Azərbaycan Universitetində magistratura səviyyəsi üzrə yeni ixtisas açılıb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 2 iyul, AZƏRTAC
Azərbaycan Universitetinin 2025/2026-cı tədris ili üçün magistratura səviyyəsi və MBA proqramı (biznesin idarə edilməsi) üzrə qəbul planı təsdiqlənib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, magistratura səviyyəsində 10 ixtisas və 19 ixtisaslaşma, MBA proqramında isə 4 ixtisaslaşma üzrə qəbul aparılacaq. Magistratura səviyyəsinə ümumilikdə 213 tələbə qəbulu nəzərdə tutulub. Plan yerlərində 173-ü Azərbaycan, 40-ı isə ingilis bölməsinin payına düşür.
Yeni tədris ilinin qəbul planına yeni ixtisaslaşma da əlavə olunub. Belə ki, cari tədris ilindən təhsil psixologiyası ixtisaslaşmasına da tələbə qəbulu aparılacaq.
Qəbul qaydalarında da yenilik tətbiq edilir. Bank işi və gənclərlə iş ixtisaslaşmalarında təhsil müddəti bu ildən başlayaraq 1.5 ildir. Bu ixtisaslaşmalar üzrə magistrlik dissertasiyasının müdafiəsi nəzərdə tutulmadığından məzun təhsilini doktoranturada davam etdirə bilməyəcək.
MBA proqramının ingilisdilli marketinq istiqaməti üzrə kadr hazırlığı İtaliyanın Tuscia Universiteti ilə birgə ikili diplom proqramı çərçivəsində aparılır. Təhsillərini uğurla başa vuran tələbələrə müvafiq ixtisas üzrə magistr dərəcəsi verilir və ali təhsil müəssisələrinin diplomları təqdim olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 02 İyul 2025 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















