Icma.az
close
up
RU
Azərbaycan TDT yə töhfə verən əsas tərəfdaşdır ŞƏRH

Azərbaycan TDT yə töhfə verən əsas tərəfdaşdır ŞƏRH

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

21 may 2025-ci il tarixində Macarıstan Respublikasının Budapeşt şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı edən ölkə başçısı cənab İlham Əliyev bir sıra mühüm məsələlərə toxunmuş və bu görüşün ölkəmiz üçün əlamətdar olduğunu bildirmişdir.

Zirvə görüşündə çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm verdiyini xüsusi vurğulayıb: “Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin, 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir”, – deyən dövlət başçısı Azərbaycanın türk dövlətləri arasında qarşılıqlı əməkdaşlığa verdiyi töhfələri vurğulayıb.

Ölkə rəhbəri qeyd edib ki, Zəngəzur dəhlizi və Orta Dəhliz layihələri fonunda Azərbaycan Mərkəzi Asiya, Qafqaz və Avropanı birləşdirən əsas tranzit ölkəyə çevrilməkdədir. Bununla yanaşı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonası kimi layihələr TDT ölkələrinin investorları üçün cəlbedicidir.

Zirvə görüşündə qəbul olunmuş sənəddə Türk dövlətlərinin əldə etdikləri siyasi, iqtisadi, ekoloji, sosial və mədəni nailiyyətləri təqdir edən dövlət başçıları “Türk Dünyası Xartiyası”nı türk xalqlarının ortaq mədəniyyətinin, adət-ənənələrinin, dilinin və tarixinin əsas ifadəsi və onların ortaq türk kimliyinin möhkəmləndirilməsi üçün birləşdirici çərçivə kimi tanıyıblar.

Zirvə görüşü və imzalanmış 71 maddəlik Bəyannamə təşkilatın qlobal arenada artan təsirinin simvoluna çevrildi. Qəbul edilən Yekun Bəyannamə təkcə təşkilatın daxilindəki koordinasiyanın və institusional çərçivələrin möhkəmləndirilməsi baxımından deyil, həm də regional və qlobal diplomatiyada fəallığını artıran aktor kimi TDT-nin iddialarını və potensialını nümayiş etdirməsi baxımından strateji əhəmiyyət kəsb edir. Təşkilatın ümumi strategiyasını və dünyaya baxışını ifadə edən bu Bəyannamə həm də türk dövlətlərinin daha sıx inteqrasiyası üçün yaxın gələcəkdə atılmalı olan addımların müəyyənləşdirilməsi baxımından əhəmiyyətli bir sənəddir. Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Prezidenti Sadır Japarov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tərəfindən imzalanan Bəyannamənin məzmunu təşkilatın beynəlxalq sistemdə aktiv mövqeyə sahib olmaq niyyətində olan çoxölçülü diplomatik platforma olduğunu təsdiqləyir. Bəyannamədə üzv dövlətlərin siyasi, iqtisadi, enerji, müdafiə və təhlükəsizlik sahələrində daha dərin əməkdaşlığa və daha sıx inteqrasiyaya hazır olduqlarının ifadəolunması TDT-nin gələcəkdə regional təşkilat modelindən çıxaraq funksional bloklaşma yolunda irəliləyə biləcəyini göstərir və bu, Türk dünyasında vahid siyasi mövqedən çıxış etmək iradəsinin ilk təzahürləridir.

Bəyannamədə müstəqil türk dövlətlərinin malik olduqları böyük potensialdan və imkanlardan istifadə edərək, bütün sahələrdə həmrəyliyi, əməkdaşlığı və koordinasiyanı daha da gücləndirmək əzmində olduqları bildirilir. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi qismində təşkilatın işinə dəyərli töhfələr verməsi yüksək qiymətləndirilir və eyni zamanda, Kipr məsələsinin danışıqlar yolu ilə qarşılıqlı məqbul və həyat qabiliyyətli həllinə nail olunmasının zəruriliyi öz əksini tapır

Budapeşt Sammiti 2024-cü ildə Azərbaycanda keçirilmiş Qarabağ Sammitindən sonra ikinci qeyri-rəsmi Zirvə görüşüdür. Görüşdə Azərbaycanın 2025-ci ildə TDT-nin 12-ci Zirvə görüşünə ev sahibliyi etməyə hazır olduğu bəyan edilib. Budapeşt görüşü bu il Bakıda təşkil olunacaq Zirvə toplantısı ərəfəsində TDT üzvlərinin öz prioritetlərini müəyyənləşdirmək və inteqrasiya proseslərinin yol xəritəsinin hazırlanmasına böyük töhfə kimi də qiymətləndirmək olar.

Budapeşt Zirvə toplantısı Türk dövlətlərinin birliyini, əzmkarlığını, regional və qlobal miqyasda varlığını, qərblə şərq arasında aparıcı, birləşdirici rolunu bir daha nümayiş etdirib.

Səltənət Möhsünlü

YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 May 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri