Icma.az
close
up
RU
Azərbaycan və Küveyt arasında iqtisadi, investisiya və ticarət əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Azərbaycan və Küveyt arasında iqtisadi, investisiya və ticarət əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 oktyabr, AZƏRTAC

Küveyt dövlətinə işgüzar səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Küveyt dövlətinin maliyyə naziri, elektrik enerjisi, su və bərpaolunan enerji naziri, eyni zamanda, iqtisadi məsələlər və sərmayə üzrə dövlət naziri vəzifəsini icra edən və Küveyt İnvestisiya Qurumunun Direktorlar Şurasının sədri Subaih Abdul Əziz Abdul Muhsen Al-Muxaizim ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndiyi vurğulanıb, ticarət və sərmayə sahələrində əməkdaşlıq potensialını tam reallaşdırmaq üçün əlverişli imkanlar dəyərləndirilib.

Vurğulanıb ki, Azərbaycan Körfəz ölkələri, o cümlədən Küveytlə iqtisadi-ticarət əlaqələrinin dərinləşdirilməsinə və yeni əməkdaşlıq mexanizmlərinin yaradılmasına böyük önəm verir. Ənənəvi və bərpaolunan enerji, ticarət, kənd təsərrüfatı, turizm, nəqliyyat və tranzit sektorlarında işbirliyi imkanları qeyd edilib. Azərbaycanın investorlar üçün təqdim etdiyi hüquqi təminatlar və əlverişli biznes mühiti barədə məlumat verilib. Qarşılıqlı investisiyaların təşviqi və prioritet layihələr üzrə birgə fəaliyyət perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Mikayıl Cabbarov Küveyt dövlətinə işgüzar səfəri çərçivəsində Küveyt Ticarət və Sənaye Palatasının baş direktoru Rabah Abdulrahman Al-Rabah ilə görüş keçirib. Görüşdə ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması, biznes dairələri arasında dialoqun təşviqi barədə müzakirələr aparılıb, ortaq təşəbbüslərin təşviqinin vacibliyi vurğulanıb. Bildirilib ki, hazırda Azərbaycanda Küveyt sərmayəli şirkətlər sənaye, tikinti, ticarət, xidmət və digər sahələrdə uğurla fəaliyyət göstərir və bu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın real nəticəsidir. Görüşdə iqtisadi əlaqələrin gündəliyinin genişləndirilməsinin, enerji, sənaye zonaları və birgə istehsal üzrə əməkdaşlığın əhəmiyyəti vurğulanıb, qarşılıqlı maraq doğuran yeni əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Küveyt Ticarət və Sənaye Palatası (KCCI) və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) birgə təşkilatçılığı ilə Küveyt şəhərində iki ölkənin özəl və dövlət qurumlarının iştirakı ilə Küveyt-Azərbaycan dəyirmi masası keçirilib.

Mikayıl Cabbarov Azərbaycan və Küveyt arasında iqtisadi sahədə birgə fəaliyyətin səmərəliliyinin artırılması imkanlarından bəhs edib. Nəzərə çatdırılıb ki, Azərbaycan və Küveyt iş adamları arasında əməkdaşlığın dərinləşdirilməsi ölkələrimizin iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına töhfə verəcək.

Tədbirdə enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika, turizm kimi prioritet sahələrdə əməkdaşlığın təşviqinə dair müxtəlif mexanizmlər nəzərdən keçirilib. AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və KCCI-nin baş direktorunun müavini Emad Al-Zeyd ölkələrimiz arasında iqtisadi əməkdaşlıq imkanları barədə geniş məlumat veriblər. Tədbirdə iştirak edən Azərbaycan şirkətlərinin nümayəndələri fəaliyyətləri haqqında məlumat verib, hər iki tərəfin işgüzar dairələri arasında fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:38
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see186

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see185

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see184

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see180

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see173

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see163

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see133

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri