Icma.az
close
up
RU
“Azərbaycan Türk dünyasının birliyinə dəstəyi prinspial və ardıcıl xarakter daşıyır” Fərid Şahbazlı

“Azərbaycan Türk dünyasının birliyinə dəstəyi prinspial və ardıcıl xarakter daşıyır” Fərid Şahbazlı

Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycan Prezidenti İlham Əliyevin ADA universitetində təşkil edilən beynəlxalq konfransda Türk dünyası ilə bağlı mövqeyi və verdiyi mesajlar Azərbaycanın xarici siyasətində bu coğrafiyaya verilən strateji əhəmiyyətin bariz nümunəsidir. Ölkəmiz tarixən Türk dövlətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafında aparıcı rol oynayıb və bu siyasət bu gün də ardıcıl şəkildə davam etdirilir”.

Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyi in sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Türk dünyası ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir: “Bu baxımdan, Türk Dövlətləri Təşkilatının (TDT) mövcudluğu və güclənməsi mühüm əhəmiyyət kəsb edir. Cənab Prezidentin ifadə etdiyi kimi: “Biz TDT-ni daha güclü və nəticəyə yönələn təşkilat kimi görmək istəyirik. Təşkilat yubanmamalı və mühüm qlobal iştirakçıya çevrilməlidir. Biz daha çox çıxış etməli, daha fəal olmalı və qlobal məsələlərdə öz sözümüzü deməliyik.”

Siyasi şərhçi bildirib ki, beynəlxalq konfransda Prezident İlham Əliyev Şimali Kipr Türk Respublikası ilə bağlı suala cavab verərkən, bu ölkəyə açıq və prinspial dəstəyini ifadə etməsi Azərbaycanın Türk birliyinə sadəcə mənəvi bağlılıq deyil, eyni zamanda praktiki və siyasi yanaşma sərgilədiyini göstərir: “Dünyada yaşanan olduqca gərgin geosiyasi şəraitdə dövlət başçısının Şimali Kiprlə bağlı mövqeyi Azərbaycanın siyasətinin mövsümü xarakter daşımadığını, tarixi və milli maraqlarımızdan irəli gələn ədalət prinsiplərinə söykəndiyini növbəti dəfə təsdiqlədi.

Prezident İlham Əliyev TDT-nin unikallığını vurğulayaraq onun etnik mənşəyə, ortaq tarixə, dəyərlərə və mədəniyyətə əsaslandığını qeyd etdi. Bu, təşkilatın yalnız siyasi və iqtisadi platforma deyil, həm də dərin mənəvi və tarixi köklərə malik bir birlik olduğunu təsdiq edir”.

Fərid Şahbazlı deyib ki, Azərbaycanın bu istiqamətdə atdığı addımlar təkcə ikitərəfli deyil, çoxtərəfli əməkdaşlığın da genişlənməsinə xidmət edir. Bu gün Azərbaycan Türk dövlətləri ilə həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə sıx əməkdaşlıq edir və bu əlaqələrin daha da dərinləşdirilməsi üçün təşəbbüslərlə çıxış edir.

Azərbaycan dövləti Türk dünyasında birliyin və həmrəyliyin möhkəmləndirilməsi üçün bundan sonra da üzərinə düşən missiyanı qətiyyətlə yerinə yetirəcəkdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://pravda.az
archiveBu xəbər 11 Aprel 2025 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see197

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see172

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see160

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see134

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see126

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see124

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see123

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see119

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see117

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see117

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see116

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see116

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see112

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri