Azərbaycan və Gürcüstanın eyni qiymətə idxal etdiyi kərə yağı marketlərdə fərqli qiymətə satılır
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ötən ilin ilk 10 ayı ərzində Azərbaycana xarici ölkələrdən 121 milyon 60,4 min dollar dəyərində 16 min 763,7 ton kərə yağı idxal olunub.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, idxal edilən kərə yağının bir kiloqramının orta gömrük dəyəri 7,2 dollar (12,3 manat) olub.
Məlumat üçün bildirək ki, Azərbaycan kərə yağını ən çox İrandan idxal edib.
Bu ölkədən Azərbaycana 6 min 994,6 ton kərə yağı gətirilib və bunun da bir kiloqramının orta gömrük dəyəri 6 dollar (10,2 manat) təşkil edib.
İdxalda ikinci yerdə Yeni Zelandiya qərarlaşıb. Bu ölkədən Azərbaycana 3 min 633 ton kərə yağı idxal olunub. Üçüncü ən böyük idxalçı ölkə Səudiyyə Ərəbistanı olub. Bu ölkədən 1 284,6 ton kərə yağı gətirilib.
Azərbaycana idxal edilən kərə yağının ölkələr üzrə miqdarı və dəyəri:
İran – 6 994,56 ton (6 dollar)
Yeni Zelandiya – 3 632,96 ton (7,8 dollar)
Səudiyyə Ərəbistanı – 1 284,64 ton (8,7 dollar)
Ukrayna – 1 238,4 ton (7,4 dollar)
Belarus – 1 193,61 ton (7,6 dollar)
Finlandiya – 884,12 ton (9,5 dollar)
Hindistan – 429 ton (5,8 dollar)
Almaniya – 337,15 ton (9,7 dollar)
Fransa – 326,66 ton (9,8 dollar)
Türkiyə – 195,06 ton (7,8 dollar)
Belçika – 104,10 ton (9,1 dollar)
Litva – 59,1 ton (9,1 dollar)
Uruqvay – 25 ton (7,2 dollar)
Türkmənistan – 20 ton (5,8 dollar)
İtaliya – 17,55 ton (12,1 dollar)
Polşa – 14,95 ton (8,8 dollar)
Rusiya – 6,21 ton (9,9 dollar)
Müqayisə üçün bildirək ki, qonşu Gürcüstan ötən ilin ilk 11 ayında xarici ölkələrdən 58 milyon 795 min dollar dəyərində 7 min 701 ton kərə yağı idxal edib. Gürcüstanın idxal etdiyi kərə yağının bir kiloqramının orta gömrük dəyəri 7,6 dollar olub.
Gürcüstan kərə yağını əsasən aşağıdakı ölkələrdən idxal edib:
Fransa – 1 984 ton (9,9 dollar)
Paraqvay – 1 100 ton (6 dollar)
İran – 1 226 ton (5 dollar)
Uruqvay – 850 ton (6,5 dollar)
Finlandiya – 502 ton (9,2 dollar)
Ukrayna – 423 ton (7,6 dollar)
Belçika – 235 ton (9,1 dollar)
Almaniya – 168 ton (8,6 dollar)
Onu da bildirək ki, həm Azərbaycan, həm də Gürcüstan kərə yağını Fransadan təxminən eyni qiymətə idxal etsə də, marketlərdə satılan yağların qiyməti fərqli olub. Məsələn, Azərbaycanın aparıcı supermarketlərindən biri olan “Bravo”da Fransa istehsalı olan 200 qramlıq “President” kərə yağı 8,45 manata (5 dollar) satılır.
Eyni məhsul, yəni 200 qramlıq “President” kərə yağı Gürcüstanın məşhur “Carrefour” supermarketində isə 3,7 dollara (10 lari) satılır.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Eyni dərman niyə fərqli qiymətə satılır?
25 Aprel 2025 18:28
Azərbaycan nefti bu qiymətə satılır
10 İyun 2025 10:36
Sahəsi eyni olan evlər fərqli qiymətə satılır XƏBƏRDARLIQ
17 Fevral 2025 10:13
Eyni qiymətə fərqli porsiya: yemək çatdırılmasında müştəri aldadılırmı?
23 Dekabr 2025 12:54
Baxış sayı:85
Bu xəbər 05 Yanvar 2026 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















