Icma.az
close
up
RU
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin 20 illik yubileyi qeyd edilib AZƏRTAC

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin 20 illik yubileyi qeyd edilib AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 23 dekabr, AZƏRTAC

Dekabrın 23-də Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz naminə canlarından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Ramil Əliyev rəhbərlik etdiyi təşkilatın 20 il ərzində keçdiyi yol və səhiyyənin inkişafına verdiyi töhfələrdən bəhs edən təqdimatla çıxış edib. Bildirilib ki, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti 2004‐cü ildən etibarən fəaliyyət göstərən kardiologiya, ürək və damar cərrahiyyəsi, anesteziologiya, perfuziologiya sahəsində çalışan peşəkarları özündə birləşdirən qeyri‐hökumət təşkilatıdır. Fəaliyyət göstərdiyi müddət ərzində təşkilat ölkəmizdə kardiologiya, ürək-damar cərrahiyyəsinin inkişafı üçün yerli mütəxəssislərin peşəkarlığının artırılması, beynəlxalq təcrübənin öyrənilməsi, ürək‐damar xəstəlikləri ilə bağlı əhalinin maarifləndirilməsi istiqamətində yerli və beynəlxalq elmi‐praktiki konfranslar, seminarlar, tədbir və layihələr həyata keçirib. Həmin tədbirlərdən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş “Bakı Ürək Günləri” beynəlxalq konqresi nəinki ölkə daxilində, həm də ölkədən kənarda nüfuzlu elmi‐praktik tədbir kimi tanınıb. Bundan başqa, hər il Dünya Ürək Federasiyası tərəfindən qeyd edilən “Dünya Ürək Günü”ndə ürək‐damar xəstəlikləri və onun profilaktikası barədə əhalinin maarifləndirilməsi məqsədilə cəmiyyət mütəmadi olaraq sosial aksiyalar təşkil edir, uşaq və ahıllar evlərini ziyarət edərək orada məskunlaşan sakinlərin tibbi müayinəsini həyata keçirir. Qeyd olunub ki, cəmiyyətin ötən dövrdə qazandığı nailiyyətlərdən biri də “Azərbaycan ürək‐damar cərrahiyyəsi” jurnalını nəşr etdirməsidir. Artıq 5‐ci ildir ki, nəşr olunan jurnalda kardiologiya, ürək və damar cərrahiyyəsi, anesteziologiya, perfuziologiya sahəsində çalışan həm yerli, həm də əcnəbi mütəxəssislərin elmi məqalələri, xülasələri, klinik hesabatları dərc olunur. Sevindirici haldır ki, jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlər siyahısına da daxil olunub.

Daha sonra çıxış edən Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayevin sözlərinə görə, təşkilat fəaliyyətə başlayanda məhz qarşıya Azərbaycanda da müasir ürək və damar cərrahiyyəsi xidmətinin qurulması və azərbaycanlıların öz ölkəmizdə elə öz həkimlərimiz tərəfindən müalicə olunması hədəf qoyulmuşdu: "Bu gün artıq cəmiyyətin qurulmasından 20 il ötür. Hazırda səhiyyənin bütün sahələrində olduğu kimi ürək-damar xəstəliklərinin müalicəsində də Azərbaycan dünya standartlarına çatıb. Bu gün ürək-damar xəstəlikləri sahəsində istər xəstəliyin diaqnostikasında, istər müalicəsində, istərsə də cərrahiyyəsində ölkəmizdə icra oluna bilməyən demək olar heç bir prosedur, əməliyyat yoxdur".

Ölkəmizdə ürək-damar cərrahiyyəsi sahəsində ciddi inkişafın nəzərə çarpdığını diqqətə çatdıran Milli Məclisin deputatı, Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin həmin istiqamətdə gördüyü işləri yüksək qiymətləndirib. Ürək-damar cərrahiyyəsi üzrə bütün yeniliklərin ölkəmizdə tətbiq edildiyini deyən deputat vətəndaşların xarici ölkələrə üz tutmasına ehtiyac olmadığını və sağlamlıqlarını öz həkimlərimizə etibar edə biləcəklərini vurğulayıb.

Sonra dünyaca məşhur ürək və damar cərrahlarının onlayn təbrikləri nümayiş etdirilib.

Daha sonra bu illər ərzində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəaliyyətinə dəstək göstərən təşkilat və şirkətlər təltif olunublar.

Tədbir bədii hissə ilə davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2024 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri