Icma.az
close
up
RU
Azərbaycan və Çin arasındakı siyasi münasibətlər qarşılıqlı etimad və prinsipiallıq üzərində qurulub

Azərbaycan və Çin arasındakı siyasi münasibətlər qarşılıqlı etimad və prinsipiallıq üzərində qurulub

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasının nüfuzlu "Sinxua" dövlət xəbər agentliyinə verdiyi son müsahibə, Bakı ilə Pekin arasında yüksələn strateji tərəfdaşlığın mahiyyətini və əhəmiyyətini bir daha təsdiqlədi. Bu müsahibə, yalnız diplomatik ritorika ilə məhdudlaşmır, həm də iki ölkə arasında möhkəmlənən iqtisadi, siyasi və mədəni əlaqələrin gələcək istiqamətlərini müəyyənləşdirir. Azərbaycan-Çin münasibətləri artıq təkcə qarşılıqlı maraqlar üzərində qurulan əməkdaşlıq deyil, həm də beynəlxalq təhlükəsizlik, regional sabitlik və davamlı inkişaf baxımından strateji dəyər daşıyan tərəfdaşlıqdır.

“Bir kəmər, bir yol" təşəbbüsündə Azərbaycanın rolu olduqca böyükdür. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan Çin tərəfindən irəli sürülən və artıq qlobal miqyasda strateji nəqliyyat və logistika layihəsinə çevrilmiş “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmuşdur. Prezidentin sözləri ilə desək: “Azərbaycan bu təşəbbüsə ilk qoşulan ölkələrdəndir və biz öz infrastrukturumuzu bu istiqamətdə uyğunlaşdırmışıq”. Azərbaycanın bu təşəbbüsdə oynadığı rol, onun unikal geostrateji mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu ilə sıx bağlıdır. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Bu infrastrukturlar Çindən Avropaya uzanan ticarət yollarının mühüm bir hissəsini təşkil edir. İqtisadi əməkdaşlığın yüksəlişi təbii ki, nəzərdə tutulan işlərin dəqiqliklə icrasından keçir. Azərbaycan-Çin iqtisadi əlaqələri son illərdə artıq nəzərəçarpacaq dərəcədə genişlənmişdir. Bu gün Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2023-cü ildə Çin ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2 milyard ABŞ dollarını keçmişdir Bu rəqəmlər qarşılıqlı investisiya və texnoloji əməkdaşlığın da dərinləşməsi ilə müşayiət olunur. Çin şirkətləri Azərbaycanda müxtəlif sektorlarda — energetika, kənd təsərrüfatı, telekommunikasiya və bərpa olunan enerji sahələrində fəal iştirak edirlər. Prezident İlham Əliyev bu məsələyə toxunaraq bildirmişdir: “Çin şirkətləri Azərbaycanın infrastruktur layihələrində mühüm rol oynayır və biz onları strateji investor kimi qəbul edirik.” Cənab İlham Əliyev müsahibəsində onu da deyib ki, “Hesab edirəm bizim Astanadakı görüşümüz və onun yekunlarına dair qəbul edilən Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır. ÇXR-in Sədri Si Cinpin ilə ikitərəfli görüş əsnasında çıxışımda qeyd etdim ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir. Ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət veririk və ikitərəfli münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndiririk. Bu gün əminliklə demək olar ki, münasibətlərimiz çox müsbət dinamikaya malikdir. ÇXR Baş nazirinin müavininin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında – COP29-da iştirakı əlamətdar hadisə oldu. Bu tədbirdə 196 dövlətin, 150 beynəlxalq təşkilatın və BMT strukturlarının, həmçinin təxminən 2 min QHT-nin nümayəndələri iştirak etdilər. İnkişaf etməkdə olan ölkələrə iqlim maliyyəsinin ayrılması, İtki və Zərər Fondunun fəaliyyətə başlaması, həmçinin Paris Sazişinin 6-cı maddəsinin tam reallaşdırılması COP29 çərçivəsində qəbul edilən mühüm qərarlardır. Azərbaycan COP29-a sədrliyi çərçivəsində iqlim fəaliyyəti və dayanıqlı inkişaf arasında əlaqəni əhatə edən 14 qlobal təşəbbüslə çıxış etdi və onlar geniş beynəlxalq dəstək aldılar. Əldə olunan razılaşmalar, dəstəklənən təşəbbüslər və qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi və dünyanın iqlim gündəliyi üçün müstəsna əhəmiyyətə malikdir. Dünya ictimaiyyəti üçün belə bir mühüm tədbirdə Azərbaycana qarşı bəzi Qərb dairələri tərəfindən genişmiqyaslı əsassız təzyiq və boykot kampaniyalarına baxmayaraq, biz bir daha güclü siyasi iradə və peşəkarlıq nümayiş etdirdik ki, bu da konfransı yüksək səviyyədə keçirməyə, tarixi nəticələr əldə etməyə və çoxtərəfli danışıqlarda əsl sıçrayışa imkan verdi”. Əlaqələrin inkişafında siyasi və diplomatik koordinasiyanın güclənməsi də mühüm şərtdir. Azərbaycan və Çin arasındakı siyasi münasibətlər qarşılıqlı etimad və prinsipiallıq üzərində qurulub. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycan “vahid Çin” prinsipini dəstəkləyir və Tayvanın, Honkonqun və digər məsələlərin Çin Xalq Respublikasının daxili işi olduğunu daim bəyan etmişdir.” Bu mövqe, Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə sadiqliyini və çoxtərəfli əməkdaşlıqda tərəfdaşlarının suverenliyinə hörmət prinsipini ön planda tutduğunu nümayiş etdirir. Eyni zamanda, Çin də Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi çərçivəsində həllini təqdir edir. Bu gün mədəni əlaqələr və təhsil əməkdaşlığı da yüksələn dinamika üzrə hərəkət edir. İkitərəfli münasibətlər təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Çin və Azərbaycan arasında mədəni əlaqələr və təhsil əməkdaşlığı da durmadan inkişaf edir. Bakı Dövlət Universitetində fəaliyyət göstərən Konfutsi İnstitutu, Çin dili və mədəniyyətinin tədrisində mühüm rol oynayır. Eyni zamanda, Çin universitetlərində azərbaycanlı tələbələrin sayı ildən-ilə artır. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: “Xalqlar arasında münasibətlərin möhkəmlənməsi, diplomatik və iqtisadi əlaqələrin uzunmüddətli və dayanıqlı olmasının əsas şərtidir.” Bu baxımdan, mədəni diplomatiya iki ölkə arasında dərin təməl yaradır. Prezident İlham Əliyevin “Sinxua” agentliyinə verdiyi müsahibə, Azərbaycan-Çin münasibətlərinin gələcək inkişaf xəritəsini təsvir edən strateji bir sənəd xarakteri daşıyır. Bu münasibətlər sadəcə bir-birini tamamlayan iqtisadi maraqlara deyil, həm də ortaq dəyərlərə və beynəlxalq təhlükəsizliyə dair vizionlara əsaslanır. Azərbaycan üçün Çin nəinki mühüm ticarət tərəfdaşı, həm də qlobal siyasətdə etibarlı strateji müttəfiqdir. Bu əlaqələrin inkişafı, Azərbaycanın dünya iqtisadi sistemindəki mövqeyini daha da gücləndirəcək və regionda sülhün və sabitliyin qorunmasına töhfə verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Aprel 2025 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see404

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see137

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri