Hibrid və elektrik mühərrikli avtomobillərin qiyməti 18 faiz artacaq AÇIQLAMA
Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Hibrid və elektrik mühərrikli yeni avtomobillərə tətbiq olunan gömrük və vergi dəyişiklikləri bu avtomobillərin qiymətini təxminən 18 faiz artıracaq. Bu isə birbaşa olaraq ikinci əl avtomobil bazarına təsir göstərəcək və orada qiymət artımına yol açacaq".
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
O bildirib ki, son dövrlər ikinci əl avtomobil bazarında aktivlik zəifləyib:
"Bunun əsas səbəbi daha ucuz yeni avtomobillərin bazara çıxması və alıcıların əsasən birinci əl avtomobillərə yönəlməsi idi. Nəticədə ikinci əl avtomobillərin həm satışı azalır, həm də qiymətlər aşağı düşürdü. İndi isə yeni avtomobillərin bahalaşması ikinci əl bazarına marağı yenidən artıracaq".
Ekspert bildirib ki, birinci əl avtomobillərin qiymətinin yüksəlməsi ikinci əl maşınları alıcı üçün daha cəlbedici edəcək:
"Bu da ölkə daxilində mövcud avtomobillərin daha rahat satılmasına və qiymətlərinin artmasına şərait yaradacaq. Bundan əlavə, 2025-ci ildən qüvvəyə minən yeni qaydaya əsasən, 7 ildən artıq istismar olunmuş avtomobillərin idxalına tətbiq olunan aksiz vergisi benzin mühərrikli avtomobillər üçün 25 faiz, dizel mühərrikli avtomobillər üçün isə 33 faiz artırılıb. Bu isə xaricdən köhnə avtomobil gətirməyi xeyli bahalaşdırır".
Onun sözlərinə görə, nəticədə daxili bazarda artıq mövcud olan avtomobillər daha sərfəli alternativə çevrilir:
"Bu, satıcılar üçün qiymətləri qaldırmaq imkanı yaradır, alıcılar üçün isə ikinci əl avtomobillərə olan tələbi artırır. Beləliklə, yaxın aylarda ikinci əl avtomobil bazarında həm qiymətlərin, həm də satış aktivliyinin yüksəlməsi gözlənilir".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Azərbaycanda elektrik və hibrid mühərrikli avtomobillərin sayı açıqlanıb
27 May 2025 16:26
Elektrik mühərrikli avtomobillərin şarjı neçəyə başa gəlir? AÇIQLAMA
05 Noyabr 2024 14:34
Elektrikli və hibrid avtomobillərin qiyməti nə qədər bahalaşacaq? VACİB AÇIQLAMA
06 Yanvar 2026 21:44
Elektrik və hibrid mühərrikli avtomobillərin idxalında vergi güzəştinin ləğvinin səbəbləri açıqlanıb
25 Noyabr 2025 11:17
Gələn ildən elektrik və hibrid mühərrikli avtomobilərin qiyməti necə dəyişəcək? ARAŞDIRMA
27 Oktyabr 2025 17:05
Baxış sayı:42
Bu xəbər 14 Yanvar 2026 14:44 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları