Icma.az
close
up
RU
Menu

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

PSJ yenidən vahid lider oldu

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

Azı qərar, çoxu zərər...

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

Azərbaycan Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətində mühüm istiqamətdir Vüqar Rəhimzadə

Azərbaycan Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətində mühüm istiqamətdir Vüqar Rəhimzadə

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın xarici siyasətində ikitərəfli əlaqələrin inkişafı əsasdır. Açıq və çoxşaxəli xarici siyasət kursu həyata keçirən ölkəmiz hər zaman əməkdaşlıq məkanı kimi dünyanın diqqətindədir. Bugünkü reallıqları bir daha ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və roluna işıq salır. Bu baxımdan Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana ilk səfəri mühüm əhəmiyyət kəsb edir. Reallıq budur ki, Azərbaycanın ərəb ölkələri ilə münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın ərəb dünyası ilə dərin tarixi-mədəni bağlılığı var.

Bu mühüm məqamı da xüsusi qeyd edək ki, Əsəd rejiminin avtoritar və qapalı xarici siyasəti Azərbaycan-Suriya münasibətlərinin inkişafına öz mənfi təsirini göstərdi. Suriya daxilində sabitsizlik, siyasi böhranlar, beynəlxalq təcrid bu ölkənin əməkdaşlıq əlaqələrini məhdudlaşdırmasına təsirsiz olmadı. Suriya Prezidentinin iyulun 12-də ölkəmizə reallaşdırdığı ilk səfər, həmçinin Prezidentlərin məhdud və geniş tərkibdə görüşləri əlaqərimizin inkişafında yeni səhifənin başlanğıcı kimi dəyərləndirilir. Prezident İlham Əliyev ilə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın geniş tərkibdə görüşündə bir daha vurğulandı ki, uzun illər ərzində Azərbaycana münasibətdə qeyri-dost siyasəti həyata keçirən Suriyadakı əvvəlki hökumətin vaxtında münasibətlərimizdə durğunluq olub. Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb. Əhməd Əl Şaraa əvvəlki hakimiyyətin Suriyanın bir çox ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrə xələl gətirdiyini təəssüflə qeyd etdi. O, ölkəsinin Azərbaycanla siyasi, iqtisadi-ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu bildirdi. Azərbaycanın əldə etdiyi uğurlar və torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə təbriklərini çatdıran Suriyanın keçid dövrü Prezidenti ölkəmizin ötən əsrin 90-cı illərində çətinliklərlə üzləşdiyini, amma onların öhdəsindən layiqincə gəldiyini və hazırda inkişaf etdiyini xüsusi vurğuladı". Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, bundan əvvəl Azərbaycan və Suriya Prezidentləri Antaliyada keçirilən forum zamanı görüşmüşlər. Suriyada hakimiyyət dəyişikliyindən sonra Azərbaycan bu ölkəyə və Suriyanın ərazi bütövlüyünə, suverenliyinə dəstəyini ifadə edən dövlət olmuşdur. Azərbaycan Türkiyə ilə birlikdə Suriyanın münaqişədən sonrakı dövrdə inkişafına, bərpa-quruculuq prosesinə töhfə verməyə hazırlığını ifadə etmişdir. Azərbaycan-Suriya münsibətlərində yeni istiqamət Azərbaycanda istehal olunan qazın Suriya bazarına çıxarılmasıdır. Azərbaycan təbii qazı üçün dünyada rəqabət artır. Azərbaycan təkcə Avropa bazarına deyil, Yaxın Şərq ölkələrinə də öz enerji ehtiyatlarını ixrac edir. Suriya Prezidentinin səfəri zamanı bu məsələ müzakirə olunan mövzular sırasında oldu.
Səfər çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Suriya həm Azərbaycan mavi yanacağını idxal edə, həm də tranzit ölkə rolunu oynaya bilər. Prezidentlərin görüşündə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edildi. Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi vurğulandı. Bu xüsusda yaxın zamanlarda Azərbaycanda istehsal olunan qazın Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi diqqətə çatdırıldı. Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu bildirildi. Əhməd Əl Şaraa hazırda ölkəsinin üzləşdiyi ciddi enerji problemlərinin həllində Azərbaycanın töhfəsinin əhəmiyyətini vurğulayaraq, bunun Suriyanın inkişafına xidmət etdiyini vurğuladı.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan-Suriya əlaqələri, eyni zamanda Azərbaycanın Yaxın Şərq siyasətində mühüm istiqamətdir. Azərbaycan Avropa, Mərkəzi Asiya istiqamətində fəal siyasət yürütdüyü kimi Yaxın Şərq regionunda da fəallığı ilə seçilir. Prezident İlham Əliyevin həyata keçirdiyi bu uğurlu siyasət nəticəsində Azərbaycan Yaxın Şərq regionunda da etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz tarixi Zəfərimizin və suverenliyimizin tam bərpasından sonra istər regionda, istərsə də beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmləndirib. Azərbaycan qlobal siyasi gücə çevrilərək yeni dünya nizamının formalaşmasına verdiyi töhfələri ilə diqqətdədir. Prezident İlham Əliyevin nüfuzu, həyata keçirdiyi praqmatik siyasət ölkəmizə yeni tərəfdaşlıq modellərini gətirir, yeni tərəfdaşlar qazandırır. Azərbaycan Suriya ilə İsrail arasında gərginliyin aradan qaldırılmasında və danışıqlar prosesində sakit diplomatiya prinsipindən çıxış edərək görüşlərin təşkil olunmasına öz töhfəsini vermişdir. Suriya Prezidenti Əhməd Əl Şaraanın səfəri Azərbaycan-Suriya əməkdaşlığının güclənməsinə xidmət edəcək. Azərbaycan fəal siyasi aktor kimi beynəlxalq münasibətlər sistemində möhkəmlənən yeri və rolu göz önündədir.

Vüqar Rəhimzadə qeyd edib ki, Prezidentlərin görüşündə Azərbaycanla Suriya arasında humanitar, təhsil və mədəniyyət sahələrində də əməkdaşlığa toxunuldu, o cümlədən suriyalı tələbələrə Azərbaycanda təqaüdlərin verilməsi və mədəni abidələrin bərpası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa-quruculuq işlərinə xüsusi diqqət yönəldildi. Təbii ki, ölkəmiz dünya tarixində bu sahədə də ilkə imza atıb. Müharibədən dərhal sonra belə genişmiqyaslı bərpa-quruculuq işlərinə öz daxili imkanları hesabına başlamaq dünya tarixində mümkün olmayıb. Azərbaycanın müasir tələblərə uyğun olaraq apardığı dirçəliş modelinin nümunəviliyi hər zaman keçirilən görüşlərdə, beynəlxalq tədbirlərdə əsas diqqət göstərilən məsələlərdən olur. Azərbaycan və Suriya prezidentlərinin geniş tərkibdə görüşündə ölkəmizin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində təcrübəsinin olduğu nəzərə alınaraq vurğulandı ki, bu xüsusda Azərbaycan Suriyanın postmünaqişə dövründə bərpa və quruculuq prosesinə öz töhfəsini verə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 İyul 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see708

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

11 Oktyabr 2025 12:04see512

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see421

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see260

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

11 Oktyabr 2025 08:35see201

PSJ yenidən vahid lider oldu

11 Oktyabr 2025 16:12see184

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see156

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see147

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

11 Oktyabr 2025 12:32see145

Azı qərar, çoxu zərər...

11 Oktyabr 2025 05:51see140

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see139

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

11 Oktyabr 2025 06:08see133

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

11 Oktyabr 2025 14:06see131

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see128

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see127

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

11 Oktyabr 2025 17:29see127

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

11 Oktyabr 2025 09:33see127

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see124

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see123

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

11 Oktyabr 2025 18:23see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri