Icma.az
close
up
RU
Azərbaycan Qarabağda təkcə qələbə qazanmayıb, eyni zamanda böyük bərpa və dirçəliş modeli formalaşdırıb ŞƏRH

Azərbaycan Qarabağda təkcə qələbə qazanmayıb, eyni zamanda böyük bərpa və dirçəliş modeli formalaşdırıb ŞƏRH

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 26 dekabr, Səbinə Əlizadə, AZƏRTAC

Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra təkcə hərbi-siyasi müstəvidə deyil, həm də qlobal geosiyasi gündəmin formalaşmasında mühüm aktora çevrilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün dünya siyasətində mühüm söz sahibi olan ölkələrdən birinə çevrilib. Onun sözlərinə görə, müharibədən sonra işğal dövründə Ermənistanın həyata keçirdiyi məqsədyönlü dağıdıcı siyasətin real mənzərəsi bütün dünyaya aydın şəkildə nümayiş etdirilib: “Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərin tamamilə viran qoyulduğunun şahidi olduq. Ağdamın ‘Qafqazın Xirosiması’ adlandırılması təsadüfi deyil. Oraya baxanda sanki atom bombası atılmış ərazi təsiri yaranırdı. Lakin bu gün biz artıq tamam fərqli bir mənzərə görürük. Beş il əvvəlki Ağdamla indiki Ağdam arasında yerlə göy qədər fərq var”.

Onun sözlərinə görə, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərini heç bir xarici yardım olmadan, yalnız öz daxili imkanları hesabına həyata keçirir. Bu, dünya praktikasında nadir hallarda rast gəlinən bir təcrübədir. Avropa institutları və beynəlxalq dairələr Azərbaycanın bu miqyaslı fəaliyyəti barədə obyektiv mövqe nümayiş etdirmək əvəzinə, təəssüf ki, tez-tez qərəzli yanaşma sərgiləyirlər.

“Avropada İkinci Dünya müharibəsindən sonra dağıdılmış şəhərlərin onilliklər ərzində bərpa edildiyini hamı xatırlayır. Azərbaycan isə çox qısa müddətdə, öz resursları hesabına Qarabağı dirçəldir. Bu faktlar beynəlxalq ictimaiyyət tərəfindən etiraf edilməlidir”, – deyə deputat vurğulayıb.

Tural Gəncəliyev bildirib ki, xarici parlament nümayəndələri ilə birlikdə Qarabağa və Şərqi Zəngəzura səfərlər zamanı qısa zaman ərzində görülən işlər onların da böyük təəccübünə səbəb olur. O qeyd edib ki, mina təhlükəsi, dağıdılmış infrastruktur və ağır humanitar mirasa baxmayaraq, Azərbaycan bu çətinlikləri ardıcıl şəkildə dəf edir.

Deputatın sözlərinə görə, artıq 23 milyard manatdan çox vəsait Qarabağın və Şərqi Zəngəzurun bərpasına yönəldilib, “Böyük Qayıdış” proqramı mərhələli şəkildə icra olunur və 2025-ci ildə bu proses daha da intensivləşib.

“Prezident İlham Əliyevin Xankəndiyə son səfəri və Zəfər memorial kompleksinin açılışı bütün dünyaya açıq mesaj oldu: Azərbaycan qalib dövlətdir, Azərbaycan xalqı qurur, yaradır və öz torpaqlarına həyat qaytarır. Qarabağ artıq dirçəlir və bu proses dönməz xarakter daşıyır”, – deyə Milli Məclisin deputatı Tural Gəncəliyev vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Dekabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see290

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see285

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see248

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see234

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see232

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see231

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see230

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see229

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see221

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see219

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see215

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see212

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see204

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see195

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see191

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see191

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see186

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see185

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri