Icma.az
close
up
RU
Azərbaycan Stokholm və Bazel Konvensiyaları üzrə konfranslarda iştirak edib FOTOLAR

Azərbaycan Stokholm və Bazel Konvensiyaları üzrə konfranslarda iştirak edib FOTOLAR

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan İsveçrənin Cenevrə şəhərində keçirilmiş “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında" Bazel Konvensiyasına Tərəflərin 17-ci, “Davamlı üzvi çirkləndiricilər haqqında” Stokholm Konvensiyasına Tərəflərin 12-ci konfransında iştirak edib. SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, konfranslarda sözügedən konvensiyalara üzv dövlətlərin, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf Mühit Proqramının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və bu sahədə fəaliyyət göstərən Avropa və beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Azərbaycanı tədbirdə Kənd Təsərrüfatı Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul şəxsləri təmsil edib. Konfransda konvensiyaların üzv ölkələrdə icrası ilə bağlı hüquqi, inzibati və idarəetmə məsələləri, milli qanunvericiliyin konvensiyaya uyğunluğu, təhlükəli tullantıların, davamlı üzvi çirkləndiricilərin və kimyəvi maddələrin siyahılarının dəqiqləşdirilməsi, məlumat mübadiləsinin aparılması üzrə mexanizmlərin tətbiqi, konvensiyalar üzrə ayrı-ayrı dövlətlərə texniki dəstəyin göstərilməsi kimi məsələlər müzakirə edilib. Konfransa Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəliyinin əməkdaşları da qatılıblar.

Eyni zamanda, konfransda “Davamlı üzvi çirkləndiricilər haqqında" Stokholm Konvensiyasına Tərəflərin 12-ci konfransında beynəlxalq konvensiyaların qadağan etdiyi kimyəvi maddə və pestisidlərin kənd təsərrüfatında tətbiqinin insan və heyvan sağlamlığında ciddi problemlərin yaranmasına, ətraf mühitin çirklənməsinə, ekoloji tarazlığın pozulmasına, məhsullarda qadağan olunmuş zəhərli kimyəvi maddələrin qalıq miqdarının yaranmasına və bunun da öz növbəsində ixrac olunan kənd təsərrüfatı məhsullarının həcminin azalmasına və digər fəsadlara yol açması ilə bağlı məsələlər üzrə çıxışlar dinlənilib və fikir mübadiləsi aparılıb.

"Yüksək Riskli, Unudulmuş Bazarlarda İnkişaf üçün Kapitalın Açılması: Ən Həssas Təbəqələr üçün Şəxsi Maliyyələşmənin Açılmasında Birləşmiş Millətlər Təşkilatının Kapitalın İnkişafı Fondunun (UNCDF) Unikal Rolu" mövzusunda UNCDF-nin keçirdiyi Yüksək Səviyyəli Məsləhətləşmələr tədbirində müxtəlif ölkələrin ekologiya və kənd təsərrüfatı üzrə nazir və nazir müavinləri, o cümlədən ətraf mühit və qida təhlükəsizliyi sahəsində digər yüksək səviyyəli rəsmiləri iştirak edib. Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli davamlı üzvi çirkləndiricilərin və kimyəvi maddələrin bütün dünyada insan və heyvan sağlamlığına, eləcə də ətraf mühitə göstərdiyi mənfi təsirinin aradan qaldırılması ilə bağlı ölkəmizin təcrübəsinin az inkişaf etmiş ölkələrlə, xüsusilə Afrika və Asiya ölkələri ilə paylaşılmasına Azərbaycan tərəfinin hazır olduğunu və UNCDF-nin ehtiyacı olan ölkələrə bu istiqamətdə maliyyə və digər əlaqədar dəstək göstərməsi ilə üçtərəfli əməkdaşlığın mümkünlüyünü vurğulayıb. A.Cəfərli az inkişaf etmiş ölkələrin ötən ilin noyabr ayında Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasında yaradılmış imkanlardan istifadə edərək iştirak etdiklərini qeyd edib, gələcəkdə də Azərbaycanın kənd təsərrüfatı sahəsində əldə etdiyi uğurlu təcrübələrin ehtiyacı olan ölkələrlə paylaşmağa hazır olduğunu diqqətə çatdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 May 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri