Icma.az
close
up
RU
Azərbaycan, Özbəkistan və Qazaxıstanın Avropaya təmiz elektrik enerjisi ixracı ilə bağlı həcmləri AÇIQLANDI

Azərbaycan, Özbəkistan və Qazaxıstanın Avropaya təmiz elektrik enerjisi ixracı ilə bağlı həcmləri AÇIQLANDI

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Avropaya hər il 5 giqavat təmiz elektrik enerjisi ixrac etmək niyyətindədir.

Redaktor.az xəbər verir ki, bunu Energetika Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Əşrəf Şıxəliyev COP29 çərçivəsində keçirilən “2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin üç dəfə artırılması: Mərkəzi Asiyada sürətli bərpa olunan enerji üçün zəmin” mövzusunda təşkil olunmuş tədbirdə çıxış edib.

Onun sözlərinə görə, Özbəkistan öz elektrik enerjisinin 5 giqavatını, Qazaxıstan isə 5-7 giqavat enerji ixrac etməyi planlaşdırır: "Bu strateji yanaşma Mərkəzi Asiyanın və Azərbaycanın qlobal enerji keçidində əsas oyunçuya çevrilməsi istiqamətində mühüm addım hesab olunur".

Ə.Şıxəliyev hesab edib ki, bərpa olunan enerji sahəsində ambisiyalı hədəflərə nail olmaq üçün investorların diqqətini cəlb edən meqa layihələr vacibdir:

“Kiçik gəlirli layihələrdən fərqli olaraq, investorlar böyük və etibarlı layihələrə üstünlük verirlər. Azərbaycan hökuməti bu istiqamətdə Xəzər dənizində külək elektrik stansiyalarının quraşdırılması və həmin stansiyalarda istehsal olunan enerjinin Qara dənizin dibi ilə çəkilən kabel vasitəsilə Rumıniya və Macarıstana ötürülməsi kimi irimiqyaslı layihələr hazırlayır. Beləliklə, təmiz enerji Xəzər dənizindəki külək stansiyalarından birbaşa Avropa ölkələrinə çatdırılacaq”.

Ə.Şıxəliyev vurğulayıb ki, bu layihələr Avropanı Mərkəzi Asiya ilə enerji baxımından birləşdirmək məqsədini daşıyır: “Bu il Qazaxıstan, Özbəkistan və Azərbaycanın elektrik sistemlərinin birləşdirilməsinə dair layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanacaq. Layihə çərçivəsində Xəzər dənizinin dibi ilə çəkiləcək kabel vasitəsilə enerji Qazaxıstandan Azərbaycana, oradan isə Avropaya çatdırılacaq. Bununla yanaşı, Azərbaycan Türkiyə vasitəsilə Avropaya uzanan başqa bir enerji dəhlizinə də malikdir”.

O əlavə edib ki, bu layihələr həm Azərbaycanın, həm də Mərkəzi Asiya ölkələrinin bərpa olunan enerji potensialını qlobal bazara çıxaracaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Noyabr 2024 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri