Icma.az
close
up
RU
Azərbaycan Pakistan əlaqələri yeni mərhələdə: möhkəm təməl, qarşılıqlı etimad

Azərbaycan Pakistan əlaqələri yeni mərhələdə: möhkəm təməl, qarşılıqlı etimad

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pakistanın Baş naziri Məhəmməd Şahbazın Azərbaycana rəsmi səfəri, Prezident İlham Əliyevlə geniş tərkibdə görüşü iki ölkə arasındakı əlaqələrin inkişafı üçün mühüm əhəmiyyətə malikdir.

Xatırladaq ki, görüşdə Azərbaycan və Pakistan liderləri iki qardaş ölkə arasında bir çox sahələrdə geniş əlaqələrin mövcud olduğunu və bu əlaqələrin inkişaf edərək daha da dərinləşdiyini qeyd ediblər.

Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji əməkdaşlıq ölkələrimizə nə vəd edir və perspektivlər nədən ibarətdir?

“Xalq Cəbhəsi” bu suallara millət vəkilləri ilə cavab tapmağa çalışıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Azərbaycan və Pakistan arasında öz qloballığı və regional məsələlərin oxşarlığı ilə xarakterizə edilən ciddi əlaqələrin mövcud olduğunu vurğulayıb: “Hələ 1991-ci ildən Azərbaycanın müstəqilliyini Türkiyə və Rumıniyadan sonra tanıyan üçüncü bir ölkə Pakistandır. Ermənistan-Azərbaycan arasında gərginlik, münaqişə olduğuna görə bu günə qədər Pakistanın Ermənistanda, eyni zamanda, Ermənistanın da Pakistanda səfirliyi yoxdur. Biz hər bir tərəfdən beynəlxalq səviyyədə bir-birimizi dəstəkləyən dövlətlərik. Ulu öndər Heydər Əliyev 1996-cı ildə Pakistana rəsmi səfərdə oldu. O vaxt 9 sənəd imzalandı. Azərbaycanla Pakistan prezidentləri Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemində bir-birilərinə dəstəklərini bəyan ediblər”.

Deputat diqqətə çatdırıb ki, bu gün iqtisadi, siyasi, mədəni, hərbi və digər bütün sahələrdə Pakistanla əlaqələrimiz mövcuddur: “Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı müstəqil daxili və xarici siyasət nəticəsində Azərbaycana bir tərəfdaş dövlət də Pakistandır. Qeyd etmək istərdim ki, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu da fəaliyyət göstərir. Hərbi sahədə əməkdaşlığımız da uğurla davam edir. Tərəflər Azərbaycanla Pakistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əlaqələrin daha da genişləndirilməsi məsələsini daim müzakirə ediblər və bu istiqamətdə də ciddi addımlar atılır. Bura şəxsi heyət mübadiləsi, hərbi təlimlər, məlumat mübadiləsi, tərəflərin yeni sahələri müəyyən edə bilən inkişaf perspektivi və s. daxildir”.

“Pakistan Azərbaycanın ən mühüm tərəfdaşlarından biridir”

A.Nağıyev qeyd edib ki, ən mühüm müqavilələrimizdən biri hərbi hava qüvvələri istiqamətindədir: “Azərbaycan Hərbi Hava Qüvvələri ilə “Pakistan Aeronautical Complex” (PAC, Pakistan Aeronaviqasiya Kompleksi) arasında Pakistan tarixində ən böyük müqavilə imzalanıb. Bu, son modifikasiya olan təyyarələrin, super müasir təlim təyyarələri, döyüş təyyarələrin alınmasıdır”.

Deputatın sözlərinə görə, 44 günlük müharibədə də Pakistan Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədi, eyni zamanda, mənəvi dəstək olaraq hər zaman Azərbaycanın yanında oldu: “Bir sözlə, bu proses daim davam edir. Bu gün Pakistanın Baş nazirinin də Azərbaycana gəlişi, həmçinin cənab Prezidentlə yüksək səviyyəli görüşləri də bir daha ondan xəbər verir ki, Pakistan Azərbaycanın ən mühüm, ən ciddi tərəfdaşlarından biridir”.

“Münasibətlərimiz tarixə söykənir”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov Azərbaycan və Pakistanın dost, qardaş ölkə olduğunu bildirərək ölkələrimiz arasındakı münasibətlərin böyük tarixə söykəndiyini vurğulayıb: “1991-ci ildə müstəqilliyimizə yenidən qovuşandan sonra Pakistan müstəqilliyimizi ilk tanıyan ölkələrdən olub. Pakistan torpaqlarımızı işğal etdiyinə görə Ermənistanı bir dövlət kimi tanımayan qardaş ölkədir. 44 günlük Vətən müharibəsi dövründə də Pakistanın bir qardaş ölkə kimi bizə verdiyi siyasi və mənəvi dəstək qələbəmizi daha inamlı etməyə töhfə verib”.

Deputat əlavə edib ki, ölkələrimiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, D-8 və başqa bir çox beynəlxalq təşkilatlarda təmsil olunur: “Biz beynəlxalq təşkilatlarda hər zaman bir-birinin mövqeyini dəstəkləyən dost ölkələrik. Bu illər ərzində dövlət başçılarımızın dəfələrlə qarşılıqlı səfərləri olub, ikitərəfli münasibətlərin inkişafına dair bir çox sənədlər imzalanıb. Ölkələrimiz strateji tərəfdaşdırlar. İqtisadi əlaqələrin genişlənməsi üçün potensial böyükdür və hökumətlərarası komissiyaların keçirdikləri mütəmadi görüşlərdə ticari-iqtisadi əlaqələrin genişləndirilməsi imkanları ətrafında müzakirələr aparılır. O cümlədən hökumətlərarası komissiyalarda qarşılıqlı investisiya imkanları da müzakirə olunur”.

“Azərbaycan və Pakistan dostluğu əbədidir”

A.Badamovun sözlərinə görə, Azərbaycan və Pakistan siyasi, iqtisadi, hərbi müdafiə, humanitar və mədəni sahələrdə əməkdaşlıq edir: “Azərbaycan Pakistanın çətin günlərində həmişə yanında olub. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mütəmadi olaraq pakistanlı qardaşlara yardımlar edib. Həmçinin ali məktəblərimiz əməkdaşlıq edir və qarşılıqlı şəkildə ölkələrimizə həsr edilmiş kafedralar yaradılıb. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə rəsmi səfəri çərçivəsində dövlət başçılarımız arasında ölkələrimiz arası əlaqələrin inkişafına töhfə verəcək bir çox məsələlər müzakirə olunur. Bəli, Azərbaycan və Pakistanın dostluğu əbədi və sarsılmazdır”.

“Münasibətlərimiz qardaşlıq prinsipləri əsasında qurulub”

Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib ki, Azərbaycanla Pakistan arasında münasibətlər dostluq və qardaşlıq prinsipləri əsasında qurulub və bu gün iki ölkə arasında çoxşaxəli münasibətlər mövcuddur: “Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyununda qoyulub. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılıb, Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqust ayında başlayıb. Müstəqilliyimizin bütün dövrlərində qardaş Pakistan dövləti və xalqı daim Azərbaycanın yanında olub. Pakistan Qarabağın Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq və regional müstəvidə dəfələrlə pisləyib, Azərbaycanın siyasi və strateji mənafelərini açıq şəkildə dəstəkləyib”.

Deputat qeyd edib ki, 44 günlük müharibəsinin sonunda əldə etdiyimiz tarixi Zəfərimiz dost və qardaş ölkələrin beynəlxalq dəstəyi sayəsində bütün dünyada tanınıb, haqq işimiz uğrunda apardığımız mübarizə həm də Ermənistanın işğalçı ölkə olduğunu sübuta yetirib: “Böyük Qələbə Azərbaycanın hərtərəfli inkişafına, beynəlxalq nüfuzunun artmasına, yeni dostlar qazanmasına səbəb olub. Vətən müharibəsinin ilk günündən qardaş Türkiyə ilə yanaşı, Pakistan da Azərbaycanın yanında oldu, siyasi və mənəvi dəstək göstərdi. Buna bütün dünya şahidlik etdi. Hər üç ölkənin bayraqları birgə dalğalandı və bu, bizim dostluğumuzun, qardaşlığımızın simvoluna çevrildi”.

“Bu münasibətlər sarsılmazdır”

A.Hüseynov vurğulayıb ki, möhkəm təmələ, qarşılıqlı etimada əsaslanan dostluq, qardaşlıq münasibətləri sarsılmazdır: “Bu gün Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur. Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistandır. Azərbayvan Prezidenti İlham Əliyevin Pakistana səfəri zamanı dediyi fikirlər də dərin məna kəsb edir: “Qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb. Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri möhkəm bünövrəyə əsaslanır”. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri də səmimi dostuğa və həqiqi qardaşlığa söykənir və hər iki tərəf bu əməkdaşlığın daha da möhkəmlənməsində, bütün sahələr üzrə inkişafında maraqlıdır”.

“Bu iki böyük güc mərkəzinin bir yerdə olması üstünlük gətirir”

Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib ki, Azərbaycan və Pakistan arasında strateji əməkdaşlıq, dostluq, sıx münasibətlər təkcə dövlətlər arasında deyil, həm də xalqlarımız arasındadır: “Ölkələrimiz arasında elə bir köklər, bağlar var ki, bu, hər iki ölkəni tarixən bir-birinə ən yaxın ölkələrdən edir. Təsadüfi deyil ki, bəzən dünyada Azərbaycan-Türkiyə-Pakistan dostluğu misal çəkilir və bunun başqa ölkələr arasında olmadığı qeyd olunur. Azərbaycanla Pakistanın strateji əməkdaşlığı, dostluğu sayəsində hər iki dövlət həm də geosiyasi baxımdan siyasi dividentlər əldə edib. Pakistan Hind okeanına çıxışı olan önəmli strateji coğrafiyada yerləşən ölkədir və Azərbaycanın Pakistanla dostluğu, həm də müttəfiqi olaraq Pakistanla bir yerdə olması Azərbaycanın gücünə güc qatır. Pakistan İslam Əməkdaşlıq Təşkilatında və ümumiyyətlə İslam dünyasında yeganə nüvə silahı olan ölkədir. Hər bir ölkə istəyər ki, Pakistan kimi müttəfiqi olsun. Pakistan həm də Mərkəzi Asiyaya, Əfqanıstana sərhəd olan bir ölkə kimi Pakistanla dost olan, münasibətləri yaxşı olan ölkələrə böyük Avrasiya regionunun ürəyinə çıxış əldə etmək imkanı verir. Məşhur deyim var: “Avrasiyaya kim nəzarət edirsə, dünyaya o, nəzarət edir”. Avrasiya məkanının digər önəmli bir ölkəsi Azərbaycandır. Təsəvvür edin ki, bu iki böyük güc mərkəzinin bir yerdə olması çox böyük, önəmli geosiyasi anlamda divident gətirir”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 26 Fevral 2025 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see132

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see126

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see122

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see121

Kürdəmirdə 32 yaşlı qadının körpəsi ölü doğulub

30 May 2025 14:54see121

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see119

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see119

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see117

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see116

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see116

Zelenski birbaşa danışıqlar arzusu ilə seçkiləri təxirə salmaq istəyir

30 May 2025 14:08see115

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see115

Bərdəni dəfələrlə “Smerç”lərlə vurdular Zərərçəkmiş

30 May 2025 15:00see114

İşğaldan azad edilən ərazilərə daşınan sərnişin sayı...

30 May 2025 18:36see114

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see114

Gürcüstan Milli Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradılıb

30 May 2025 13:42see113

Koronavirusun yeni ştammının “imza” simptomunun adı açıqlanıb

30 May 2025 21:37see113

Asim Mollazadə: Azərbaycan və müttəfiqləri qitələrarası sistem yaradır

30 May 2025 18:33see113

Qatara biletsiz minənlərə pis xəbər

30 May 2025 18:41see112

Daxildə Birlik, Xaricdə Etibar Azərbaycanın Müstəqillik Formulu

30 May 2025 11:45see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri