Icma.az
close
up
RU
Azərbaycan rus ordusu girdiyi yerdən heç vaxt çıxmır mifini necə dağıtdı?

Azərbaycan rus ordusu girdiyi yerdən heç vaxt çıxmır mifini necə dağıtdı?

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Elçin Aslangil yazır...

Ayının min oyunu bir armudun başındadır. Atalarımızın bu hikmətli sözü, xüsusilə Azərbaycan-Rusiya münasibətləri fonunda hər dövrdə aktuallığını qoruyub-saxlayır. Amma gəlin etiraf edək: Azərbaycanın suverenliyi və müstəqil xarici siyasət yürütməsi armud deyil, böyük bir tarixi məsuliyyətdir. Və bu məsuliyyətin qarşısında Rusiyanın min bir oyunu illərlə davam edən bir hegemonluq mübarizəsinin təzahürüdür.

Moskvanın köhnə vərdişi - nəzarət ehtirası

Rusiya niyə Azərbaycana qarşı hərəkətə keçir? Sual sadədir, cavabı isə bir o qədər bəsit və dərindir: nəzarət etmək istəyir. Rusiyanın tarix boyu bölgədəki siyasəti heç vaxt dostluq və ya bərabərlik üzərində qurulmayıb. Çarlıq dövründən tutmuş sovet imperiyasına, oradan da bugünkü Kremlin siyasətinə qədər "qonşulara güclü ayı kimi davranmaq" kompleksi daim özünü göstərib.

Qarabağ və sülhməramlı maskası

Müasir dövrdə bu siyasətin ən parlaq nümunəsi 2020-ci ilin 10 Noyabr razılaşmasından sonra bölgəyə gələn rus "sülhməramlıları" idi. Rusiya bu vasitəçilik rolu ilə Azərbaycanın daxili işlərinə nəzarət etməyə çalışırdı. Yəni məqsəd sülhü qorumaq yox, status-kvonu saxlamaq və Ermənistan vasitəsilə Azərbaycana təzyiq göstərmək idi. Sülhməramlıların Laçın yolundakı fəaliyyəti, erməni separatçılara göstərilən loyal münasibət və Azərbaycan hakimiyyətinə qarşı passiv-aqressiv ritorika bunun açıq sübutu idi. Proseslərin sonrakı gedişatı isə hər şeyin daha əvvəldən Azərbaycanın nəzarətində olduğunu sübuta yetirdi. Qısa bir müddət sonra rus əsgəri Azərbaycan torpaqlarını tərk etdi. Bu da özlüyündə "rus ordusu girdiyi yerdən heç vaxt çıxmır" mifini dağıtdı.

Rusiya nədən narahatdır?

Azərbaycan 30 ildən sonra torpaqlarını azad etdi və qələbəsini Rusiya ilə yox, Türkiyə ilə strateji müttəfiqliyə söykənərək qazandı. Bu, Moskvada "təhlükəli presedent" olaraq qəbul edildi. Çünki Azərbaycanın öz gücünə inanması və Rusiya orbitindən uzaqlaşması başqa postsovet ölkələri üçün də model ola bilər.

Rusiya üçün təhlükəli olan budur:

- Azərbaycan Türkiyə və Qərb ilə enerji və təhlükəsizlik əməkdaşlığını genişləndirir.

- Bakı Orta Dəhliz (Trans-Xəzər nəqliyyat dəhlizi) ilə Çin-Avropa xəttində mühüm tranzit ölkəsinə çevrilir.

- Azərbaycan Türk Dövlətləri Təşkilatı daxilində liderlik mövqeyi əldə edir.

Bütün bunlar Moskvanın Cənubi Qafqazda özünü "əvəzsiz oyunçu" kimi görmək istədiyi planlara ziddir.

Rusiyanın Azərbaycanla problemi nədən qaynaqlanır?

Problemin kökündə imperialist zehniyyət və nəzarət ehtirası dayanır. Rusiya müstəqil və öz qərarlarını verə bilən Azərbaycanla barışmaq istəmir. Onun üçün yaxşı Azərbaycan - tabe olan, balans siyasəti adı altında Moskvanın dediyindən çıxmayan, Qərbin əleyhinə bəyanatlar verən bir ölkədir.

Lakin Azərbaycan artıq neçə ildir ki, öz milli maraqlarını əsas götürən dövlət modelinə keçib. Bu da Kremldə narahatlıq doğurur. Belə olduqda isə "qardaşlıq", "tarixi dostluq", "mədəni əlaqələr" kimi ifadələr yerini Rusiyada yaşayan azərbaycanlılara qarşı təzyiqlərə, informasiya müharibəsinə, diplomatik təxribatlara verir.

İrəliyə baxış: Azərbaycan nə etməlidir?

Azərbaycan bu gün ən çətin, amma ən şərəfli yolla irəliləyir - tam suverenlik və müstəqil siyasi kurs. Bu yolda durmaq, əyilmək olmaz. Rusiyanın təzyiqləri qarşısında güclü ordu və müdafiə strategiyası, alternativ ticarət və enerji dəhlizləri, diplomatik aktivlik və strateji tərəfdaşlarla əməkdaşlıq şərtdir.

Və ən əsası: xalqın milli iradəsi və azad yaşamaq arzusu bu mübarizədə qalib gəlməyin əsas təminatıdır.

Ayı armuda çatmağa çalışa bilər, amma heç kim unutmamalıdır ki, armudun budağı Azərbaycanın öz əlindədir. Bu əlin xalqın dəmir iradəsinə söykənən dəmir yumruğu da var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 İyun 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri