Icma.az
close
up
RU
Azərbaycan şərabları dünya mediasının diqqət MƏRKƏZİNDƏ

Azərbaycan şərabları dünya mediasının diqqət MƏRKƏZİNDƏ

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Dünyanın 60-dan çox beynəlxalq şərab festivalında hakim kimi iştirak etmiş tanınmış müəllif Pol Uayt Azərbaycan şərabları ilə bağlı məqalə hazırlayıb.
Bizim.Media “Worldoffinewine” nəşrində dərc olunan məqalədə Azərbaycanın şərabçılıq tarixindən bəhs olunub:
“Cənubi Qafqazda hələ 6000-8000 min il əvvəl yabanı üzümlərdən şərab istehsal edilməsinə başlanılıb.
Şübhəsiz ki, bölgənin qədim şərabçılıq mədəniyyəti Azərbaycana da öz təsirini göstərib. Buna baxmayaraq Gürcüstan və Ermənistan öz şərabçılıq ənənələri ilə tanındığı halda, çoxumuz indiyə qədər Azərbaycan şərablarının dadına baxmamışıq.
Azərbaycan əhalisinin 96%-nin müsəlman olduğunu nəzərə alsaq, ilk olaraq bu ölkədə şərabın necə mövcud olması sualı meydana çıxır. Lakin azərbaycanlılar spirtli içkilərə tolerant yanaşırlar. Bakının kosmopolit küçələrindəki kafelərdə günəşli bir gündə spirtli içki qəbul edən şəxsləri görmək adi haldır. Şərab, pivə və digər spirtli içkilər supermarketlərdə və restoranlarda müştərilərə açıq şəkildə təqdim olunur.
Arxeoloji sübutlar göstərir ki, Azərbaycanda şərabçılığın 4 min ilə yaxın yaşı var. Eramızdan əvvəl 7-ci əsrdə Herodot və eramızdan əvvəl I əsrdə Strabon tərəfindən bu barədə qeydlər aparılıb. Azərbaycan şərabçılığı minilliklər boyu bütpərəstliyin, zərdüştiliyin, fars və xristianların təsiri altında inkişaf etsə də, 1400 il əvvəl İslamın gəlişi ilə bu inkişaf dayandı. Lakin sevindirici haldır ki, xristian və yəhudi icmalarına qarşı tolerantlıq Azərbaycan şərabının bu günə qədər gəlib çıxmasına imkan yaratdı.
19-cu əsrdə Çar Rusiyasının və 20-ci əsrdə Sovetlərin yenidən işğalı Azərbaycanda sənaye miqyasında şərab istehsalının əsasını Rusiya bazarına yönəldib. Keyfiyyətə deyil, kəmiyyətə yönəlmiş istehsalın həcmi 1985-ci ildə 2 milyon tona çatıb. Lakin Mixail Qorbaçovun alkoqol istehlakı ilə bağlı qadağası Azərbaycanda şərabçılığın önünə sədd çəkdi. Nəticədə 130 min hektar üzüm bağı məhv edildi. 2000-ci illərdə şərabçılıq sənayesi yenidən inkişaf etməyə başladı”.
Müəllif Azərbaycan şərabçılıq sənayesinin əsas xüsusiyyətlərindən də bəhs edib:
“Azərbaycanda şərabçılıq dünyanın digər ölkələrində olduğu kimi sahəsi orta hesabla 300-500 ha olan üzüm bağlarının məhsullarını emal edən zavodlar əsasında fəaliyyət göstərir. Burada üzüm sortları torpaq və iqlimə uyğun olaraq diqqətlə seçilib, təbii turşuluğu qorumaq və həddindən artıq yetişmənin qarşısını almaq üçün əsasən 300–1000 m (984–3,280 fut) arasında əkilib. Azərbaycanda Bordo və Burqundiya üzüm sortlarının üstünlük təşkil etməsinə baxmayaraq, Verdelho, Riesling və Rhône və İtalyan üzümlərinin çeşidləri də mövcuddur.
Azərbaycanda şərab istehsalı ilə məşğul olan üç əsas brend var: Savalan, Meysəri və Chabiant.
Cənubi Qafqazda yetişdirilən üzümlərdən biri ənənəvi olaraq yerli köpüklü şərabda istifadə edilən ağ Bayan Şiran (Bayan Şirey) sortudur. Mədrəsə şərabı isə Azərbaycanın eksklüziv brendidir. Bu şərabın hazırlandığı üzüm Böyük Qafqaz dağlarının ətəklərində yerləşən Şamaxı yaxınlığındakı Mədrəsə kəndində və Qərb bölgəsində yetişdirilir. Gec yetişən, qalın qabıqlı və tünd rəngli Mədrəsə möhkəm, orta damaq dadına uyğundur. Qorbaçovun üzüm bağlarını viran qoymasına qədər bu sort üzüm 50 min ha ərazidə yetişdirilirdi”.
Pol Uayt dequstasiya etdiyi Azərbaycan şərabları ilə bağlı təəssüratlarını qeyd edib. Müəllif Sauvignon Blanc 2023, Meysari, Sadaf 2022, İnnabi 2019, Chabiant Classic Line Bayan Shira 2023, Chabiant Classic Mədrəsə 2021, FA Valley Nero d'Avola 2022 kimi şərablarla bağlı müsbət fikirlər bildirib.
Uayt Azərbaycan şərab sənayesinə İtaliya şərabçılığının güclü təsir etdiyini qeyd edib.
“Azərbaycan Üzümçülük və Oenologiya Elmi-Tədqiqat İnstitutu hazırda 350-400 yerli üzümün DNT-sini müəyyənləşdirir və araşdırmalar aparır. Şərab istehsalçıları tezliklə çoxlu yeni yerli üzümlərə sahib olacaqlar”, - məqalədə bildirilib.
Müəllif Azərbaycanda şərabçılığın perspektivlərindən də söz açıb:
“Azərbaycan şərabları haqqında az məlumatlı olmağımızın əsas səbəbi ölkədə bu sahənin son 20 ildə yenidən inkişaf etməyə başlaması ilə bağlıdır. Bu ölkədə şərabçılıq özünəməxsus yeniliklər ortaya çıxarır. Azərbaycanda şərabçılıq öz tarixi ənənələrinə əsaslanaraq yeni inkişaf yolları tapa bilər”.
Məqalənin sonunda Pol Uayt Azərbaycanın şərab turizmi üçün əlverişli ölkə olduğunu qeyd edib:
“Bakı isə çox kosmopolit şəhərdir. Bu şəhər həm də Azərbaycan şərab zavodlarını araşdırmaq üçün əla mərkəzə çevrilib. Çünki əsas şərab istehsalı müəssisələri paytaxtdan avtomobillə 1-2 saatlıq məsafədə yerləşir. Üstəlik, Bakıda ənənəvi təamlar təklif edən əla restoranlar mövcuddur. Ona görə də Azərbaycan şərabının dadına baxmaq üçün yenidən bu ölkəyə qayıtmaq istərdim”.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Noyabr 2024 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see387

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see352

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see332

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see331

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see329

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see311

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see307

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see284

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see274

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see264

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see263

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see257

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see256

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see255

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see238

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see218

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see214

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see206

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri