Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Müller yenidən Messinin qarşısına çıxır

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Azərbaycan regional və qlobal gündəliyin formalaşmasında önəmli rol oynayan bir dövlətdir Sahibə Qafarova

Azərbaycan regional və qlobal gündəliyin formalaşmasında önəmli rol oynayan bir dövlətdir Sahibə Qafarova

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Bildiyiniz kimi, iclasımız tarixi bir günün ildönümü ərəfəsində keçirilir. 34 il öncə, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti dövlət müstəqilliyimizin bərpasını elan etmişdir. Bir əsr ərzində ikinci dəfə xalqımız müstəqil dövlətini qurmaq imkanına nail olmuşdur".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 17 oktyabr 2025-ci il tarixdə keçirilən iclasında çıxışı zamanı bildirdi. 

"Amma müstəqilliyi əldə etmək az idi, onu qoruyub saxlamaq da lazım idi. Təəssüf ki, yeni yaranmış dövlətin idarə edilməsində, daxili və xarici siyasətin həyata keçirilməsində kobud səhvlərə yol verilmişdi.

Ermənistanın silahlı təcavüzü, torpaqlarımızın işğalı, yüz minlərcə soydaşımızın yurdlarını tərk etməsi ciddi problemlər yaratmışdı. İqtisadiyyat dağılır, anarxiya və özbaşınalıq genişlənirdi. Biz hamımız bu hadisələrin şahidi olmuşuq. Daxili mübarizəyə başı qarışan səriştəsiz iqtidar dövlətçiliyimizi müdafiə etməyə qadir deyildi. Ölkəmiz vətəndaş müharibəsinin astanasında idi. Dövlət müstəqilliyinin itirilməsi təhlükəsi real şəkil almışdı.  

Məhz bu ağır vəziyyətdə xalqımız yenidən öz müdrik liderinə üz tutdu. 1993-cü ilin iyun ayında dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıtması tariximizin dönüş nöqtəsi oldu".

Spiker qeyd etdi ki, Heydər Əliyev təkcə ölkəni fəlakətdən xilas etmədi, həm də onu yenidən qurdu.

"Ümummilli Liderimizin həyata keçirdiyi milli qurtuluş missiyası nəticəsində Azərbaycan böyük təhlükələri aradan qaldırdı və davamlı inkişaf yoluna qədəm qoydu. Müasir dövlətçiliyin, iqtisadiyyatın, hüquq sisteminin, ordunun möhkəm təməlləri yaradıldı.

Ulu Öndər insanların öz gələcəyinə, dövlətinə və xalqına inamını qaytardı.

Məhz Heydər Əliyevin fəaliyyəti sayəsində müstəqillik ideyası real məzmun kəsb etdi və dayanıqlı dövlətçilik sisteminə çevrildi. Milli suverenliyin möhkəm siyasi-hüquqi əsasları formalaşdırıldı. Ulu Öndər sübut etdi ki, güclü dövlət, səmərəli qanunlar və vətəndaş məsuliyyəti olmadan həqiqi müstəqillik mümkün deyil. Bu baxımdan 2025-ci ilin Konstitusiya və Suverenlik ili elan olunması da Heydər Əliyev ideyalarının və əməllərinin təntənəsini ifadə edir.

Ulu Öndərin strateji xəttini layiqincə davam etdirən möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi müasir dünya dövləti olan Azərbaycanın qurulmasını təmin etmişdir. Ötən 22  il ərzində ölkəmiz sabitlik və inkişaf məkanına çevrilmişdir. İndi Azərbaycan amili regional təhlükəsizliyin və iqtisadi əməkdaşlığın mühüm şərtidir.

Biz 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında tarixi qələbələr qazanmışıq. Ərazi bütövlüyümüzü və dövlət suverenliyimizi bərqərar etmişik.

Bu gün Azərbaycan Respublikası beynəlxalq platformalarda səsi eşidilən, öz sözünü inamla söyləyən bir dövlətdir. Təkcə son yarım ay ərzində baş vermiş beynəlxalq hadisələr də bir daha nümayiş etdirdi ki, Azərbaycanın qlobal siyasi dialoq sistemində sanballı yeri var.  

Möhtərəm cənab Prezidentin Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısında, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə, MDB Dövlət Başçıları Şurasının Zirvə görüşündə və Yaxın Şərq Sülh Sammitində iştirakı, həmin tədbirlər çərçivəsində keçirdiyi görüşlər və apardığı danışıqlar göstərdi ki, Azərbaycan təkcə regional lider deyil, həm də beynəlxalq proseslərin nüfuzlu iştirakçısıdır.

Bu toplantılarda beynəlxalq və regional təhlükəsizlik, energetika, dayanıqlı inkişaf, sülh və digər məsələlər ilə bağlı Azərbaycanın aydın və dəqiq mövqeyi ifadə olundu. Möhtərəm cənab Prezident dövlət başçıları ilə açıq dialoqda hamını düşündürən problemlərin ədalətli və beynəlxalq hüquqa əsaslanan çözüm yollarını təklif etdi. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan regional və qlobal gündəliyin formalaşmasında önəmli rol oynayan bir dövlətdir", - deyə sədr bildirdi.

O, həmçinin qeyd etdi ki, prezidentin fərmanına əsasən bu gün Füzuli şəhəri günü qeyd edilir, üç gündən sonra isə Zəngilan şəhəri günü qeyd olunacaq:

"Bu gün güclü və qüdrətli Azərbaycan işğaldan azad etdiyi əraziləri yenidən həyata qaytarır. Məcburi köçkünlərimiz doğma yurdlarına dönürlər. Əminliklə söyləmək olar ki, möhtərəm cənab İlham Əliyevin liderliyi, xalqımızın birlik və həmrəyliyi dövlətimizin yeni böyük nailiyyətlər qazanmasını, müstəqillik yollarında bundan sonra da inamla irəliləməsini təmin edəcək.

Təklif edirəm ki, Müstəqilliyin Bərpası Günü münasibəti ilə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq. Azərbaycan xalqının və dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni uğurlar arzulayaq.

Bayram münasibəti ilə mən sizin hər birinizi səmimi qəlbdən təbrik edirəm! Burada bizim fəaliyyətimizi işıqlandıran media mənsublarına da təbriklərimi yetirirəm".

Sahibə Qafarova daha sonra Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyətinin oktyabrın 13-də və 14-də Pakistan İslam Respublikasında işgüzar səfəri barədə məlumat verdi:

"Səfərdə məqsəd Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşündə iştirak etmək idi. Xatırladım ki, Parlament Sədrlərinin birinci görüşü Azərbaycanda, ikinci görüşü Türkiyədə, üçüncü görüşü isə Pakistanın paytaxtı İslamabadda keçirilirdi.

Oktyabrın 13-də keçirilən görüşdə üç ölkənin parlament sədrləri nitq söylədilər. Qeyd edim ki, həm mənim çıxışımda, həm də Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin, Pakistan Senatının sədri Syed Yusuf Raza Gilaninin və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun çıxışlarında ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyəyə çatmasından məmnunluq ifadə olundu.  

Mən çıxışımda vurğuladım ki,  Azərbaycan, Pakistan və Türkiyə hər zaman bir-birinin yanında olmuş və bir-birini dəstəkləmişlər. Xalqımız 44 günlük Vətən müharibəsinin ilk günlərindən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi heç zaman unutmayacaq. Qeyd etdim ki, Azərbaycan da bütün məsələlərdə hər zaman Türkiyəyə və Pakistana dəstək nümayiş etdirmişdir.

Elə həmin gün 5 nəfərdən ibarət deputat nümayəndə heyətimizin üzvləri Üçtərəfli görüş çərçivəsində keçirilən sessiyada ərazi bütövlüyü və suverenliyin müdafiəsi, xarici təhdidlərə qarşı həmrəylik, iqlim dəyişiklikləri və fəlakətlərə qarşı dayanıqlılıq, davamlı inkişaf üçün əməkdaşlıq strategiyaları mövzusunda çıxış edib və müzakirələrdə fəal iştirak ediblər.

Görüşün yekunlarına dair İslamabad bəyannaməsi qəbul edildi. Qeyd edim ki, bu sənəd parlamentlərimizin iş birliyi üçün yeni üfüqlər açır, onların regionda sülh, sabitlik və tərəqqi kimi ümumi məqsədlərə sadiqliyini təsbit edir.

Səfər çərçivəsində digər mühüm görüşlər də keçirildi.

Oktyabrın 14-də Pakistan İslam Respublikasının Prezidenti Asif Zardari Azərbaycan və Türkiyə parlamentlərinin sədrlərini, eləcə də Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərini qəbul etdi. Görüşdə ölkələrimiz və xalqlarımız arasında əlaqələr, o cümlədən, parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Elə həmin gün parlament sədrlərinin başçılıq etdiyi nümayəndə heyətləri Lahor şəhərində Pakistanın Pəncab əyalətinin baş naziri Məryəm Nəvaz Şərif ilə görüşüblər. Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafı və parlament əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunub.

Hesab edirəm, Pakistan İslam Respublikasına işgüzar səfər uğurlu oldu, bir sıra digər tədbirlər də keçirildi. Bununla əlaqədar mən nümayəndə heyətinin üzvlərinə minnətdarlığımı bildirirəm", - deyə xanım sədr yekunlaşdırdı.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Oktyabr 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see200

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see195

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see181

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see157

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see152

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see126

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri