Icma.az
close
up
RU
Azərbaycan qazı Suriyaya gedir İsrail bu yaxınlaşmanı necə qarşılayacaq? ŞƏRH

Azərbaycan qazı Suriyaya gedir İsrail bu yaxınlaşmanı necə qarşılayacaq? ŞƏRH

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan və Suriya arasında əldə olunmuş yeni razılaşmaya əsasən, Azərbaycan qazı Türkiyə ərazisindən keçməklə Suriyaya nəql ediləcək. Bu addım iki ölkə arasında enerji, iqtisadi və siyasi sahələrdə əməkdaşlığın dərinləşməsinin bariz nümunəsidir.
İyulda Dəməşq və Bakı arasında imzalanmış anlaşma memorandumu bu prosesin institusional əsasını təşkil edib.

Bununla yanaşı, Azərbaycan İsraillə də strateji tərəfdaşlıq münasibətlərini davam etdirir. Bakı həm Təl-Əviv, həm də Dəməşqlə balanslı və praqmatik diplomatik xətt yürüdür, regional sabitlik və iqtisadi inkişaf naminə əməkdaşlığı genişləndirməyə çalışır.

Maraqlıdır, görəsən Azərbaycanın Suriyaya qaz ötürməsi memorandumuna İsrail necə reaksiya verəcək? Bu, hər iki ölkə arasındakı münasibətlərə zərər verə bilərmi? Turkustan.az olaraq bu suallarımızı politoloq Məhəmməd Əsədullazadəyə ünvanladıq.

Məhəmməd Əsədullazadə

Azərbaycanın Suriyaya qaz ixracı, şübhəsiz ki, iki ölkə arasında siyasi, iqtisadi və enerji sahələrində inkişaf edən əməkdaşlığın nəticəsidir. Bu istiqamətdə artıq tərəflər arasında razılaşma əldə olunub. Eyni zamanda, Azərbaycan Suriyanın neft və qaz yataqlarının işlənməsində də müəyyən paya sahib olacaq. Bu proses Türkiyə, Suriya və Azərbaycan arasında koordinasiyalı şəkildə həyata keçirilir və burada İsraillə münasibətlərə mənfi təsir göstərəcək bir hal görünmür.

İsrail, ilk növbədə, Suriyaya qarşı hərbi ritorikadan və hərbi təsir vasitələrindən çəkinməlidir. Əgər Suriyada yeni bir münaqişə başlayarsa, bu, Azərbaycan–İsrail münasibətlərinə mənfi təsir edə bilər. Azərbaycan bu məsələdə Türkiyə ilə sıx koordinasiyada fəaliyyət göstərir və hazırda İsrailin Baş naziri Benyamin Netanyahunun apardığı siyasət ekspansiya (işğal yönümlü genişlənmə) siyasəti kimi qiymətləndirilə bilər.

Hazırda Suriyanın Qolan təpələri və digər əraziləri İsrailin işğalı altındadır. Əgər İsrail bölgədə yeni hərbi əməliyyatlara başlayarsa, bu, Azərbaycan–İsrail əlaqələrinin zəifləməsinə səbəb ola bilər. Burada ilk növbədə Türkiyə faktoru önə çıxır. İkincisi, Azərbaycan hazırkı mərhələdə Suriya ilə İsrail arasında vasitəçilik rolu oynamağa, danışıqların təşkili və sülhün bərqərar olunmasına töhfə verməyə çalışır.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 30 İyul 2025 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri