları isə adətən bizim kimi daxili istehsalı yox dərəcəsində olan və ehtiyaclarını xaricdən idxal hesabına təmin edən dövlətlərə lazımdır. Çünki belə dövlətlər idxaldan fəlakətli şəkildə asılıdır. Ona görə də öz milli valyutalarını xarici valyutaya çevirib, “təhlükəsizlik yastığı” kimi saxlamaq məcburiyyətindədirlər.

Norveç kimi inkişaf etmiş ölkələri çıxmaq şərtilə bizim kimi neft ixracatçısı olan ölkələr üçün xarakterik olan və maliyyə ehtiyatlarının toplandığı fondlar, həmin ölkələrin normal iqtisadiyyatlarının olmadığını göstərir. Göstərir ki, bu ölkələr öz maliyyə sisteminə etibar etmir. Onların iqtisadiyyatı isə bu vəsaitləri dövriyyəyə buraxmağa, “həzm etməyə” qadir deyil. Ona görə də bu pullar “gələcək nəsillər üçün” adı altında səmərəsiz şəkildə xarici hesablarda, qiymətli kağızlarda, metallarad və əmlaklarda yatır. Onların nə qədər artıb azalması isə “qara camaatı” az maraqlandırır...

Elxan Qüdrətoğlu

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Yanvar 2026 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see235

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see210

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see195

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see164

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see162

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see158

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see153

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see146

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see145

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see145

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see142

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see141

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see139

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see136

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see136

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see134

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see134

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see132

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri