Icma.az
close
up
RU
Azərbaycan üçün mühüm tarixi və hüquqi bir qərar

Azərbaycan üçün mühüm tarixi və hüquqi bir qərar

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi, Azərbaycan üçün mühüm tarixi və hüquqi bir qərardır. Bu addım, ölkəmizin dövlətçilik ənənələrinin gücləndirilməsi və hüquqi sisteminin təkmilləşdirilməsi məqsədini daşıyır. Bu fikirləri "Ölkə.az"a açıqlamasında hüquqşünas Zaur Quliyev bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin verdiyi bu qərar, həm Konstitusiyanın qəbul edilməsinin 30-cu ildönümünə, həm də Vətən müharibəsindəki qələbəmizin 5-ci ildönümünə təsadüf edir:

"Bu, milli suverenliyimizin əhəmiyyətini bir daha vurğulayır. Azərbaycan Konstitusiyası ölkəmizin hüquqi əsaslarını təşkil edir və cəmiyyətimizin hüquqi və demokratik inkişafını müəyyənləşdirir. 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi, bir tərəfdən Konstitusiyanın əhəmiyyətini və hüquq dövlətçiliyinə bağlılığımızı təsdiqləyir, digər tərəfdən isə bu sənədin üzərindəki 30 illik işin daha da gücləndirilməsinə xidmət edir.

Bu il ərzində həyata keçiriləcək tədbirlər, hüquqi biliklərin artırılmasını və vətəndaşların hüquqlarının daha geniş şəkildə təmin edilməsini hədəfləyir. Dövlətin hüquqi bazasının təkmilləşdirilməsi, ölkənin gələcək inkişafı üçün vacibdir. Bu məqsədlə aparılacaq islahatlar həm daxili hüquqi mühiti, həm də beynəlxalq əlaqələri gücləndirəcək.

Suverenlik, hər bir dövlətin müstəqilliyini və hüquqi aliliyini təmin edən əsas anlayışdır. Azərbaycanın 2020-ci ildəki qələbəsi yalnız torpaqların azad olunmasından ibarət deyil, eyni zamanda ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi deməkdir. "Konstitusiya və Suverenlik İli" ilə bu uğurların hüquqi təmələ əsaslanaraq qorunması və suverenliyin gələcək nəsillərə ötürülməsi təmin ediləcəkdir".

Zaur Quliyev qeyd edir ki, hüquqşünaslar və hüquq sahəsində çalışan hər kəs, bu il ərzində görüləcək işlərə daha böyük diqqət yetirməli və hüquqi biliklərini artıraraq vətəndaşların hüquqlarını qorumağa daha məsuliyyətli yanaşmalıdır:

"Bu tədbirlər yalnız hüququn aliliyini təmin etməklə kifayətlənməyəcək, eyni zamanda Azərbaycanın beynəlxalq hüquqda mövqeyinin güclənməsinə xidmət edəcəkdir. 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi, həm hüquqi sahədə, həm də cəmiyyətdə böyük dəyişikliklərin başlanğıcıdır. Bu addım, Azərbaycanın gələcək inkişafı və hüquqi əsaslarının möhkəmləndirilməsi istiqamətində mühüm bir mərhələni işarələyir".

Ölkə.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Yanvar 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri