Icma.az
close
up
RU
Azərbaycan türk dövlətlərinin ortaq dəyərlərinin və siyasi iradəsinin təmsilçisinə çevrilməkdədir Günay Ağamalı

Azərbaycan türk dövlətlərinin ortaq dəyərlərinin və siyasi iradəsinin təmsilçisinə çevrilməkdədir Günay Ağamalı

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək.

Azərbaycanın bu Zirvə görüşünə ev sahibliyi etməsi hansı siyasi və strateji əhəmiyyətə malikdir?

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Redkator.az-a açıqlamasında bildirdi ki, bu il Türk Dövlətləri Təşkilatının növbəti rəsmi Zirvə görüşünün Azərbaycanda keçirilməsi dövlətimizin regionda artan nüfuzunun və türk dünyasında strateji liderliyinin bariz göstəricisidir.

"Bu mühüm hadisə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və uzaqgörənliyi ilə həyata keçirilən çoxşaxəli diplomatiyanın məntiqi davamıdır. TDT Zirvə görüşünə ev sahibliyinin edilməsi Azərbaycanın türk dövlətləri ilə münasibətlərdə dərinləşən inteqrasiyanın siyasi rəmzi olmaqla yanaşı, iqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik sahələrində ortaq maraqların gücləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Bu platforma üzv ölkələr arasında əməkdaşlığın yeni mərhələyə keçidini təmin edəcək, xüsusilə də Transxəzər nəqliyyat dəhlizi, Orta Dəhliz və onun mühüm komponenti olan Zəngəzur dəhlizi kimi böyük geoiqtisadi layihələrin gerçəkləşməsində önəmli rol oynayacaq".

Deputat qeyd etdi ki, Qarabağda dövlət suverenliyinin tam bərpa olunması fonunda bu Zirvə görüşü Azərbaycanın bölgədə sülh, inkişaf və əməkdaşlıq naminə təklif etdiyi gündəliyin Türk dünyası tərəfindən dəstəkləndiyini göstərir.

"Bu, həm də türk xalqlarının ortaq tarixə, dəyərlərə və gələcəyə əsaslanan möhkəm birliyin nümunəsidir. Zirvə görüşü çərçivəsində qəbul ediləcək qərarlar, strateji əhəmiyyətli sənədlər qardaş dövlətlər arasında əlaqələrin yeni keyfiyyət mərhələsinə yüksəlməsinə, ortaq maraqlar əsasında daha güclü Türk dünyasının formalaşmasına xidmət edəcək. Azərbaycan türk dövlətlərinin ortaq dəyərlərinin və siyasi iradəsinin təmsilçisinə çevrilməkdədir. Bakının ev sahibliyi regional sabitliyin, iqtisadi inteqrasiyanın və ortaq gələcək vizyonunun möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır", - deyə G.Ağamalı vurğuladı.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 May 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri