Icma.az
close
up
RU
Azərbaycan Suriya ilə təmasda olacaq Bakıdan AÇIQLAMA

Azərbaycan Suriya ilə təmasda olacaq Bakıdan AÇIQLAMA

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Suriyada hökumət qüvvələri ilə keçmiş rejimin qalıqları arasında Latakiya və Tartus şəhərlərində baş verən silahlı qarşıdurmaların şiddətlənməsi beynəlxalq narahatlığa səbəb olub.  ABŞ və Rusiya məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasında 10 mart tarixində qapalı iclas çağırıb. Türkiyə, ABŞ, İran, Fransa, Rusiya və Çin hadisələrə münasibət bildirib, döyüşlər və mülki itkilər barədə narahatlıqlarını ifadə ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ərazisində baş verən terror və zorakılığı sərt şəkildə pisləyib: “Türkiyə olaraq Suriyanın birliyini, sabitliyini və sosial sülhünü hədəf alan hər cür hücumu lənətləyirik” O, müvəqqəti hökumətin hadisələri böyük ölçüdə nəzarət altına aldığını, lakin vəziyyətin hələ də həssas olduğunu bildirib. Ərdoğan ələvilərin siyasi manipulyasiya vasitəsinə çevrilməsinə icazə verməyəcəklərini də vurğulayıb.

Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, son hadisələrdən Azərbaycan da narahatdır:

"Azərbaycan Türkiyə kimi Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Son hadisələrdən,əlbəttə, biz də narahatıq. Üsyan yatırıldı, amma mülki insanlar arasında həlak olanlar var. Suriya müvəqqəti hökuməti üçün problemləri həll etmək çətindir. Çünki müxtəlif silahlı etnik qruplar var. Xarici qüvvələr bu silahlı qruplardan Suriyanı parçalamaq, onu asılı vəziyyətdə saxlamaq üçün istifadə etməyə çalışır. Dünən müsbət bir xəbər də gəldi. Suriyanın şimalında PKK-ya bağlı silahlı qruplar mərkəzi hökumətə tabe olacaqları ilə bağlı sənədə imza atdılar. bunu uğur saymaq olar. Suriyanın müvəqqəti hökumətinin başlıca vəzifəsi bütün silahlı qrupları tərksilah etmək vahid ordu yaratmaq, iqtisadiyyatı gücləndirməkdir. Türkiyə bu məsələdə Suriyanın müvəqqəti hökumətinə dəstək verir. Azərbaycanın müvəqqəti hökuməti ilə artıq təmaslar var. Xarici işlər nazirinin müavini Dəməşqdə olmuşdu, səfirliyimizin fəaliyyəti bərpa olunub. Biz bu məsələləri Türkiyə ilə koordinasiyalı şəkildə həyata keçiririk".

Politoloq söyləyib ki, Azərbaycan Suriyadakı proseslərə qarışmayacaq:

"Biz Türkiyəni dəstəkləyir, müdafiə edirik. Türkiyənin özü də Suriyanın daxili məsələlərinə qarışıb, hansısa etnik qrupla savaşa girişməyəcək. Türkiyəni ən çox narahat edən ona qarşı savaşan PKK-ya aid  silahlı qruplardır. Bəli, onlara qarşı hərbi əməliyyatlar edilə bilər. Onlar özləri də artıq  tərksilah olunmaqla bağlı Dəməşqlə saziş imzalayıb. Bu da Türkiyə üçün əhəmiyyətlidir. Digər yandan PKK da tərksilah olmaqla bağlı qərar verib. Ona görə Türkiyə özü də müdaxilə etməyəcək. Türkiyə Suriyanın müvəqqəti hökuməti ilə birlikdə druzlara, ərəblərə qarşı toqquşmalarda iştirak edən deyil. Baxmayaraq ki, Suriyanın ərazi bütövlüyünü, həm də fəaliyyətini dəstəkləyir. Azərbaycanın Suriya ilə təmasları olacaq. Amma Azərbaycan da bu proseslərə müdaxilə etməyəcək. Türkiyənin bu siyasətini Azərbaycan dəstəkləməyə davam edəcək". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:291
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Mart 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri