Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

“Su təchizatı ilə bağlı görüləcək işlər digər sahələrin inkişafına da müsbət təsir göstərəcək” Deputat

“Su təchizatı ilə bağlı görüləcək işlər digər sahələrin inkişafına da müsbət təsir göstərəcək” Deputat

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Yanvarın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təminatının daha da yaxşılaşdırılması məqsədilə geniş müşavirə keçirildi. Müşavirədə Prezident öz tapşırıqlarını verdi, eyni zamanda, 2026-2035-ci illər üzrə Dövlət Proqramının istiqamətləri ictimaiyyətə təqdim edildi”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O bildirib ki, son illər ölkəmizdə, xüsusilə paytaxtda içməli su təminatı ilə bağlı ciddi addımlar atılıb, suvarma sahəsində müsbət nəticələrlə müşahidə olunan işlər görülüb.

“Prezidentin müşavirədə qeyd etdiyi kimi, son 20 il ərzində dörd böyük su anbarı inşa edilib və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. 500 milyon kubmetrdən çox tutumu olan su anbarlarının olması onu sübut edir ki, vətəndaşlarımızın içməli su ilə təmini üçün mühüm işlər görülüb. Suvarma layihələrini də vurğulamaq lazımdır ki, bunlar da kənd təsərrüfatı sahəsində əldə olunan nailiyyətlərin əsasında dayanır. Həmçinin biz qarşıda daha böyük perspektivlərin olduğunu gördük. Yəni Bakıda, eləcə də Abşeronda, Sumqayıtda əhalinin keyfiyyətli şəkildə və dayanıqlı içməli su ilə təmin olunması və bunun 95 faiz həddə çatdırılması məqsədi qarşıya qoyulub”, - deputat deyib.

O əlavə edib ki, bunun üçün həm mövcud resurslardan səmərəli istifadə edilir, həmçinin digər mənbələr də artıq müəyyən edilib. Bunlardan biri yağış suyundan səmərəli istifadə olunması, digəri Xəzər dənizinin suyunun duzsuzlaşdırılmasıdır ki, nəticədə su təminatının həcmini artırmaq mümkün olacaq.

A.Hüseynov vurğulayıb ki, Azərbaycanın kredit reytinqi beynəlxalq təşkilatlar tərəfindən çox yüksək dəyərləndirilir, bu baxımdan da ölkəmiz qarşıya qoyulan layihələri öz gücü hesabına həll etmək iqtidarındadır:

“Digər tərəfdən ölkəmizin xarici borclarının az olması, kifayət qədər valyuta ehtiyatlarının mövcudluğu onu deməyə əsas verir ki, xarici kreditlər də əlçatandır və beynəlxalq maliyyə institutları da Azərbaycana kreditlər təklif edirlər. Həm resurslarımız var, proqram yüksək səviyyədə həyata keçiriləcək, həmçinin maliyyə mənbələri də artıq mövcuddur. Layihə 2026-2035-ci illəri əhatə edir, bu isə onun kifayət qədər böyük olması, işlərin fundamental şəkildə həyata keçirilməsini səciyyələndirir. Düşünürəm ki, Prezidentin qarşıya qoyduğu bu proqram çox yüksək səviyyədə reallaşdırılacaq, su təchizatı ilə bağlı görüləcək işlər digər sahələrin də inkişafına öz müsbət təsirini göstərəcək”.

Deputat vurğulayıb ki, təkcə Bakıda deyil, bölgələrimizdə də su təminatının yüksək səviyyədə həyata keçirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb, xüsusilə Şərqi Zəngəzurda və Qarabağda  bərpa-quruculuq işləri ilə yanaşı, su təchizatı da öz həllini tapır:

“Həmin bölgələrdə bizim kifayət qədər su ehtiyatlarımız var və o ehtiyatlardan səmərəli istifadə edilir, elektrik enerjisinin alınması istiqamətində əhəmiyyətli işlər görülür. Bütün bunlar bu proseslərin yüksək səviyyədə davam edəcəyinə və proqramda nəzərdə tutulan hədəflərə tam nail olunacağına əminlik yaradır”.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Yanvar 2026 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see235

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see210

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see196

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see171

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see164

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see158

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see153

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see149

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see146

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see146

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see145

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see142

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see142

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see139

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see137

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see136

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see135

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see135

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see134

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri