Icma.az
close
up
RU
Azərbaycan səfiri Pakistanın senatoru ilə investisiya imkanlarını müzakirə ediblər

Azərbaycan səfiri Pakistanın senatoru ilə investisiya imkanlarını müzakirə ediblər

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Pakistanın senatoru ilə ticarət və investisiya imkanlarının artırılmasını, habelə parlament əlaqələrinin gücləndirilməsi məsələlərini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Pakistan Senatının mətbuat xidməti bildirib.

“Azərbaycanın səfiri Zati-aliləri cənab Xəzər Fərhadov Senat Katibliyində Baş Təşkilatçı senator Səlim Mandvivalla ilə görüşüb”, – qurumun sosial şəbəkə hesabında qeyd olunub.

Bildirilib ki, tərəflər “Azərbaycan və Pakistan arasında ikitərəfli əlaqələrin dərinləşdirilməsi, ticarət və investisiya imkanlarının artırılması və parlament əlaqələrinin gücləndirilməsi məsələləri” ətrafında fikir mübadiləsi aparıblar.

“Müzakirələr müxtəlif iqtisadi sektorlarda əməkdaşlığın gücləndirilməsi və investisiya və biznes əməkdaşlığı üçün imkanların kəşf edilməsi də daxil olmaqla bir sıra mövzuları əhatə edib”, – paylaşımda vurğulanıb.

Bizim WhatsApp kanalımıza abunə olun

seeBaxış sayı:93
embedMənbə:https://report.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri