Icma.az
close
up
RU
Azərbaycan, Türkiyə və Pakistan nadir nümunənin ən parlaq təcəssümü

Azərbaycan, Türkiyə və Pakistan nadir nümunənin ən parlaq təcəssümü

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


28 May 2025-ci il -Azərbaycanın Müstəqillik Günündə baş tutan möhtəşəm tədbir həm rəmzi, həm də strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. Laçın Beynəlxalq Hava Limanının açılışı və Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə keçirilən bu Zirvə görüşü üç qardaş ölkənin birliyinin və əməkdaşlığının bariz nümunəsinə çevrildi.
Laçın kimi mürəkkəb bir dağlıq ərazidə yerləşən beynəlxalq hava limanının istifadəyə verilməsi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə apardığı genişmiqyaslı bərpa və inkişaf siyasətinin davamı olaraq regionun yeni nəfəsi oldu. Hava limanının ardınca Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan "Dost Aqropark"da yerli və türk sərmayədarların yaratdığı “ağıllı kənd təsərrüfatı” kompleksinin məhsulları ilə tanış oldular. Bu layihə yalnız iqtisadi deyil, həm də texnoloji tərəfdaşlıq baxımından üç ölkənin birgə inkişaf vizionunun göstəricisidir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan-Türkiyə-Pakistan dostluğu təsadüfi və yaxud da yalnız diplomatik çərçivədə qurulmuş bir münasibət deyil. Bu, ortaq tarixə, mədəniyyətə, milli dəyərlərə və ən əsası da qardaşlığa əsaslanan dərin bağların məhsuludur. 44 günlük Vətən müharibəsi zamanı Türkiyə və Pakistanın göstərdiyi siyasi və mənəvi dəstək Azərbaycanın yaddaşına əbədi həkk olundu. Bu dəstək yalnız o günlərin deyil, bu günün də, gələcəyin də birliyini möhkəmləndirən əsas sütunlardan biridir.
Zirvə görüşündə çıxış edən liderlər bir daha bildirdilər ki, üç ölkənin əməkdaşlığı təkcə regionun deyil, qlobal siyasətin də mühüm oyunçularından birini formalaşdırır. Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığı enerji, nəqliyyat, müdafiə, kənd təsərrüfatı və informasiya texnologiyaları sahələrində strateji layihələrə əsaslanır. Azərbaycan artıq Türkiyə iqtisadiyyatına 20 milyard dollar sərmayə yatırıb və Pakistanla 2 milyard dollarlıq investisiya layihələri üzərində iş aparılır.
“Bir millət, iki dövlət” fəlsəfəsi ilə Türkiyə ilə qurulan müttəfiqlik və Pakistanla olan mənəvi yaxınlıq bu üç ölkənin bir-birinə yalnız dost və tərəfdaş deyil, həmçinin qardaş kimi yanaşmasına səbəb olur. Bu münasibətlərin mərkəzində isə səmimi etimad, qarşılıqlı dəstək və ortaq gələcəyə inam dayanır.
Azərbaycan, Türkiyə və Pakistan-üç qardaş ölkə-həm tarixdən gələn dostluğu yaşadır, həm də müasir dünya düzənində öz güclərini birləşdirərək müstəqilliklərini və maraqlarını qətiyyətlə müdafiə edirlər.
Üç qardaş ölkə birgə layihələr, siyasi həmrəylik və iqtisadi tərəfdaşlıqla yeni bir inteqrasiya mərhələsinə qədəm qoyur. Bu birlik həm keçmişin ağrılarını sağaldır, həm də gələcəyin inamla qurulmasına zəmin yaradır. Azərbaycan, Türkiyə və Pakistan bu nadir nümunənin ən parlaq təcəssümüdür. Birliyimiz gücümüzdür-bu güc isə sabitliyin, inkişafın və sülhün təminatıdır.
Rəvanə Kərimova, Nəsimi Rayon gənci
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 30 May 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri