Azərbaycan ŞƏT in İKT üzrə məsul qurum rəhbərlərinin görüşündə təmsil olunub FOTOLAR
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Çinin Karamay şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzv dövlətlərinin İKT sahəsinə məsul nazirlik və agentlik rəhbərlərinin 4-cü görüşündə təmsil olunub. SİA bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, tədbirdə çıxış edən qurumun aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən yeni təşəbbüs və layihələr barədə iştirakçılara ətraflı məlumat verib. O, Azərbaycanın ŞƏT-ə üzv dövlətlər ilə gələcək əməkdaşlığa hazır olduğunu bir daha vurğulayıb və təşkilatın regional inkişaf istiqamətindəki fəaliyyətinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Səfər çərçivəsində nazirlik rəsmisi “Huawei” şirkətinin bir sıra qabaqcıl texnoloji obyektlərini – İntellektual Nəqliyyat Sistemləri Mərkəzi və Yaşıl Bulud Məlumat Mərkəzini ziyarət edib. Bu obyektlərə səfər zamanı “ağıllı” nəqliyyat və davamlı rəqəmsal infrastruktur sahəsində tətbiq edilən innovativ texnologiyalarla tanışlıq imkanı əldə olunub.
B.Məmmədov “Huawei” şirkətinin vitse-prezidenti xanım Angela Lin və digər yüksəkvəzifəli rəhbərlərlə görüş keçirib. Görüşdə rəqəmsal infrastruktur, “ağıllı" nəqliyyat sistemləri və yaşıl texnologiyalar sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 18 İyun 2025 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















