Icma.az
close
up
RU
Azərbaycan Prezidenti Çində hansı mesajlar verdi? Yeganə Hacıyeva şərh edir

Azərbaycan Prezidenti Çində hansı mesajlar verdi? Yeganə Hacıyeva şərh edir

Aznews.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Zaman-zaman fərqli adlandırılsa da, mahiyyəti dəyişməyən tarixi İpək yolu “Bir kəmər, bir yol” layihəsinin strateji həlqəsi olaraq Azərbaycan Çin üçün qitələrarası nüfuzun artması baxımından həmişə cazibədar olub. Hələ 1990-cı illərdən Qara dənizlə Xəzər dənizi arasında yerləşən, Xəzərin və Mərkəzi Asiyanın enerji mənbələrinin şaxələndirilməsində mühüm rolu olan ölkə kimi Azərbaycan Çinin diqqətini hələ müstəqilliyin ilk illərindən cəlb edib. 2000-ci illərdən isə Azərbaycan həm də Cənub-Şimal və Qərb-Şərq enerji-nəqliyyat dəhlizi, strateji regionun nəqliyyat layihələrinin açar ölkəsi kimi Çinin diqqət mərkəzindədir.

Azərbaycan Prezidenti İlham Əliyevin Pekində CGTN – “China Global Television Network” telekanalına verdiyi müsahibəsi qarşılıqlı tərəfdaşlıq əlaqələrinin təkcə enerji və kommunikasiya resursları deyil, digər sahələrdə də birgə layihələrin sistemli icrası, reallaşdırılması, bir sözlə, faydalılığı haqqında idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva söyləyib.

Y.Hacıyeva bildirib ki, Prezident İlham Əliyevin müsahibəsinin ana xəttini Azərbaycanın onilliklər ərzində inkişaf strategiyası, xarici siyasətdə inkişaf edən sabit ikitərəfli əlaqələrinin, qarşılıqlı siyasi və iqtisadi etimadın möhkəmləndirilməsi, regional və regionlararası strateji layihələrdə rolu haqqında geniş məlumatları təşkil etdi. Dövlətimizin başçısı bunların sayəsində Azərbaycanın qlobal aktor kimi rolunun artmasının, nüfuzunun möhkəmlənməsinin arayışını verdi desək yanılmarıq.

“Müsahibə sadə çinli izləyicilər üçün qədim mədəniyyətə malik müasir ölkə olan Azərbaycan və onun Çinlə münasibətlərinin əhəmiyyətinin tam təsviri idi. Onun vacib hissəsi son illər Azərbaycanla Çin arasında əməkdaşlıq və gələcək mübadilələrin zəmini kimi möhkəmlənən koordinasiyanın prioritetləri və istiqamətlərindən ibarət idi. Qeyd edim ki, belə koordinasiya özlüyündə iki ölkənin ümumi maraqlarının qorunmasına yönəlmiş səmərəli əməkdaşlığın bünövrəsini təşkil edir. Bu səfər çərçivəsində imzalanan sənədlərin icrası məhz bu prioritetlər və istiqamətlər üzrə inkişaf edəcək. İmzalanmış sənədlərə diqqət yetirsək, bu qədər geniş sahələri əhatə edən əməkdaşlıq təşəbbüslərinin Azərbaycanla Çin arasında imzalanmış Strateji Tərəfdaşlıq Haqqında Birgə Bəyannamədən irəli gələn istiqamətlər üzərində qurulduğunu görərik”, - deyə o əlavə edib.

Müsahibənin diqqətçəkən məqamlarından birinin qlobal təhlükəsizliklə bağlı məsələlər haqqında olduğunu vurğulayan Y.Hacıyeva deyib ki, bu gün müxtəlif istiqamətlərdən gələn narahatedici çağırışların çoxluğu fonunda Azərbaycan-Çin münasibətlərinin inkişafının həm Cənubi Qafqaz, həm də qonşu regionlar üçün sabitləşdirici amil rolunu oynaması haqqında gözləntilər var. Azərbaycan Prezidentinin verdiyi mesajlarda ticari aspektlər, Çinin çox geniş imkanlarının Azərbaycan üçün yeni bazar kimi dəyərləndirilməsi nüansı diqqətdən qaçmamalıdır. Çünki səfərin əsas yükü məhz bu missiya üzərindən qurulmuşdu.

Aydın məsələdir ki, münasibətlərin davamlı inkişafı, eləcə də iki ölkə arasında çoxşaxəli tərəfdaşlıq-əməkdaşlıq əlaqələrin dərinləşməsi, sadəcə, təşəbbüslə həll olunmur, burada həm də dəqiq strateji planlaşdırma və kompleks tədbirlərin işlənib hazırlanması vacibdir. Prezident İlham Əliyev müsahibədə bunun yol xəritəsinin vektorlarını elan etdi.

Mətbuat Şurası İdarə Heyətinin üzvü bildirib ki, dövlətimizin başçısı, həmçinin son illər iki ölkənin hökumətləri, media təsisatları, parlamentləri, hakim partiyaları və regionları arasında qarşılıqlı əlaqələrin genişlənməsi, Azərbaycan-Çin münasibətlərinin sağlam, sabit və davamlı inkişafı üçün müsbət inkişaf tempi vəd etdiyini vurğuladı. Qeyd etdi ki, Azərbaycanla Çin arasında bu praktiki əməkdaşlıq ikitərəfli münasibətlərin yüksək dəyərini tam şəkildə əks etdirən zəngin bəhrə verir, ölkələr arasındakı ticarət dövriyyəsi artır və sair.

Y.Hacıyeva, eyni zamanda, qeyd edib: “Müsahibədə diqqətçəkən vacib məqamlardan biri də Azərbaycanın xarici siyasətdə əməkdaşlıq prioritetləri, istiqamətləri və ümumilikdə baxışları haqqında oldu. Azərbaycan Prezidentinin fikirləri Qoşulmama Hərəkatının aparıcı qüvvəsi - üzv ölkəsi kimi Azərbaycan xarici siyasət strategiyasını balanslı yanaşma prinsipi üzərindən qurulmasının uğurunu tam miqyasda göstərdi.

Azərbaycan məhz bu prinsip üzərindən qlobal güc mərkəzləri ilə münasibətdə hər zaman müstəqil, hər hansı bir bloka qoşulmayan, üçüncü tərəfə qarşıdurma yaratmağa imkan verməyən, üçüncü tərəfləri hədəf almayan əməkdaşlıq prinsiplərinə sadiq qalır. Dövlətimizin başçısı Azərbaycanın etibarlı, azadlıqsevər və sülhpərvər ölkə kimi qarşılıqlı hörmətə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsi mövqeyini növbəti dəfə bəyan etmiş oldu”.

AzNews.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 26 Aprel 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Manatla bağlı acınacaqlı vəziyyət Bahalaşma qapıda…

25 Aprel 2025 06:30see146

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib

25 Aprel 2025 10:53see131

CapCut un rəqibi var

25 Aprel 2025 04:01see129

Starmer Ukraynada yayadək atəşkəsin əldə olunacağına ümid edir

25 Aprel 2025 05:57see129

“Bakı Abadlıq Xidməti” rəhbəri və müavini şəhid övladını belə incidir

25 Aprel 2025 10:12see127

Netflix in rəhbəri Hollivudun xilaskarını açıqladı

25 Aprel 2025 03:31see125

Bavariya Qalatasaray dan aldığı futbolçunu satacaq

25 Aprel 2025 01:00see124

Tarkan sükutunu pozdu

26 Aprel 2025 05:00see122

Papa bu gün dəfn olunacaq

26 Aprel 2025 08:51see121

Peruda beş min illik məzar tapılıb

26 Aprel 2025 04:38see120

“Trabzonspor”un finaldakı rəqibi müəyyənləşdi

26 Aprel 2025 01:25see119

BAMF Kanadanın baş nazirinin qərəzli fikirləri ilə bağlı bəyanat yayıb

25 Aprel 2025 19:24see119

Azərbaycanda əmtəəlik səmt qazının istehsalı 20% dən çox artıb

25 Aprel 2025 16:37see118

Nəsimi rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib

25 Aprel 2025 09:46see118

BVF: Bu, qlobal iqtisadi artıma təhlükə yaradır!

26 Aprel 2025 01:11see117

Gəncədə motosiklet maşınla toqquşub, xəsarət alan var

25 Aprel 2025 11:49see117

Qlobal tədqiqat ağrı üçün ən effektiv müalicə yanaşmalarını açıqlayır

25 Aprel 2025 03:21see116

Zəlzələni öncədən bilmək olar Android telefonlarda var, qurmaq lazımdır

25 Aprel 2025 12:14see116

Mançester Yunayted in sabiq futbolçusu MMA da çıxış edəcək debüt matçı

26 Aprel 2025 01:02see114

Bakıda əvvəllər qəza törədən avtobus sürücüsü indi də piyadanı DÖYDÜ

26 Aprel 2025 02:13see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri