Icma.az
close
up
RU
Prezident İlham Əliyevin 907 ci düzəlişlə bağlı mövqeyi xüsusi əhəmiyyət daşıyır POLİTOLOQ ŞƏRH ETDİ

Prezident İlham Əliyevin 907 ci düzəlişlə bağlı mövqeyi xüsusi əhəmiyyət daşıyır POLİTOLOQ ŞƏRH ETDİ

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"ABŞ nümayəndə heyətinin Azərbaycana səfəri Vaşinqton-Bakı münasibətlərində uzun müddətdir müşahidə olunan yeni siyasi paradiqmanın davam etdirilməsi cəhdi kimi qiymətləndirilə bilər. Bu səfər yalnız diplomatik protokol çərçivəsində baş tutan təmas deyil, eyni zamanda ABŞ-ın Cənubi Qafqaz siyasətində yaranmış strateji boşluğun və dəyişən geosiyasi reallıqların fonunda atılmış məqsədli addımdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Amid Əliyev deyib.

Onun sözlərinə görə, xüsusilə Prezident İlham Əliyevin 907-ci düzəlişlə bağlı səsləndirdiyi fikirlər bu səfəri sıradan diplomatik hadisə olmaqdan çıxararaq, Vaşinqton-Bakı xəttində siyasi dinamikanın istiqamətini müəyyən edə biləcək məqam kimi önə çıxarır: "Ümimiyyətlə isə son illər ABŞ-Azərbaycan münasibətləri əsasən enerji təhlükəsizliyi, regional nəqliyyat-kommunikasiya xətləri və təhlükəsizlik məsələləri üzərindən praqmatik müstəvidə davam etsə də, siyasi etimad səviyyəsi isə xüsusilə yeni kabinet dövründə nəzərəçarpacaq dərəcədə artıb. Təbii ki, Azərbaycan gündəliyində bunu la bağlı ABŞ-dan mühüm gözləntiləri var. Bu kontekstdə Prezident İlham Əliyevin 907-ci düzəlişlə bağlı mövqeyi xüsusi əhəmiyyət daşıyır. 1990-cı illərin münaqişə reallıqları əsasında qəbul edilmiş bu düzəliş faktiki olaraq postmünaqişə dövrünün siyasi və hüquqi çərçivələri ilə uzlaşmır. Prezidentin bu məsələni açıq və birbaşa formada gündəmə gətirməsi ABŞ-a ünvanlanan aydın siyasi mesajdır: Azərbaycan regionda təhlükəsizliyin və sabitliyin təminində açar aktor olduğu halda, ona qarşı diskriminativ mexanizmlərin saxlanılması strateji tərəfdaşlıq ritorikası ilə ziddiyyət təşkil edir. Bu çıxış Vaşinqtonun ikili standartlara əsaslanan yanaşmasının açıq şəkildə sual altına alınması kimi oxunmalıdır.
ABŞ nümayəndə heyətinin səfəri eyni zamanda Vaşinqtonun Cənubi Qafqaz siyasətində yenidən tənzimləmə axtarışının göstəricisidir. Ukrayna müharibəsi fonunda Rusiya ilə qarşıdurma, Yaxın Şərqdə artan gərginlik və Çinlə strateji rəqabət ABŞ-ı regionlarda daha çevik və praqmatik siyasət yürütməyə məcbur edir. Bu mənzərədə Cənubi Qafqazda siyasi təsirin zəifləməsi ABŞ üçün ciddi risk kimi qiymətləndirilir. Azərbaycan isə nəinki regionun əsas siyasi aktoru, həm də Avropanın enerji təhlükəsizliyində, Orta Dəhlizin funksionallaşmasında və geosiyasi balansın qorunmasında mühüm rol oynayan ölkədir. Bu baxımdan Bakı ilə birbaşa və daha institusional dialoq formatının formalaşdırılması ABŞ üçün zərurətə çevrilir.
Perspektivdə bu səfərin nəticəsi olaraq Vaşinqton–Bakı münasibətlərində daha konstruktiv xəttin üstün olması, qarşılıqlı münasibətlərdə etimada əsaslanma və rasional yanaşmanın güclənməsi müşahidə oluna bilər. 907-ci düzəlişin tam ləğvi isə, ABŞ bu istiqamətdəki məramının ciddi olmasından xəbər verir.
Uzunmüddətli perspektivdə isə bu proses ABŞ-ın Cənubi Qafqazda dəyər mərkəzli yanaşmadan maraqlar balansına əsaslanan siyasətə keçidinin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu, Azərbaycanın çoxvektorlu xarici siyasətinin faktiki olaraq qəbul edilməsi və regionda geosiyasi oyun qaydalarının getdikcə daha çox yerli aktorlar tərəfindən müəyyən olunması anlamına gəlir. Beləliklə, ABŞ nümayəndə heyətinin Bakıya səfəri Vaşinqton–Bakı münasibətlərində ya realist yenilənmə mərhələsinin başlanğıcı, ya da mövcud hüquqi və texniki cəhətdən narazılıq yaradan məqamların üstündən xətt çəkilərək tarixə qovuşması kimi qiymətləndirilə bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:21
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Yanvar 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri