Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Bankların keşbek faizləri Yanvar 2026

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

“Azərbaycan tarixi” fənninin dövlət dilində keçirilməsi milli mənəvi siyasətin tərkib hissəsidir RƏY

“Azərbaycan tarixi” fənninin dövlət dilində keçirilməsi milli mənəvi siyasətin tərkib hissəsidir RƏY

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qərar məqsəd baxımından doğrudur, amma icra tərəfi zəifdir


Ölkə üzrə 1,6 milyondan çox şagirdin təxminən 10%-i rus, gürcü və digər dillərdə təhsil alır.


2025-2026-cı tədris ilindən ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan V-VI siniflərində "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris ediləcək.

Bu, elm və təhsil naziri Emin Əmrullayevin ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün tədris planlarının təsdiqi barədə imzaladığı əmrdə öz əksini tapıb.

Qeyd edək ki, ötən illər tədirisi digər dillərdə aparılan VI siniflərdə"Azərbaycan tarixi" fənni həmin dilə uyğun təşkil edilirdi.


Təhsil eksperti Kamran Əsədov “Sherg.az”a bildirdi ki, 2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin digər dillərdə təhsil alan V–VI sinif şagirdlərinə “Azərbaycan tarixi” fənninin yalnız Azərbaycan dilində tədris olunması qərarı verildi:


“Bu, təsadüfi qərar deyil, uzun müddətdir müzakirə edilən və milli identiklik məsələsi ilə bağlı olan addımdır. Son illərin statistikasına nəzər salsaq, ölkə üzrə 1,6 milyondan çox şagirdin təxminən 10%-i rus, gürcü və digər dillərdə təhsil alır. Deməli, hər on şagirddən biri öz milli tarixini başqa dildə öyrənir və bu da dövlət dili üzərində ümumi konsolidasiyanın zəifləməsinə gətirib çıxarır. Bu qərarın əsas məqsədi dövlət dilini gücləndirmək, tarixi-mədəni yaddaşı birləşdirici dildə formalaşdırmaq və gələcəkdə milli identiklikdə parçalanma risklərini minimuma endirməkdir. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5-ci maddəsində göstərilir ki, ölkədə təhsilin dili Azərbaycan dilidir. Digər dillərdə təhsil təşkil oluna bilər, lakin dövlət dili mütləq öyrədilməli və tədrisin ayrılmaz hissəsi olmalıdır. Bundan əlavə, Konstitusiyanın 21-ci maddəsi Azərbaycan dilini dövlət dili kimi təsbit edir və dövlətin vəzifəsi bu dilin inkişafını təmin etməkdir. “Azərbaycan tarixi” fənninin dövlət dilində keçirilməsi hüquqi baxımdan tam qanunauyğun olmaqla yanaşı, milli-mənəvi siyasətin də tərkib hissəsidir. Bu qərarın müsbət tərəfi ondadır ki, şagirdlər milli tarixə dair anlayışları yalnız Azərbaycan dilində mənimsəyəcəklər. Bu, onların dil bacarıqlarını genişləndirəcək, elmi terminlər və ictimai-siyasi anlayışlarla dövlət dilində tanış olmalarını təmin edəcək. Beləliklə, yalnız gündəlik ünsiyyət yox, həm də akademik dil savadlılığı formalaşacaq. Bu həm də gələcəkdə ali məktəblərdə təhsil alan tələbələrin Azərbaycan dilində mənbələrlə işləməsini asanlaşdıracaq. Amma prosesin mənfi tərəfləri də var. Rus və digər bölmələrdə oxuyan şagirdlərin əksəriyyəti Azərbaycan dilində sadə ünsiyyət qura bilsə də, terminoloji bazası zəifdir. Bu səbəbdən dərslərin keyfiyyətli mənimsənilməsində çətinliklər yarana bilər. Statistikaya görə, bu gün rus bölməsində oxuyan şagirdlərin yalnız 35–40%-i Azərbaycan dilində sərbəst yazıb-oxuma bacarığına tam malikdir. Belə şəraitdə əlavə dəstək mexanizmləri tətbiq olunmazsa, yeni qərar tədrisdə keyfiyyət itkisinə səbəb ola bilər”.


Ekspertin sözlərinə görə dünya təcrübəsi bu qərarın düzgünlüyünü təsdiq edir:

“Gürcüstanda azərbaycanlı şagirdlər “Gürcüstan tarixi” fənnini yalnız gürcü dilində öyrənirlər. Qazaxıstanda rus bölməsində oxuyan şagirdlər üçün “Qazaxıstan tarixi” məcburi şəkildə dövlət dilində tədris edilir. Baltik ölkələrində də analoji addımlar atılıb: Estoniyada rus məktəblərində “Estoniya tarixi” və “Vətəndaşlıq” fənləri yalnız eston dilində keçirilir. Bu təcrübələr göstərir ki, milli tarix və dövlətçiliklə bağlı fənlərin vahid dildə tədrisi dövlətin milli kimlik siyasətinin vacib alətidir. Bu qərarın nəticəsində gələcəkdə digər fənlərin də Azərbaycan dilində tədrisi gündəmə gələ bilər. İlk olaraq “Coğrafiya” və “Vətəndaşlıq” fənlərinin, daha sonra isə “Cəmiyyətşünaslıq” və hüquqla bağlı mövzuların dövlət dilində keçirilməsi ehtimal olunur. Beləliklə, proses mərhələli şəkildə genişlənə bilər və uzunmüddətli perspektivdə bütün humanitar fənlər vahid dildə tədris oluna bilər. Lakin burada ən ciddi problem Elm və Təhsil Nazirliyinin bu qərarı yalnız texniki elan etməsidir. Nazirlik şagirdlər, valideynlər və müəllimlər üçün izahlı marifləndirmə işi aparmır. Tədris proqramlarının necə dəyişəcəyi, hansı yeni dərs vəsaitlərinin hazırlanacağı, müəllimlərin hansı əlavə hazırlıqdan keçəcəyi barədə heç bir ictimai plan açıqlanmayıb. Nazirliyin proqnozu yoxdur: neçə şagird çətinlik çəkəcək, onların dəstəklənməsi üçün hansı metodoloji baza formalaşdırılacaq – bu suallar cavabsızdır. Nəticədə valideynlərdə çaşqınlıq, müəllimlərdə narahatlıq yaranır. Əgər bu qərar əlavə addımlarla müşayiət olunmasa, fənnin dilini dəyişmək sadəcə formal qərara çevriləcək. Əksinə, əgər dəstək proqramları, hazırlıq kursları və yeni dərs resursları tətbiq olunarsa, bu, dövlət dilinin mövqeyini gücləndirəcək, şagirdlərin funksional savadlılığını artıracaq və milli tarix şüurunu möhkəmləndirəcək. Beləliklə, qərar məqsəd baxımından doğrudur, amma icra tərəfi zəifdir. Təhsil Nazirliyi bu istiqamətdə konkret plan və proqnozlar hazırlamasa, nəticədə yaxşı niyyətli qərar tədris keyfiyyətinin enməsinə səbəb ola bilər. Dövlət dilinin mövqeyini gücləndirmək yalnız şüarla deyil, peşəkar hazırlıq və elmi əsaslandırılmış proqramlarla mümkün ola bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Avqust 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see416

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see158

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see154

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see152

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see141

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri