Icma.az
close
up
RU
Azərbaycan qlobal təhlükəsizlik arxitekturasının qurulmasında iştirak edir Politoloq rəyi

Azərbaycan qlobal təhlükəsizlik arxitekturasının qurulmasında iştirak edir Politoloq rəyi

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 14 oktyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp dünya səhnəsində özünü sülhün əsas təşəbbüskarı kimi təqdim edir. O, müharibələrə son qoymaq və dünyaya sülh gətirmək missiyasını üzərinə götürüb. Trampın əsas məqsədlərindən biri İsrail və HƏMAS arasında ABŞ-ın vasitəçiliyi ilə atəşkəs və girov müqaviləsinə nail olmaq idi. Bu məqsədlə o, bütün diplomatik vasitələrdən istifadə edərək, Yaxın Şərq kimi qeyri-sabit və həssas bir regionda davamlı sülhün bərqərar olmasına çalışır, müttəfiqləri də bu prosesdə fəal dəstəyə səsləyirdi.

Dünya siyasəti üçün bu, son dərəcə həssas bir dövrdür, xüsusən də söhbət Yaxın Şərqdən gedirsə. Tramp regionu yenidən formalaşdırmaq və İsrail ilə ərəb qonşuları arasında uzun illərdir gərgin olan münasibətləri normallaşdırmaq istəyir. O, bu istiqamətdə yaranan hər bir fürsətdən istifadə etməkdə israrlıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru politoloq Şəbnəm Həsənova söyləyib.

O qeyd edib ki, müharibə İsraili beynəlxalq miqyasda təcrid vəziyyətinə saldı və onu soyqırımı iddiaları ilə üz-üzə qoydu. İsrailin Baş naziri Benyamin Netanyahu və onun keçmiş müdafiə nazirinə qarşı beynəlxalq həbs orderləri hələ də qüvvədədir. Qəzzanın böyük bir hissəsi dağıntılara çevrilib və ərazinin yenidən qurulmasının illərlə çəkəcəyi proqnozlaşdırılır. Təxminən iki milyon insanın yaşadığı Qəzzada əhali çıxılmaz şəraitdə həyat mübarizəsini davam etdirir. Razılaşmaya əsasən, İsrail aclıqdan əziyyət çəkən bölgələrə humanitar yardımın çatdırılmasını təmin etmək məqsədilə beş sərhəd-keçid məntəqəsini yenidən açmağa da razılıq verib.

“Tramp, həmçinin Qəzzaya humanitar yardımın, o cümlədən logistika və təhlükəsizlik yardımının axınını asanlaşdırmaq üçün İsraildə ABŞ-ın rəhbərlik etdiyi mülki-hərbi koordinasiya mərkəzini də dəstəkləyir. Trampın missiyasının müvəffəqiyyəti əsasən Qəzzada müharibədən sonrakı mərhələnin necə idarə olunacağından asılıdır. Sülh çox kövrəkdir. Yaxın Şərqdə tarazlıq ən azı qeyri-müəyyən olaraq qalır.

ABŞ Prezidenti Donald Trampın məsələləri mümkün qədər çərçivəyə salmaq istəməsinin konkret və açıq əlamətləri var. ABŞ, Misir, Qətər və Türkiyənin birgə vasitəçiliyi ilə Misirin Qırmızı dənizin sahilində olan kurort şəhəri Şarm əl-Şeyxdə aparılan danışıqlara bütün dünyada müharibəni dayandırmaq üçün tarixi hadisə kimi baxılır.

Trampın planı üç əsas sütun ətrafında qurulub: davamlı deeskalasiya (kəskinləşmənin azaldılması), iqtisadi yenidənqurma və regional, beynəlxalq təhlükəsizlik zəmanətləri. Sammit Yaxın Şərqdə davamlı sülhün əldə edilməsi istiqamətində mühüm addımdır. Şarm əl-Şeyx sammitinin özü də Misir hökuməti tərəfindən “görünməmiş bir fürsət” kimi qiymətləndirilib”, - deyə politoloq vurğulayıb.

Onun sözlərinə görə, Trampın məqsədi vasitəçi kimi çıxış edən və Qərb müttəfiqləri sayılan ərəb ölkələrini, dünyanın fərqli regionlarında olan güc sahiblərini də prosesə cəlb etməkdir. Odur ki, yeni tarixin qurulmasına şahidlik edirik.

“Almaniya, Fransa, İtaliya, İspaniya, Yunanıstan, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İordaniya, Pakistan və İndoneziya hökumətləri başda olmaqla dünyanın hər yerindən liderlər tarixi əhəmiyyətli tədbirdə iştirak etmək üçün Şarm əl-Şeyxdə toplandılar. Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirə dəvət olunması Azərbaycan xarici siyasətinin regionu aşıb, qlobal siyasətdə olduğundan xəbər verir.

Sammit boyu dövlət və hökumət başçıları tərəfindən Azərbaycan liderinə xüsusi ehtiramın şahidi olduq. Sadəcə, bu deyil, bütün beynəlxalq platformalarda vizyonuna ehtiyac duyulan dövlətimizin başçısı ilə təmaslar məhz qarşı tərəflərin istəyi əsasında baş tutur”, - deyə Şəbnəm Həsənova qeyd edib.

Azərbaycanın Yaxın Şərqdə öz enerji resursları və təşəbbüsləri ilə mühüm rol oynadığını deyən politoloq əlavə edib: “Boru kəməri vasitəsilə qaz ixrac edən ölkələr sırasında dünyada ön sıralarda yer alan Azərbaycan, enerji təchizat marşrutlarının şaxələndirilməsində fəal iştirak edir. Türkiyə ərazisindən Suriyaya qaz nəqli layihələri ilə yanaşı, ölkəmiz artıq elə bir mərhələyə çatıb ki, onun təcrübəsindən beynəlxalq səviyyədə faydalanırlar.

BMT-nin 80-ci sessiyasında çıxış edən Azərbaycan Prezidenti infrastrukturun inkişafı və münaqişədən sonrakı yenidənqurma işlərinə diqqət yetirərək, Suriya ilə ikitərəfli tərəfdaşlığın gücləndirildiyini vurğuladı. Bu, həm də ABŞ Prezidenti Donald Trampın məqsədləri ilə səsləşir - yəni, təkcə atəşkəs razılaşmasına nail olmaq deyil, müharibədən sonrakı idarəçilik və ərazilərin bərpasına da dəstək vermək. Bu baxımdan Azərbaycanın təcrübəsinə müraciət edilməsi təsadüfi deyil.

Son dövrlərdə prezidentlər Donald Tramp və İlham Əliyev arasında münasibətlərin daha da istiləşməsi diqqət çəkir. Misir isə Azərbaycanın xarici siyasətində xüsusi yer tutur. Bu münasibətlər həm siyasi, həm də iqtisadi baxımdan daha yaxın və spesifik xarakter daşıyır”.

Şəbnəm Həsənova sonda qeyd edib ki, Yaxın Şərqdə, xüsusilə də İsrail-ərəb dünyası arasındakı münaqişənin miqyası hamıya məlumdur. Belə mürəkkəb bir məsələdə Azərbaycana və onun liderinə göstərilən münasibət ölkəmizin dünya siyasətində strateji rolunun göstəricisidir. Azərbaycan artıq təkcə regional deyil, həm də qlobal təhlükəsizlik arxitekturasının formalaşmasında fəal iştirak edən bir dövlətə çevrilib. Bu uğurlar Müzəffər Ali Baş Komandanımızın uzaqgörən və qüsursuz diplomatiyasının parlaq nəticəsidir. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see230

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see204

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see176

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see173

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see150

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see147

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see146

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see136

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see135

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see133

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see132

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see131

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see127

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see127

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see127

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see126

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri