Icma.az
close
up
RU
“Azərbaycan öz gücü və imkanları hesabına inkişaf edir” Ədalət Muradov

“Azərbaycan öz gücü və imkanları hesabına inkişaf edir” Ədalət Muradov

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı yalnız gözlənilən mesajlarla məhdudlaşmayıb, Azərbaycanın hər bir vətəndaşını düşündürən məsələlərə, cəmiyyətin gözləntilərinə, regionda baş verən proseslərə və dəyişən geosiyasi və geoiqtisadi reallıqlara da diqqət yetirilib.

SİA xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı keçirilən müşavirədə YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov deyib.

Ədalət Muradov bildirib ki, Prezident çıxışının sonunda mühüm siyasi-strateji qiymətləndirmə verərək Azərbaycanın artıq orta güc dövləti olduğunu bəyan edib. Onun sözlərinə görə, orta güc dövlət olmaq yalnız iqtisadi göstəricilərlə ölçülmür, həm də ölkənin siyasi çəkisini, iqtisadi imkanlarını, hərbi potensialını, diplomatik təsir imkanlarını və regional proseslərə təsir gücünü ifadə edir.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, Azərbaycanın orta güc dövlətinə çevrilməsi son illərdə həyata keçirilən siyasətin və əldə olunan nəticələrin göstəricilərindən biridir.

Ədalət Muradov vurğulayıb ki, Prezidentin “Öz dövlətimin gücünə inanıram” fikri çıxışın əsas mesajlarından biri olub. O bildirib ki, dövlət başçısı Azərbaycanın öz yolunu müəyyənləşdirdiyini və gələcəyini özü qurduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, Azərbaycanın əldə etdiyi uğurlar kənardan verilən imtiyazların deyil, ölkənin öz gücü, resursları, iradəsi və imkanları hesabına əldə olunan nəticələr kimi təqdim edilib. Ədalət Muradov bu mesajın milli özünəinam və dövlət qüruru baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Professor bildirib ki, Prezidentin qarşıya qoyduğu vəzifələr yalnız görüləcək işlərin siyahısı ilə məhdudlaşmır. Burada yeni Azərbaycan insanının formalaşdırılması, onun dövlətinə inamının, biliklərinin, sosial rifahının və gələcəyə baxışının möhkəmləndirilməsi də mühüm istiqamətlər kimi nəzərdən keçirilir.

Ədalət Muradov Prezidentin ideoloji təhlükəsizliklə bağlı fikirlərinə də diqqət çəkib. O qeyd edib ki, müasir dünyada təhlükəsizlik yalnız fiziki sərhədlərin qorunması ilə məhdudlaşmır, informasiya, düşüncə və milli kimlik məsələləri də xüsusi əhəmiyyət daşıyır.

“İdeoloji risklər sərhəd tanımır. İnternet, kiberməkan və süni intellekt yeni risklər yaradır. Deməli, XXI əsrdə təhsilli insan yalnız iqtisadi resurs deyil, həm də milli təhlükəsizliyin resursudur”, – deyə Ədalət Muradov vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Oktyabr 2026 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri