Icma.az
close
up
RU
Azərbaycan səfiri Ukrayna Ali Radasının sədr müavini ilə dövlətlərarası əlaqələrin vəziyyətini müzakirə edib

Azərbaycan səfiri Ukrayna Ali Radasının sədr müavini ilə dövlətlərarası əlaqələrin vəziyyətini müzakirə edib

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

Ukrayna Ali Radasının sədr müavini Olena Kondratiuk Azərbaycanın Kiyevdəki səfiri Seymur Mərdəliyevlə dövlətlərarası əlaqələrin vəziyyəti və Ali Rada ilə Milli Məclisin yeni seçilmiş deputatları arasında sıx əməkdaşlığın təşviqini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə ukraynalı siyasətçi sosial şəbəkədə yazıb.

“Azərbaycan Respublikasının Ukraynadakı səfiri Seymur Mərdəliyevlə görüşdüm”, – Kondratiuk qeyd edib.

Tərəflər dövlətlərarası əlaqələrin vəziyyəti ilə yanaşı “Rada ilə Milli Məclisin yeni seçilmiş üzvləri arasında sıx əməkdaşlığın təşviqi” müzakirə ediblər.

“[Görüşdə] Ukrayna və Azərbaycanın beynəlxalq sərhədlər daxilində ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsində hər iki ölkənin dəyişməz mövqeyinin əhəmiyyəti vurğulanıb. Ukraynanın enerji sektoruna göstərilən humanitar yardıma və təhsil müəssisələrinin bərpasına görə [Azərbaycana] təşəkkür edirik”, – parlamentin sədr müavini yazıb.

Xalq deputatı həmçinin Azərbaycanın müharibədən əziyyət çəkən ukraynalı uşaqların reabilitasiyasına göstərdiyi səyləri yüksək qiymətləndirdiyini vurğulayıb:

“Biz Azərbaycanın müharibədən əziyyət çəkən ukraynalı uşaqların reabilitasiyası üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk. Bu il Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə üç qrup ukraynalı uşaq qonaqpərvərliklə istirahət üçün qəbul edilib. Ümumilikdə bu ölkədə 180-dən çox ukraynalı uşaq sosial və psixoloji reabilitasiyadan keçib”.

“Biz 2025-ci ildə Azərbaycanda müharibənin ukraynalı uşaqlarının istirahəti və reabilitasiyası proqramının davam etdiriləcəyinə ümid edirik. Biz [bu məsələdə] cənab səfirlə razılaşdıq və bu sahədə səyləri birbaşa əlaqələndirmək tapşırığı verildi”, – Kondratiuk bildirib.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://report.az
archiveBu xəbər 13 Dekabr 2024 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2021

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see239

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see199

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see184

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see181

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see160

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see155

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see138

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see137

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see135

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see130

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see129

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see128

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see127

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see126

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri