Icma.az
close
up
RU
Azərbaycan və Almaniya arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub AZƏRTAC

Azərbaycan və Almaniya arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 18 noyabr, AZƏRTAC

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Almaniyanın Şərqi Biznes Assosiasiyasının təşkilatçılığı ilə COP29 çərçivəsində “Yaşıl transformasiya” mövzusunda Almaniya-Azərbaycan yüksək səviyyəli biznes dialoqu baş tutub.

AZƏRTAC xəbər verir ki, tədbirdə hər iki tərəfdən bərpaolunan enerji, qida istehsalı və qablaşdırma, İKT və texnologiya xidmətləri, su idarəetmə texnologiyaları, avtomobil sənayesi həlləri və digər sektorlardan 40-a yaxın şirkət nümayəndələri iştirak edib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycan-Almaniya iqtisadi-ticarət əlaqələri, o cümlədən alman şirkətlərinin ölkəmizdəki fəaliyyəti haqqında məlumat verib. Qeyd edilib ki, Almaniya nümayəndə heyətinin Azərbaycana fevral səfərindən sonra bir neçə alman şirkəti ilə uğurlu danışıqlar aparılıb və sənaye, yaşıl enerji, İKT sektorlarında razılaşmalar əldə olunub.

Almaniyanın Şərqi Biznes Assosiasiyasının idarəedici direktoru Mixael Harms iqtisadiyyatda yaşıl transformasiyanın əhəmiyyətini vurğulayaraq bildirib ki, ölkələrimizin bərpaolunan enerji sahəsində potensialını və Almaniyanın bu istiqamətdə nailiyyətlərini nəzərə alaraq sözügedən sahədə birgə təşəbbüslərin reallaşdırılması geniş perspektivlər vəd edir.

Tədbirdə, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Almaniyanın Federal İqtisadi İşlər və İqlim Fəaliyyəti Nazirliyinin (BMWK) Sənaye siyasəti departamentinin rəhbəri Bit Baron çıxış edib.

Tədbir Azərbaycan və Almaniya arasında alternativ enerji sektorunda tərəfdaşlığın genişləndirilməsi imkanları mövzusunda müzakirələrlə davam edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see338

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see243

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see186

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see151

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see134

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri