Icma.az
close
up
RU
Azərbaycan ürəyimdə bir şah damardır Tanınmış türk yazarı Yavuz Bülənt Bakilərin xatirəsinə

Azərbaycan ürəyimdə bir şah damardır Tanınmış türk yazarı Yavuz Bülənt Bakilərin xatirəsinə

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Kamil ƏFSƏROĞLU

"Azərbaycan ürəyimdə bir şah damardır" - bu fikir Yavuz Bülənt Bakilərin yalnız poeziyasında deyil, nəsrində, publisistikasında, ümumiyyətlə, bütün yaradıcılığında ana xətt kimi keçirdi. Onun qəlbi həmişə Azərbaycan eşqi, Azərbaycan sevgisiylə döyünürdü. Məhz bu sevginin nəticəsi idi ki, Yavuz bəy xalqımızın tarixini, mədəniyyətini tanıdan neçə-neçə maraqlı əsərlər qələmə almış, ən çətin günlərdə sözüylə, qələmiylə bizim yanımızda olmuşdur.

Onunla tanışlığımın maraqlı bir tarixçəsi vardı. 1982-ci ilin yayı idi. Daşkənd Beynəlxalq Kinofestivalına gəlmiş Türkiyə nümayəndə heyətinə Mədəniyyət Nazirliyinin müstəşar yardımçısı Yavuz Bülənt Bakilər başçılıq edirdi. Təzəcə tanış olsaq da, sözümüz-söhbətimiz tutdu. Həlim, rəvan danışığı vardı, dinlədikcə, dinləmək istəyirdin. Səsin öz sehri var, Yavuz bəyin danışığını dinləyəndə istər-istəməz səsinin sehrinə düşürdün. Dedim, Yavuz abi, məncə, poeziya sizin yaradıcılığınızda üstünlük təşkil edir... Gülümsədi, soruşdu ki, nədən bildin? Dedim nitqinizdəki bəlağət, rəvanlıq və şeiriyyət bunu deyir. Mənə kitabını bağışladı. İri bir kitab bağlamasını da Məmməd Aslana çatdırmağı məndən xahiş elədi. 

Söhbətimiz yaradıcılıq üstünə gəldi. Gileyləndi ki, uzun illərdir iki qardaş xalq bir-birindən ayrı düşüb, sərhədləri, qapıları üzümüzə bağlayıblar ki, ortaq mədəniyətimizdən, ortaq tariximizdən, adət-ənənələrimizdən, ədəbiyyatımızdan ayrılaq, yadlaşaq. O vaxt mən "Türkün türkdən başqa dostu yoxdur" ifadəsini də ilk dəfə Yavuz bəyin dilindən eşitdim. Bir şeirində yazır:

Türkü türkdən başqa indi kim anlar,

Yaram dərin, məlhəmim yox, vaxtım dar.

Dedi qapıları üzümüzə bağlasalar da, hər birimiz türk övladı olaraq, o bağlı qapılardan keçməyə, yaxınlaşmağa səy göstərməliyik, dostluğumuzu-qardaşlığımızı yaşatmaq naminə mücadilə eləməliyik. Görürdüm ki, bu insanın qəlbində sonsuz Azərbaycan sevgisi var, özü də tariximizə, ədəbiyyatımıza yaxşı bələddir. Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Nəbi Xəzrinin, Anarın yaradıcılığı ilə tanışdır. Dedi, maləsəf, bu böyük sənətkarları, Azərbaycan şerini, nəsrini, ədəbiyyatını Türkiyədə çox az adam tanıyır. Azərbaycan yazıçı və şairləri yalnız Türkiyədə yox, Yaxın Orta Şərqdə, dünyada tanınmağa layiqdirlər. Yavuz bəyin içində bir fırtına tüğyan eləyirdi, o, uzaqdan-uzağa bizim hələ duymadığımız və bəlkə də duya bilmədiyimiz dərdimizə yanırdı. Deyirdi siz özünüz özünüzü o qədər də görmürsünüz, sizin qayğılarınız Türkiyədən daha aydın görünür. Hər bir xalqın səadəti hürriyyətdən başlayır, azadlıq, müstəqillik olmayan yerdə hər şey aldadıcıdır, aralıdan işaran boş bir parıltıdır. Amma o gün gələcək, Azərbaycan tezliklə öz müstəqilliyinə qovuşacaq!..

Bu gün Yavuz Bülənt Bakilər haqqında söhbət açanda onun uzaqgörənliklə söylədiyi o sözləri bir daha xatırlayıram.

Yavuz Bülənt Bakilər 1936-cı ildə Sivasda Azərbaycan əsilli ailədə doğulub. Əsli-nəsli Qarabağdandır. Ankara hüquq fakültəsini bitirib, bir müddət Türkiyə Radio-Televiziyasında, sonra Mədəniyyət Nazirliyində çalışıb. Yaradıcılığa şeirlə başlayıb. Bir neçə kitabın müəllifidir. Kitablarından biri belə adlanır - "Azərbaycan ürəyimdə bir şah damardır". Publisistik yazılar toplusu olan bu kitabı oxuduqca oxuyur, doymaq bilmirsən və hiss eləyirsən ki, şairin qəlbi daim Azərbaycan eşqiylə döyünüb və o böyük ürəyin şah damarı Azərbaycan olub.

Yavuz bəy belə bir kitab yazmaq istəyində olduğunu dəfələrlə dilə gətirmişdi. Onu tanıyanlar, dostları kitabın çapını səbirsizliklə gözləyirdilər, çünki müəllifin sanballı bir əsər ərsəyə gətirəcəyinə hər kəs inanırdı. Özü kitab azarlısıydı, mütaliədən qalmırdı. "Mən dayanacaqlarda avtobus gözlədiyim anlarda belə vaxtımı kitab oxumağa sərf etmişəm..." - deyirdi. Ustadın fikrincə, kitabsız, kitabxanasız evlərin mağara qaranlığından heç bir fərqi yoxdur.

Bir dəfə Yavuz bəydən bir bağlama aldım. Bağlamanı açdım, "Azərbaycan ürəyimdə bir şah damardır" kitabı idi. Türk Ədəbiyyatı Vəqfi nəşr etmişdi. Bir nəfəsə oxudum, Yavuz Bülənd Bakilər yaradıcılığının daha bir yönüylə tanış oldum. Bu kitabda Qarabağ dərdi, Müşfiq, Hüseyn Cavid fəryadı, hayqırtısı vardı. Yavuz bəyin publisistik dili də şeiriyyəti kimi zəngin və koloritliydi. Sözün canı olsun gərək, onun hər sözünün canı vardı. Yaradıcılıq da elə burdan başlayır - canlı sözdən, mənalı fikirdən.

Yavuz Bülənt Baklər yaradıcılığıdan söhbət salanda onun axıcı, məftunedici yazı dilindən də danışmaq lazım gəlir. Özünə xas üslubu vardı və bədii dili leksik zənginliyi ilə diqqəti çəkirdi. Ədəbiyyat isə dil, üslub cazibədarlığından başlayır. Yavuz bəyin publisistik dilinin estetik gözəlliyi, şeiriyyəti, axıcılığı insanı ovsunlayır, onu öz toruna salırdı. Poeziyası da özünəməxsusluğuyla seçilirdi, şairin poeziyası xalqı üçün, vətəni üçün döyünən böyük bir ürəyin çırpıntısı, səsi-sədası idi. Romantik səpkili lirik şeirlərində bəşəri düşüncələr, ülvi hisslər öz parlaq əksini tapırdı.

Yavuz Bülənt Bakilərin yaradıcılığı Türkiyədə yüksək qiymətləndirilib. O, otuzdan çox müxtəlif ödüllərə layiq görülüb. Onun çoxsaylı kitabları, o cümlədən "Yalnızlıq", "Duvaq", "Səninlə", "Türkistan-Türkistan", "Aşıq Veysəl", "Sözün doğusu" və digər kitabları yalnız Türkiyə oxucularına deyil, ümumilikdə bütün türk dünyasına, ədəbiyyatına dəyərli töhfədir. Yavuz bəyin yaradıcılığı Azərbaycanda da yüksək qiymətləndirilib. O, Nizami adına Gəncə Universitetinin, Bakı Avrasiya Universitetinin fəxri doktoru seçilmiş, Azərbaycan Ziyalılar Cəmiyyətinin fəxri üzvü adına layiq görülmüşdür.

Qarabağ mövzusu, Qarabağ ağrısı Yavuz Bakilərin yaradıcılığında önəmli yer tuturdu. O hər zaman Azərbaycan xalqının yanında olub. Qarabağ həqiqətlərinin dünyaya yayılmasında zəhməti əvəzsizdir. Qəzet və jurnallardakı yazılarıyla, müxtəlif beynəlxalq toplantılardakı çıxışlarıyla bizim haqq səsimizi yaymış, ölkəmizi tərənnüm etmişdir. "Qarabağ yarası hər birimizin yarası idi və o yara sağalmayınca biz silahdan əl götürməməliyik, haqq səsimizi ucaltmalıyıq" - deyirdi Yavuz bəy. Nə yaxşı ki, doğma Qarabağımızın azad olunması xəbərini eşitdi, dünyadan niskilli köçmədi. 

Yavuz Bülənt Bakilər ömrünün sonunadək qələmi yerə qoymadı, yazdı-yaratdı. Qəzet və dərgilərdə köşə yazıları ilə çıxış etdi, Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafına öz töhfələrini verdi. Azərbaycan ədəbiyyatının qardaş Türkiyədə yayılmasında, nəşrində əlindən gələn köməyi əsirgəmədi. Ürəyi doluydu. Yazacağı hələ çox əsərlər vardı, amansız ölüm aman vermədi. O, Azərbaycan-Türkiyə dostluğunda əbədiyyən izini qoymuş, daim yeri görünən və görünəcək bir ustaddır. İllər, əsrlər ötəcək, xalqlarımızın dostluğunu, qardaşlığını tərənnüm edən səslər içərisindən bir səs daim duyulacaq, eşidiləcək: "Azərbaycan ürəyimdə bir şah damardır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Oktyabr 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see186

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see162

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see134

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see127

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri