Icma.az
close
up
RU
Azərbaycan Qəbələ Zirvə Görüşü ilə bir daha nümayiş etdirdi ki, Türk həmrəyliyi onun xarici siyasətinin təməl sütunudur ŞƏRH

Azərbaycan Qəbələ Zirvə Görüşü ilə bir daha nümayiş etdirdi ki, Türk həmrəyliyi onun xarici siyasətinin təməl sütunudur ŞƏRH

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 oktyabr, AZƏRTAC

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü türk birliyinin tarixində yeni mərhələ açdı. Azərbaycanın ev sahibliyi etdiyi bu mühüm toplantı həm siyasi məzmunu, həm də diplomatik rəmzləri ilə diqqət çəkdi. Qədim Qəbələ şəhəri təsadüfən seçilməmişdi – bu məkan həm tarixi, həm də mənəvi baxımdan türk mədəniyyətinin və birliyinin dərin qatlarını təmsil edir. Prezident İlham Əliyevin Zirvə Görüşündə səsləndirdiyi fikirlər tədbirin əsas istiqamətini müəyyənləşdirdi. Dövlətimizin başçısı açıq şəkildə bildirdi ki, Türk dünyasının gələcəyi real əməkdaşlıqdan keçir. Bu, siyasi və iqtisadi rasionalizmə söykənən çağırış idi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.

O bildirib ki, Azərbaycan son illər ərzində türk inteqrasiyasının həm coğrafi, həm də siyasi mərkəzinə çevrilib. Qəbələdə keçirilən Zirvə Görüşü də bu statusun təsdiqi oldu. Görüşdə qəbul edilən qərarlar Türk dövlətlərinin vahid mövqeyini möhkəmləndirməyə, regional sabitliyi və təhlükəsizliyi gücləndirməyə yönəldi. Liderlər arasında aparılan danışıqlarda enerji əməkdaşlığı, nəqliyyat dəhlizləri və ticarət əlaqələrinin inkişafı ön plana çıxdı. Qəbələdə səslənən çıxışlarda ortaq bir fikir vardı – Türk dünyası artıq müşahidəçi deyil, qlobal proseslərin fəal iştirakçısıdır. Prezident İlham Əliyev xüsusilə Zəngəzur dəhlizinin strateji əhəmiyyətinə diqqət çəkərək qeyd etdi ki, bu marşrut həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası kimi mühüm əhəmiyyət daşıyır.

Zirvə Görüşündə qəbul edilən Bəyannamə təkcə diplomatik akt deyil, həm də Türk dövlətləri arasında siyasi, iqtisadi və humanitar inteqrasiyanın yol xəritəsidir. Türk Dövlətləri Təşkilatının məqsədi təkcə mədəni bağlılıqların qorunması deyil, əsas hədəf təhlükəsizlik, enerji və texnoloji əməkdaşlıq istiqamətlərində konkret nəticələr əldə etməkdir. Qəbələ görüşü bu mənada regional koordinasiya mexanizmlərinin təkmilləşdirilməsi və qərarların icra mexanizminin yaradılması baxımından əhəmiyyətli addım oldu.

“Azərbaycanın sədrliyi dövründə təşkilatın prioritetləri daha da genişləndiriləcək. Enerji diplomatiyası, yaşıl enerji layihələri, rəqəmsal iqtisadiyyat və logistika sistemlərinin inkişafı bu mərhələdə əsas istiqamətlər kimi müəyyənləşib. Zirvə Görüşündə informasiya təhlükəsizliyi və saxta xəbərlərlə mübarizə məsələləri də gündəmə gətirildi. Azərbaycanın media siyasəti və informasiya idarəçiliyi bu istiqamətdə uğurlu model kimi dəyərləndirildi. Bu təşəbbüs ortaq kimliyi qorumaqla yanaşı, təhsil və innovasiyalarda əməkdaşlığı hədəfləyir.

Görüş zamanı aparılan ikitərəfli danışıqlar da mühüm nəticələr verdi. Türk dövlətləri arasında qarşılıqlı etimad və əlaqələrin möhkəmlənməsi gələcək əməkdaşlığın təməlini qoydu. Qəbələdə formalaşan ab-hava açıq şəkildə göstərdi ki, bu birlik siyasi bəyanatlarla məhdudlaşmır – artıq ortada konkret strateji hədəflər var. Azərbaycan bu Zirvə Görüşü ilə bir daha nümayiş etdirdi ki, Türk həmrəyliyi onun xarici siyasətinin təməl sütunudur. Təşkilatın daxili koordinasiya modeli Azərbaycanın təşəbbüskarlığı əsasında daha praktik istiqamətə yönəlir”, - deyə politoloq vurğulayıb.

O, əlavə edib ki, Zirvə Görüşünün yekununda imzalanan sənədlər Türk Dövlətləri Təşkilatının regional və beynəlxalq səviyyədə nüfuzunu daha da artıracaq. Enerji diplomatiyası, rəqəmsal transformasiya, investisiya və müdafiə sənayesi kimi sahələrdə ortaq fəaliyyət planları qəbul edildi. Qəbələdə keçirilən görüş bir daha sübut etdi ki, Türk dünyasının gələcəyi birliyə, qarşılıqlı etimada və müstəqil qərarvermə gücünə söykənir. Azərbaycan bu prosesdə lokomotiv rolunu oynayır, təşəbbüsləri ilə təşkilatın ritmini müəyyənləşdirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri