Azərbaycan prinsipial mövqeyindən geri çəkilmədən milli maraqlarını qoruyub
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Gücə əsaslanan dünya nizamında Azərbaycanın stratejiyüksəlişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinyerli televiziya kanallarına verdiyi ənənəvi illik müsahibə bir daha göstərdi ki, ölkəmiz təkcə regionda deyil, qlobal siyasi və iqtisadi proseslərdə dəmövqeyini möhkəmləndirən, sözün həqiqi mənasında müstəqil siyasət yürüdən güclü dövlətdir.
Bu müsahibəilin yekunlarına sadə hesabat olmaqdan daha çox, Azərbaycanın bu gününü və gələcəyini əks etdirənstrateji yol xəritəsi kimi dəyərləndirilə bilər. CənabPrezidentin qeyd etdiyi kimi, bu görüşlər artıq ənənəvixarakter daşıyır və hər ilin əvvəlində Azərbaycan ictimaiyyətinə görülən işlər, qarşıda duran hədəflər vədövlət siyasətinin fəlsəfəsi açıq şəkildə təqdim olunur. 2025-ci il Azərbaycan üçün tarixi il kimi qiymətləndirilir — xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin siyasi səviyyədə sona çatması və sülh şəraitinə keçid vurğulanır.
Prezident qeyd edir ki, 2025-ci il “müharibənin siyasi sonu” olaraq yadda qalacaq və artıq bir neçə aydır sülh şəraitində yaşanılır. Sülh şəraitində yaşamağın yeni mərhələ olduğunu və öyrənilməli olduğunu vurğulayır. Müsahibədə xüsusi vurğulanan əsas məqamlardan biri beynəlxalq münasibətlər sistemində baş verən fundamental dəyişikliklərdir.
Prezident İlham Əliyevin açıq şəkildəifadə etdiyi kimi, təəssüf ki, bu gün beynəlxalqhüququn norma və prinsipləri faktiki olaraq işləmir, dünya siyasətində ədalət yox, güc amili həlledici roloynayır. Azərbaycanın son illərdə apardığı siyasət isəməhz bu reallıqları düzgün qiymətləndirməyəəsaslanır. İkinci Qarabağ müharibəsindən beş il sonrabeynəlxalq ictimaiyyətin, aparıcı dövlətlərin və nüfuzlubeynəlxalq təşkilatların yeni reallıqları qəbul etməsi Azərbaycanın haqq və ədalətə söykənən mübarizəsinin qələbəsidir. Bu Qələbə təkcə hərbi yox, eyni zamandasiyasi, diplomatik və psixoloji baxımdan da qlobalmiqyasda ciddi dəyişikliklərə səbəb olub. Prezidentcənab İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, 2025-ci il Azərbaycan–Amerika münasibətləribaxımından tarixi il sayıla bilər.
Strateji işçi qrupunun yaradılması barədə sənədin imzalanması iki ölkəarasında münasibətlərin yeni mərhələyə qədəmqoyduğunu göstərir. Uzun illər ərzində Azərbaycanaqarşı böyük ədalətsizlik nümunəsi olan 907-ci düzəlişməsələsində də vəziyyətin dəyişməsi Trampadministrasiyasının hakimiyyətə gəlməsindən sonramümkün olub. Bu fakt bir daha sübut edir ki, Azərbaycan prinsipial mövqeyindən geri çəkilmədən, səbir və ardıcıllıqla milli maraqlarını qoruyub.
Xüsusilə Zəngəzur dəhlizinin açılmasının artıq ABŞ Prezidenti tərəfindən də təsdiqlənməsi Azərbaycanınregional və qlobal əhəmiyyətinin beynəlxalq səviyyədəqəbul edildiyini nümayiş etdirir. Bu gün Azərbaycan–ABŞ əlaqələri populist bəyanatlar üzərində deyil, praktik nəticələrə hesablanmış əməkdaşlıq modeliüzərində qurulub. Azərbaycanın xarici siyasətinin əsasüstünlüklərindən biri onun balanslı və çoxvektorluxarakter daşımasıdır. Çinlə strateji tərəfdaşlıq, D-8 təşkilatına üzvlük və Mərkəzi Asiya Məşvərət Şurasınatamhüquqlu üzv seçilmək bunu aydın şəkildə göstərir. Çin ilə əmtəə dövriyyəsinin 4 milyard dolları keçməsi, Çin şirkətlərinin bərpaolunan enerji layihələrinəinvestisiya qoyması və nəqliyyat-logistika sahəsindəəməkdaşlığın dərinləşməsi Azərbaycanın Asiya iləAvropa arasında əsas körpü rolunu gücləndirir. Bu gün Mərkəzi Asiyanı Qərblə birləşdirə biləcək yeganəetibarlı ölkə Azərbaycanın özüdür. Prezident cənabİlham Əliyevin müsahibəsində səsləndirdiyi rəqəmlərAzərbaycanın iqtisadi gücünün bariz göstəricisidir. Xarici borcun ÜDM-in cəmi 6 faizindən bir qədər çoxolması, ehtiyatların xarici borcu 17 dəfə üstələməsi vəÜDM-də 3,2 faizlik artım iqtisadiyyatımızın yüksəkdayanıqlığını sübut edir. Nəhəng investisiya layihələri, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, regional inkişaf proqramları fonunda bu göstəricilərPrezidentin yürütdüyü düşünülmüş iqtisadi siyasətinnəticəsidir. Siyasətin mərkəzində isə daim Azərbaycanvətəndaşı dayanır. Son illərdə 16 min şəhid ailəsi vəmüharibə əlilinin mənzillə təmin olunması sosialədalətin və dövlət qayğısının konkret təzahürüdür.
İşğaldan azad edilmiş ərazilərin bu gün beynəlxalqtədbirlərin keçirildiyi mərkəzə çevrilməsiAzərbaycanın gücünün və nüfuzunun göstəricisidir. Artıq bu ərazilərdə 70 minə yaxın insan yaşayır, yol-nəqliyyat infrastrukturu, enerji sistemi və regionalbağlantılar sürətlə inkişaf edir. Qarabağda və ŞərqiZəngəzurda tətbiq olunan idarəetmə modeli gələcəkdəölkənin digər bölgələri üçün də nümunə ola bilər. Dairəvi enerji sisteminin qurulması, alternativ enerjipotensialının reallaşdırılması və müasir nəqliyyatşəbəkəsinin yaradılması strateji baxımdan xüsusiəhəmiyyət daşıyır. Prezident cənab İlham Əliyevinvurğuladığı kimi, Azərbaycan heç vaxt qazandığıuğurlarla arxayınlaşmayıb.
Son beş il ərzində orduquruculuğu ardıcıl şəkildə davam etdirilib, yenidənsilahlanma prosesi aparılıb, hərbi sənaye kompleksigücləndirilib. Artıq 7 özəl şirkətin hərbi təyinatlıməhsul istehsal etməsi və ötən il bu sahədə 1,4 milyardmanatlıq istehsal Azərbaycanın müdafiə potensialınıngöstəricisidir. Azərbaycan heç kimin naminə özvətəndaşlarının həyatını riskə atmaq niyyətində deyil. Bu prinsipial mövqe ölkəmizin beynəlxalq aləmdəetibarlı və məsuliyyətli tərəfdaş kimi qəbul olunmasınıtəmin edir. Bütün bunlar isə Azərbaycanı regionda və qlobal səviyyədə daha aktiv və strateji oyunçu kimi göstərir.
Müsahibədə daxildə islahatlar, sosial ədalət və idarəetməyə diqqət; gənc kadrlar arasında səhvlər və korrupsiya ilə bağlı sərt yanaşma vurğulanıb.
Hökumətin sosial və investisiya yönümlü siyasəti önə çəkilib; iqtisadi islahatların sosial rifaha yönəldiyi qeyd olunub. Daxili siyasətdə məsuliyyət, şəffaf idarəçilik və yeni idarəetmə modelləri, sosial rifah məsələlərinə diqqətin artırılması mesaj olaraq diqqəti cəlb edir.
Prezident cənab İlham Əliyevin müsahibəsində Azərbaycan dili, milli kimlik və təhsil məsələlərinə verdiyi önəm xüsusi diqqət çəkir. Dil dövlətçiliyin əsasatributudur və Azərbaycan dövləti öz dilininqoruyucusudur. 50 milyondan çox azərbaycanlının anadili olan Azərbaycan dili heç vaxt heç bir dilinkölgəsində ola bilməz. İnkişafın əsas şərti isə zəka, təhsil və elmdir. Son 20 ildə yaradılan yeni ali təhsilmüəssisələri, gənclərə göstərilən dəstək və süniintellekt, IT sahəsində hab mərkəzinə çevrilmək hədəfiAzərbaycanın gələcəyə inamla baxdığını göstərir. Prezident cənab İlham Əliyevin müsahibəsi bir dahasübut etdi ki, Azərbaycan bu gün öz taleyini özümüəyyən edən, güclü iqtisadiyyata, qüdrətli orduya, müstəqil xarici siyasətə malik dövlətdir. Dünyanınqeyri-sabit və gözlənilməz bir dövründə Azərbaycanınsabitliyi, inkişafı və artan nüfuzu məhz cənabPrezidentin uzaqgörən, prinsipial və milli maraqlarasöykənən siyasətinin nəticəsidir.
Müsahibə yalnız 2025-in yekunu deyil, eyni zamanda gələcək yol xəritəsinin — yeni mərhələdə siyasi və iqtisadi prioritetlərin təqdimatıdır.
Mehriban Vəliyeva
Milli Məclisin deputatı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 07 Yanvar 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















