Azərbaycan tərəfdaşlıqda ikili standartları qəbul etmədiyini açıq göstərir ŞƏRH EDİLDİ
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
"Prezident İlham Əliyevin 907-ci düzəlişlə bağlı səsləndirdiyi fikirlər ABŞ–Azərbaycan münasibətlərində aydın və prinsipial bir xətti ortaya qoyur. Bu xətt qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və ikili standartların qəbul edilməməsinə əsaslanır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, dövlət başçısının mövqeyi göstərir ki, Azərbaycan öz milli maraqlarını istənilən beynəlxalq tərəfdaşlıq çərçivəsində açıq və qətiyyətlə müdafiə edir: "907-ci düzəliş uzun illər ABŞ–Azərbaycan münasibətlərində etimad mühitinə mənfi təsir göstərən siyasi alət kimi qiymətləndirilib. Prezidentin bu məsələyə yanaşması onu göstərir ki, Azərbaycan tərəfdaşlıq münasibətlərinin birtərəfli məhdudiyyətlər və ya siyasi təzyiqlər üzərində qurulmasını qəbul etmir. Əksinə, əməkdaşlıq real geosiyasi maraqlara və regional təhlükəsizlik çağırışlarına uyğun şəkildə inkişaf etməlidir. Bu mövqe eyni zamanda Azərbaycanın artan geosiyasi çəkisinin göstəricisidir. Enerji təhlükəsizliyi, regional sabitlik, terrorizmə qarşı mübarizə və nəqliyyat-logistika layihələri kimi sahələrdə Azərbaycanın rolu artdıqca, rəsmi Bakı münasibətlərin köhnə və ədalətsiz yanaşmalar üzərində davam etdirilməsini məntiqsiz hesab edir. Prezidentin fikirləri ABŞ-a ünvanlanan siyasi mesaj kimi də dəyərləndirilə bilər: əməkdaşlıq real maraqlara əsaslanmalıdır, siyasi irs kimi qalan məhdudlaşdırıcı mexanizmlərə yox.
Bundan başqa, bu yanaşma Azərbaycanın xarici siyasətində balans və suverenlik prinsipinin prioritet olduğunu göstərir. Azərbaycan nə qarşıdurma tərəfdarıdır, nə də asılı münasibət modeli qəbul edir. Prezident İlham Əliyevin açıqlamaları onu nümayiş etdirir ki, rəsmi Bakı dialoqa açıqdır, lakin bu dialoq qarşılıqlı etimada və ədalətli münasibətlərə söykənməlidir. Nəticə etibarilə, 907-ci düzəlişlə bağlı səsləndirilən fikirlər ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələnin yalnız bərabərhüquqlu və praqmatik əsaslar üzərində mümkün olduğunu göstərən prinsipial siyasi xətti ortaya qoyur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 07 Yanvar 2026 20:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















